Məhkəmə qərarları › İş №3(049)-404/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-404/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-404/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. Şikayətdə MN seriyalı ******* saylı qərarın ləğv verilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonunun Təngivan kəndində yaşayır, şəxsi təsərrüfatında ailəsinin dolanışığını təmin etmək məqsədi ilə bir neçə ev heyvanı saxlayır. Həmin heyvanların qış yemliyini təmin etmək məqsədi ilə yaşadığı kənddə yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində digər kənd sakinləri kimi təmizlik işləri apararaq qışlıq ot yeminin yetişdirilməsi üçün qoruq formasında yer tutmuşdur. Həmin vəziyyət uzun illərdir ki, davam edir və artıq həm bələdiyyə tərəfindən həm də digər kənd sakinləri tərəfimdən həmin toqpaq sahəsinin onun tərəfindən yemlik yabanı halda bitən otun böyüdülüb biçilməsinə etirazları olmamışdır, həmin ərazidə daim təmizlik işlərinin aparılması həyata keçirilmişdir. Həmin ərazidə heç bir ağac olmamış, uzun illər torpaq sahəsi hər il təmizləndiyindən orada ağac bitmir. Hər il fevral-mart aylarında digər kənd sakinləri kimi o, də yemlik ot becərmək üçün saxladığı ərazini təmizləyir və orada təmiz yemlik otun cücərməsi üçün şərait yaradır. O, da hər zaman olduğu kimi bu il də həmin ərazini xırda tikanlardan təmizləmişdir. Lakin həmin ərazidə nə ağac, nə də kol bitkiləri olmamış, uzun illər əvvəl kimlər tərəfindən kəsilməsi ona məlum olmayan ağac kötüklərinin üzəri sahə təmizlənərkən təmizləyici alətlərlə qaşındığından həmin kötüklər yeni kəsilmiş kimi görünməyə başlamışdır. 2024-cü ilin aprel ayının 01-də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı həmin əraziyə yaxınlaşmış və ərazidə ağacların kim tərəfindən kəsilməsini soruşmuşdur. Həmin vaxt o, da ona orada ağac olmadığını, uzun illər əvvəl kəsilmiş ağacların kötüklərinin qaldığını və ərazi otlaq sahəsi olduğundan yabanı halda otun becərilib tədarük edilməsi məqsədilə təmizlənən zaman köhnədən kəsilən kötüklərin üzəri qaşındığından yeni kəsilmiş kimi göründüyünü bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, idarənin rəisi Ceyhun Hüseynov tərəfindən 15 aprel 2024cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə barəsində 2.000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Həmin cərimə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun tərəfindən hər hansı bir ağac kəsilməmiş, inzibati xətanın baş verdiyi vaxt nə həmin qərarda, nə də tərtib edilmiş protokolda qeyd edilməmişdir. Həmin ağacların növü, cinsi, diametri barədə də heç bir məlumat qeyd edilməmişdir. Həmin ağacların məhz onun tərəfindən kəsilməsinin hansı tatlarla təsdiq edilməsi də məlum deyildir. Bundan başqa həmin qərar qəbul edilərkən İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. 1 saylı RETSİ-nin rəis əvəzi Ceyhun Hüseynov tərəfindən barəsində inzibati tənbeh tətbiq edilərkən qanunvericiliyin tələbi pozulmuş və heç bir ağacı kəsməyi, məhv etməyi olmadığı halda barəmdə İXM-nin 253.2-cii madəsi ilə qərar qəbul etmişdir. Bununla da inzibati orqan tərəfindən araşdırma aparılarkən tam və hərtərəfli aparılmamış, qanunsuz və əsassız qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr araşdırılmamışdır. Həmin şübhələrdən ən əsası isə qeyd edilən ərazidə hansı diametrdə, hansı cinsdən olan ağacın kəsilməsi, ümumiyyətlə həmin yerdə ağacın olub-olmaması və həmin ağacların (əgər mövcud olmuşsa) məhz onun tərəfindən kəsilməsi ilə bağlı heç bir araşdırmanın aparılmaması və həmin inzibati xətanın onun tərəfindən törədilməsini təsdiq edən sübutun olmamasıdır. Məhkəmə baxışında iştirak edən X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, Lənkəran rayonu, Təngivan kəndində yaşayır və təsərrüfatla məşğul olur. Ona babasından həmin kənddə 30 sot ölçüdə otlaq sahəsi vardır. Həmin otlaq sahəsinin torpaq sahəsi bələdiyyəyə məxsusdur və oradan ot biçib saxladığı hey vanlar üçün tədarük edir. O, həmin otlaq sahəsini təmizləmək və çəpərini bərkitmək qərarına gəlmişdir. Özünün ürəyi ağrıdığından və ağır iş görmək imkanı olmadığından bu məqsədlə iş aparmaq üçün Arzuman adlı fəhləyə müraciət etmişdir ki, onun üçün həmin işləri görsün. Arzuman onun göstərişi ilə 01 aprel 2024-cü il tarixdə həmin otlaq sahəsində kol-kosu təmizləmiş və elektrik əl mişarı ilə orada olan 4 ədəd paya – yəni dəmirağac kəsmişdir. Həmin kəsilmiş dəmirağacların diametri təxminən 8-10 santimetr, hündürlüyü 3- 4 metr olmuşdur. Həmin ağacları kəsdirməkdə məqsədi onları otlaq sahəsinin çəpərinin möhkəmləndirilməsində istifadə etmək olmuşdur. Həmin vaxt əraziyə ekologiya idarəsinin əməkdaşı Xəzər adlı şəxs gəlmişdir, o, ağaclarını kəsdiyini ona etiraf etmişdir. Arzuman adlı fəhlə ağacları onun göstərişi ilə kəsmişdir. Lakin bundan başqa ərazidə çoxsaylı dəmirağaclara toxunmamış, onları kəsməmişdir. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 şikayət tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, məsləhətçi-müfəttiş vəzifəsində işləyir. 01 aprel 2024-cü il tarixdə yaşıllıqların qorunub mühafizə olunması sahəsində keçirdiyi xidməti reyd zamanı Lənkəran rayonu Təngivan kəndi ərazisində uzaqdan elektrik mişarının səsini eşitmişdir. Hadisə yerinə yaxınlaşarkən görmüşdür ki, X3 göstərişi ilə onun mühafizə etdiyi və bələdiyyənin mülkiyyətində olan ərazidə bir şəxs tərəfindən elektrik mişarı ilə dəmirağac ağacları kəsilib. Şifahi izahatında Fayaz Əmrayev həmin ağacları öz istifadəsi üçün kəsdiyini bildirmişdir. Baş vermiş hadisə ilə əlaqadat tərəfindən müvafiq akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. İdarənin vəzifəli şəxsi tərəfindən baş vermiş inzibati xəta ilə əlaqadar tənbeh etmə haqqında qərar qəbul edilərək X6 Xətalar Məcəlləsinin 253.2 maddəsinə əsasən, 2.000 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı tərəfindən foto və videoçəkiliş çəkilərək inzibati xəta materiallarına əlavə edilmişdir. Aparılmış inzibati xəta haqqında araşdırma zamanı Fayaz Əmrayevin müvafiq inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayət verən şəxsi və inzibati orqanın nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki şikayət ərizəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 134 saylı aktda qeyd edilmişdir ki, 01 aprel 2024-cü il tarixdə Lənkəran rayonu, Təngivan kənd sakini X4 tərəfindən həmin kənddə yerləşən bələdiyyə mülkiyyətinə aid ərazidə motorlu mişar daşı ilə dəmirağac cinsli diametri 8 sm. olan 2 ədəd, 10 sm. olan 1 ədəd və 12 sm. olan 1 ədəd ağaclar yaş halda kök boğazından kəsilmişdir. Əmrayev Fayaz şifahi izahatında həmin ağacları öz şəxsi istifadəsi üçün kəsdiyini bildirmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 tərəfindən tərtib edilmiş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Fayaz Əmrayev tərəfindən Lənkəran rayonu, Təngivan kəndində bələdiyyə mülkiyyətinə aid ərazidə 4 ədəd ağac kəsilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə edilmişdir. “Dəymiş ziyanın hesablanması”na dair cədvəldən müəyyən edilir ki, inzibati xəta nəticəsində kəsilmiş 4 ağaca görə dəymiş ziyanın məbləği 440 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə iclasında baxış keçirməklə tədqiq edilən video çəkilişdən görünür ki, X1 göstərişi ilə digər bir şəxs əlində olan elektrik mişarı ilə kolları və ağacları kəsir. Videoçəkilişdə olan görüntüdə həmçinin Fayaz Əmrayev yerdə olan kəsilmiş dəmirağacların onun tərəfindən kəsildiyini bildirir. Videogörüntüdən və inzibati xəta haqqında icraat materialına əlavə edilmiş fotoşəkillərdən görünür ki, ağaclar dibindən kök hissəsindən səlis kəsilərək, uzununa bir neçə yerə doğranmışdır, lakin doğranmış hissələr hələ bir-birindən ayrılmamışdır. Bu hal ağacların inzibati xəta haqqında materiallarda olan sənədlərdə qeyd edildiyi kimi mişar daşı ilə kəsilməsi və yeni olaraq kəsilməsi halına uyğun gəlir. Beləliklə işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 01 aprel 2024-cü il tarixdə Lənkəran rayonu, Təngivan kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid olan və özünün mahafizə etdiyi ərazidə elektrik mişarı ilə 4 ədəd dəmirağac ağaclarını kəsdirmişdir. Ağaclar biləvasitə onun tərəfindən kəsilməsə də inzibati xəta haqqında icraat materiallarında qeyd edildiyi, inzibati orqanın nümayəndəsinin bildirdiyi və həmçinin X1 məhkəmə iclasında da bildirdiyi kimi onun göstərişi və iştirakı ilə kəsilmişdir. Belə ki, qeyd edilən ağacların kəsilməsi Fayaz Əmrayevin iradəsi və qəsdi ilə əhatələnmişdir. Bu səbəbdən həmin inzibati xətanın törədilməsində Fayaz Əmrayev biləvasitə məsuliyət daşıyır. Həmçinin qeyd edilən ərazinin Fayaz Əmrayevin xüsusi mülkiyyətində olmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən hərəkəti ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində qeyd edilmişdir ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. İşin məhkəmə baxışı zamanı müəyyən edildi ki, X4 tərəfindən AR İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, X1 əməlinin Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar