Məhkəmə qərarları › İş №3(049)-405/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-405/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-405/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Lənkəran rayonu Biləsər kəndində anadan olmuş, Lənkəran rayonu Hirkan qəsəbəsində qeydiyyatda olan və orada yaşayan, subay, işsiz, orta təhsilli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Lənkəran şəhər-rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 17:10-da köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 216 kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DİNnin BDYPİ-nin 11-ci tağımın YPX inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan VAZ-21043 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağında həmin heyvanı vurmuş və nəticədə avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə ona məxsus bir baş iribuynuzlu heyvanı vurmuşdur. Həmin bir baş iribuynuzlu heyvan (inək) ona dövlət tərəfindən özünüməşğulluq məqsədilə verilmişdir və inək Lənkəran Rayon Baytarlıq idarəsində (GE139-98149) nömrə ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə həmin bir baş iribuynuzlu heyvan ona başı kəsilmiş vəziyyətdə təhvil verilmişdir. O, hesab edir ki, yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan baş vermiş, ona məxsus inək də diqqətsizlik üzündən yolda nəzarətsiz qalmışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs avtomobilinə maddi zərər dəyməklə yanaşı, inəyinin ölməsi nəticəsində onun özünə də maddi zərər dəymişdir. Maddi zərərin ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun sürücülük vəsiqəsi vardır və idarə etdiyi VAZ-21043 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Arif Kişiyevə məxsusdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə köhnə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən 216 kilometrliyində hərəkətdə olarkən qarşısında “Kamaz” markalı yük avtomobili olmuşdur. “Kamaz” markalı avtomobil anidən siqnal verərək ondan öndə dayanmış bir neçə baş iribuynuzlu heyvanları ötüb keçmişdir. O isə həmin avtomobildən arxada olduğu və qarşıdan da yolun əks hərəkət zolağından başqa avtomobillər gəldiyi üçün öz hərəkət istiqamətini dəyişmədən avtomobili idarə edərkən qəfildən bir baş inək asfalt örtüklü yola çıxıb sağ tərəfdən onun avtomobilinə dəymişdir. Nəticədə həmin inək ölmüş, onun idarə etdiyi avtomobil əzilmiş, o özü isə xəsarət almamışdır. Hadisə baş verən vaxt yağışlı və ya dumanlı hava şəraiti olmamış, hava işıqlı olmuşdur. Lakin onun hadisənin qarşısını almaq üçün hərəkət istiqamətini dəyişməyə imkanı olmamışdır. Belə ki, həmin vaxt eyni hərəkət zolağında olmaqla, ondan irəlidə yük avtomobili olmuş, yolun digər tərəfindən əks istiqamətdən də avtomobillər gəlmişdir. Hadisə baş verməzdən əvvəl o, avtomobili, təxminən, 50-55 km/saat sürətlə idarə etmişdir. İnək qəfildən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığına görə avtomobili saxlaya bilməmiş və inəyi vurmuşdur. Hadisə vaxtı yolda, təxminən, 6-7 baş inək olmuş və onlardan biri qəfil olaraq onun avtomobilinə çırpılmışdır. Hadisə nəticəsində onun avtomobilinə maddi zərər dəymişdir. Maddi zərərin ödənilməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5 və 338.5.1-ci maddələrinin məzmununa görə mal-qaranın yolda nəzarətsiz qoyulması yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta hesab edilir. Həmin məcəllənin 338.7-ci maddəsində bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, sərxoşluq hallarının təyini üzrə tibbi müayinə protokolu, mütəxəssis rəyi ilə müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21043 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu malı vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə həmin mal hadisə yerində ölmüş, eyni zamanda, VAZ-21043 markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə 373 manat miqdarında maddi zərər dəymişdir. Hadisə baş verən zaman sürücü Zərərçəkmiş şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünə məxsus malqaranı yolda nəzarətsiz qoymuş, nəticədə yol nəqliyyat hadisəsi baş verərək digər şəxsin əmlakına maddi zərər dəymiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsini törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan 100 manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəbiyev X1 şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar