Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-403/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Lənkəran rayonu, Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, şəxsi təsərrüfatla məşğul olan, Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında heyvanları otarmaq üçün dəmir kəlbətinlə Azərbaycan AYDA-nın “7№-li X2” MMC-nin balansında olan M-3 Ələt-Astara yolunun 183-cü km-də yolun sağ tərəfində olan dəmir çəpərin 2m2 hissəsini və həmin yolun sol tərəfində olan dəmir çəpərin 2m2 hissəsini qəsdən kəsərək həmin MMC-yə 98 manat maddi ziyan vurduğuna görə barəsində xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokol üzrə ona istinad edilən əməlin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, Lənkəran rayonu, Mamusta kəndində yaşayır və şəxsi təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatında heyvanı yoxdur. Bakı-Magistral avtomobil yolunun kənarında 09 sot kənd təsərüfatı təyinatlı torpağı var. Təqribən 05-06 fevral 2024-cü il tarixdə öz bağına getmək üçün mühafizə çəpərini kəsərək mühafizə olunan əraziyə keçib. Törətdiyi əməllə 7 saylı X3 İdarəsinə maddi ziyan vurub. Əməlindən çox peşmandır. Gələcəkdə bu cür hallara yol verməyi düşünmür. Ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında icraatı aparmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş zərərçəkmiş şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “7 saylı X1” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında icraat aparan orqanın və zərərçəkmişin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növü ilə əlaqədar aşağıdakıları qeyd edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin maddəsinin 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Şəxs tərəfindən törədilən inzibati xəta haqqında nəticəsində zərərçəkmişə 98 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində vurulmuş ziyanın bir misli həddində, yəni 98 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında - 98 (doxsan səkkiz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-403/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-403/2024
14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver