Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-402/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxx 1953-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 24 aprel 2024-cü il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinin polis leytenantı sahə rəisi X6 tərəfindən MN ******* nömrəli, 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 30 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Lənkəran rayon Mamusta kənd sakinin Şəxs 18 aprel 2024-cü il tarixdə, günorta saatlarında 7 saylı X8 MMC-nin balansında olan M-3 Ələt- Astara yolun 182-ci km-də yolun sağ tərəfində olan dəmir tor çəğərin 10 m2 hissəsinin qəsdən kəsərək MMCyə 245 manat maddi ziyan vurmuşdur Nəticədə Şəxsnın İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında Lənkəran Şəhər Rayon X5 Təhlükıəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Şəxsi təsərrüfatı ilə məşğuldur. Heç bir yerdə işləmir. Şəxsi təsərrüfatında heyvanı yoxdur. Bakı-Magistral avtomobil yolunun kənarında 28 sot kənd təsərrüfatı təyinatlı torpağı vardır. Təqribən 05-06 fevral 2024-cü il tarixdə öz bağına getmək üçün mühafizə çəpərini kəsərək mühafizə olunan əraziyə kemişdir. Nəticədə 7 saylı X8 İdarəsinə maddi ziyan vurmuşdur. Əməlindən peşmandır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnın İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 7 saylı X8 İdarəsinə maddi ziyan vurmuşdur məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 24 aprel 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinə həvalə edilməsi qərara alınmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlil kimi Prezident əqaüdü və əmək pensiyası alır. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs tərəfindən 7 saylı X8 İdarəsinə 245 manat miqdarında maddi ziyan dəymişdir. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ikinci qrup əlil olmasını və əməlini etiraf edib səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal qiymətləndirir. Məhkəmədə İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın iki mislinədək məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 232- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanın iki mislinədə - 490 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-402/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-402/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver