Məhkəmə qərarları › İş №3(049)-405/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-405/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-405/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 və onun nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023cü il tarixli MN seriyalı ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (min) manat miqdarında cərimə edilmişdir. Göstərilən qərar 10 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuşdur. X6 həmin qərardan şikayət verib. X6 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə dostu Sənanla birlikdə dostugildən qayıdarkən Lənkəran rayonu Balıqçılar kəndinin ərazisində maşını saxlayaraq, yolun kənarında şəkil çəkdirmək qərarına gəlmişlər. Bu məqsədlə avtomaşını saxlamışlar və ov tüfənglərini də özləri ilə götürərək, qarın üzərində şəkil çəkdirmişlər. Şəkil çəkdirərkən üzərində olan ov silahının içində iki patron olmuşdur. Digər patronları və fanarı idarə etdikləri maşında saxlamışlar. Həmin vaxt 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara qanunsuz ov etdiklərini onlara bildirmişlər və bu barədə sənədləşmə aparmışlar. Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onlara yaxınlaşarkən avtomaşınları onlardan 5-10 metr aralıda olmuşdur, həmin ərazi dənizdən 250 metr aralıda, yaşayış sahəsinə isə 50-60 metr məsafədə olmuşdur. İdarənin əməkdaşları tərəfindən onların avtomaşınlarına baxış keçirilərkən orada patronlar və fanar da aşkar edilərək götürülmüşdür. Hadisə havanın işıqlı vaxtı, günorta saatlarında olmuşdur.Ertəsi gün onları ekologiya idarəsinə çağırmışlar və barələrində protokol tərtib edilərək, min manat cərimə edilmişlər. Amma buna baxmayaraq o, heç vaxt həmin ərazidə ov etməmişdir. Bunu ekologiya idarəsinin əməkdaşlarına da dəfələrlə bildirmişdir. Əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 nümayəndəsi Nümayəndə1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, işin hallarından görünür ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfndən X3 qanunsuz ov etməsi faktı sübuta yetirilməmişdir. Vüsal Qulamovun ov silahı ilə qeyd edilən ərazidə olması onun qanunsuz ov etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, əgər Vüsal Qulamov ov etsəydi hadisə yerində ovlanmış quşlar aşkar edilməli idi ki, bu da ovun predmetini təşkil edəcəkdi. Qeyd edilən səbəblərdən şikayətin təmin edilməsini və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini məhməkəməd xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə araşdırma obyektiv aparılmış, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan, o, həmin maddə ilə təqsirli bilinib məsuliyyətə cəlb olunmuşdur. Belə ki, işlədiyi idarənin əməkdaşları tərəfindən 09 yanvar 2023-cü il tarixdə “qanunsuz olaraq çöl quşlarını ovlayanlara qarşı mübarizə məqsədi ilə” Lənkəran rayonu “Kiçik Qızılağac” körfəzi, “Qızılağac” Milli Parkı və Xəzər dənizinin sahilində növbəti reyd keçirilmişdir. Reyd zamanı X3 X7 ilə birlikdə Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində qanunsuz ov etdiklərini müşahidə etmişlər. Bu zaman idarənin əməkdaşları həmin şəxslərə yaxınlaşmışlar və sorğu-sual aparmışlar. Həmin vaxt X6 və X4 hər ikisinin üzərində ov silahları olmuşdur. Bu zaman X5 olan 1 ədəd “İj” markalı, 16 kalibrli ov silahı və istifadəsi xüsusilə quş ovu üçün nəzərdə tutulmuş bir ədəd gecə nəfəri və 43 (qırx üç) ədəd patron aşkar edilərək iş üzrə maddi sübut kimi götürülmüşdür. Reyd zamanı X1 götürülmüş “İj” markalı, 16 kalibrli ov silahının içərisində iki ədəd dolu patron olmuş və iş üzrə maddi sübut kimi götürülmüşdür. Sözügedən reyd zamanı X6 və X4 qanunsuz ov etmələri barədə müvafiq akt tərtib edilmişdir. Bu barədə müvafiq prookol tərtib edilərək, həmin şəxlər barəsində cərimə cəzası tətbiq edilmişdir. Belə ki, X5 ov silahı, ov silahında dolu patronun, əlavə 43 ədəd patronun və istifadəsi quş ovlamaq üçün nəzərdə tutulmuş gecə fanarın aşkar olması biləvasitə onu göstərir ki, Vüsal Qulamov quş izləməklə qanunsuz olaraq ev etmişdir. X2suz ov etdiyi ərazi ov üçün nəzərdə tutulmamışdır, belə ki, Biləsuvar rayonundan İran sərhəddinədək ov ərazisi yoxdur. Həmin ərazi həmçinin “Qızılağac” qoruğunun sərhəddi olmuşdur. Hadisə yerində fotoşəkillər çəkilmişdir və həmin fotoşəkillərdən də aşkar görünür ki, Vüsal Qulamovun üzərində ov silahı olmuşdur. Həmin şəxslərin ümumiyyətlə ov etmək üçün heç bir xüsusi icazələri olmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində iştirak edən X7 izahatında bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə tanışı Vüsal Qulamovla birlikdə dostlarının evinə qonaq getmişlər və oradan qayıdarkən Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində avtomaşını saxlayaraq, düşmüşlər və qarın üzərində ov silahı ilə telefon vaitəsilə bir-neçə şəkil çəkmişlər. Həmin vaxt onların hərəsinin üzərində bir ədəd ov silahı olmuşdur. Bu vaxt ekologiya xidmətinin əməkdaşları onlara yaxınlaşaraq, qanunsuz ov etdiklərini bildirmişlər, tüfəngləri onlardan almışlar, bu barədə sənədləşmə aparmışlar və nəticədə onları min manat cərimə etmişlər. Həmin vaxt tüfənglər onlardan alınarkən onun tüfənginin içində patron olmuşdur. Həmin vaxt Vüsal ilə məqsədləri ov etmək deyil, sadəcə qarlı havada tüfənglə şəkil çəkdirmək olmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X6 və məhkəmədə şahid qismində iştirak edən X4 izahatlarından görünür ki, 09 yanvar 2023-cü il tarixdə onlar birlikdə Ləkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində idarə etdikləri avtomaşını saxlayıb düşmüşlər, üzərlərində ov silahları olmuş və həmin ov silahlarının içərisində, yəni “patron yuvası”nda patron olmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfində keçirilmiş reyd zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, X3 çiynindən qoşa lüləli ov silahı asılmışdır. İş materiallarına əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əmkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 09 yanvar 2023-cü il tarixdə “qanunsuz olaraq çöl quşlarını ovlayanlara qarşı mübarizə məqsədi ilə” Lənkəran rayonu “Kiçik Qızılağac” körfəzi, “Qızılağac” Milli Parkı və Xəzər dənizinin sahilində növbəti reyd keçirilmişdir. Keçirilmiş reyd zamanı X5 olan 1 ədəd “İj” markalı, 16 kalibrli ov silahı, bir ədəd gecə nəfəri və 43 (qırx üç) ədəd patron aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmununa görə - Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmçinin “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 maddəsinin məzmununa əsasən - ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının 2.1. maddəsinin məzmununa əsasən - Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. İşin faktiki hallarından müəyyən edilir ki, 09 yanvar 2023-cü il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı X3 üzərində ov silahının olması, həmin ov silahının patron yuvasında iki ədəd patronun olması və üzərində fanarın olması quşların “izlənməsi” kimi başa düşülür ki, bu hal da yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən “ovçuluq” fəaliyyətidir. Eyni zamanda sözügedən ərazi ov edilməsi üçün nəzərdə tutulmamışdır və Vüsal Qulamovun ov etmək üçün xüsusi icazəsi olmamışdır. Həmçinin of tüfəngi ilə ov ərazisində olmaq ova bərabər fəaliyyət hesab edilir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, X3 əməlinin Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəifəli şəxsinin 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar