Məhkəmə qərarları › İş №3(049)-407/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-407/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-407/2024 06.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs sədri X2 və Kooperativin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 266.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi ünvan 1 ünvanında Şəxsnə məxsus 9 mərtəbəli yaşayış binasında yaranan maye məişət tullantıları və çirakb sularının ərazidəki anbara axıdılması, anbarın dolaraq əraziyə 800 kub metr həcmində çirkab tullantıların axaraq ərazidə qalması faktının aşkar olunması göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, vətəndaş X4 “Lənkəran rayonunda 9 mərtəbəli yaşayış binasının kanalizasiya suyunun kanala, oradan da çaya axıdılması ilə bağlı” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciətinin araşdırılması çərçivəsində ünvan 1 ünvanında ********* VÖEN ilə fəaliyyət göstərən Şəxsnə məxsus 9 mərtəbəli yaşayış binasının çirkab su şəbəkəsinə keçirilmiş baxış zamanı binada əmələ gələn çirkab suların MTK-nın ərazisində yerləşən çirkab su anbarına oradan da ətraf əraziələrə geniş miqyasda axıdılması aşkar olunmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda nəzərdə tutulmuş normaların tələblərinin pozulduğu aşkar edildiyindən həmin hüquqi şəxsin barəsində İXM-nin 266.2-ci maddəsi ilə inzibati xəta haqqında 09 aprel 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. İcraat aparılarkən hər hansı pozuntuya yol verilməmiş, inzibati xəta iş materialları və protokol ilə tam təsdiq edildiyindən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs sədri X2 və Kooperativin nümayəndəsi X5 ayrı-ayrılıqda verdikləri izahatında protokolla razı olmadıqlarını bildirərək, bütün məsuliyyəti Şəxs sabiq sədri X3 daşıdığını, sonuncu MTK-nın təsisçilərinin ümumi yığıncağının qərarı ilə işdən azad edilmiş, X7 ilə MTK-nın yeni rəhbərliyi arasında məhkəmə mübahisələri olmuş, X15in iddiası rədd edilmiş, apellyasiya və kassasiya qaydasında verdiyi şikayətlər isə təmin edilməmişdir. X9i qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırır, kooperativə məxsus möhürləri, seyflərin açarları və uçot sənədlərinin MTK-nın yeni rəhbərliyinə təhvil verməkdən yayınır. Yeni rəhbərlik qismində onlar həmin sənədləri əldə edə bilmir, ümumiyyətlə MTK-nın ərazisinə daxil ola bilmirlər. MTK-ya məxsus yaşayış binasının çirkab sularının əraziyə axıdılmasından məlumatları vardır. Lakin buna görə X7 məsuliyyət daşımalıdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarında olan: 05 aprel 2024-cü il tarixli, 00055 №-li Aktdan görünür ki, vətəndaş X4 “Lənkəran rayonunda 9 mərtəbəli yaşayış binasının kanalizasiya suyunun kanala, oradan da çaya axıdılması ilə bağlı” Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciətinin araşdırılması çərçivəsində ünvan 1 ünvanında ********* VÖEN ilə fəaliyyət göstərən Şəxsnə məxsus 9 mərtəbəli yaşayış binasının çirkab su şəbəkəsinə keçirilmiş baxış zamanı binada əmələ gələn çirkab suların MTK-nın ərazisində yerləşən çirkab su anbarına oradan da ətraf əraziələrə geniş miqyasda axıdılması aşkar olunmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin xx.xx.2024-cü il tarixli, 1-3/104 №-li məlumatından görünür ki, ünvan 1 ünvanında 9 mərtəbəli yaşayış binasının fəaliyyəti ilə bağlı əmələ gələn çirkab və fekal suların daşınması üçün 2023-2024-cü illər üzrə daşınma müqaviləsi bağlanmamış və çirkab suları müəssisənin texnikaları tərəfindən daşınmamışdır. Sözügedən MTK ilə müəssisə arasında çirkab və fekal suların daşınması üçün müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 3 №-li Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 13-16-9-3/2-03/1-485/2024 №-li məlumatından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasına 09 avqust 2019cu il tarixində "xxxx" ASC tərəfindən 015/617-tş saylı texniki şərt verilmişdir. 24 avqust 2023-cü il tarixində "xxxx" ASC ilə müqavilə bağlanaraq su abonenti kimi qeydiyyata alınmışdır. Qeyd olunan ünvanda yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasına kanalizasiya xidməti yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, işdə olan mövcud sübutlara qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə istinad olunan əməl həmin Məcəllənin 262.2.3-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən ilk növbədə aşağıdakı qanunvericilik aktlarına diqqət yetirməyi zəruri hesab edir. Belə ki, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasında qeyd olunmuşdur ki, bu Qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir. Həmin Qanunun “Əsas anlayışlar” adlanan 1-ci maddəsində göstərilmişdir ki: istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; yararsız tullantılar — istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar; tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət; tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət; tullantıların istifadəsi - tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması başa düşülür. Bundan başqa, həmin Qanunun 5-ci maddəsində tullantıların idarə olunması üzrə münasibətlərinin tənzimlənməsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vəzifələri sırasına: tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi; qanunvericilik aktlarının və məqsədli proqramların hazırlanması, təsdiqi və onların yerinə yetirilməsinə dövlət nəzarəti; tullantıların toplanması və emal üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması; müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi və Səhiyyə Nazirliyi] ilə razılaşdırılmaqla tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılması; tullantıların aşkar edilməsi və onların təkrar emalı məqsədilə müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi; tullantıların idarə olunmasında ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi; təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin dövlət ekoloji ekspertizasının aparılması; Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi və digər vəzifələr daxil edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 1.1 –ci bəndindən görünür ki, Bu Qaydalar "Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır və şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarını müəyyən edir. Həmçinin, həmin Qaydaların 1.4 –cü bəndinə əsasən bu Qaydalarda aidiyyəti qurumlar dedikdə “Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanı ilə müəyyən edilən inzibati ərazi vahidlərində həmin Fərman ilə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti, digər hallarda isə yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları nəzərdə tutulur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun “Əsas anlayışlar” adlanan 1-ci maddəsində qeyd olunmuşdur ki: su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; qoşulma müqaviləsi – tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəd başa düşülür. Həmin Qanunun 34-cü maddəsinə əsasən kanalizasiya müəssisələrinin əsas vəzifələri sırasına tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması, ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi, kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi daxildir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 1.1-ci bəndindən görünür ki, bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir. Həmin Qaydaların əsas anlayışlardan bəhs edən 1.2-ci bəndində qeyd olunmuşdur ki: 1.2.1. su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; 1.2.2. istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir; 1.2.5. tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; 1.2.7. kanalizasiya sistemi – yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantıları təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir; Eyni zamanda həmin Qaydaların “İstehlakçıların vəzifələri” adlanan 4-cü bəndindən görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq və STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçıların əsas vəzifələri sırasındadır. Azərbaycan Respublikası İXM-nin “İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması” adlanan 266-cı maddəsinin İİ hissəsinin obyektiv cəhətini tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması təşkil edir. Şəxs inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda nəzərdə tutulan normaların və qaydaların pozulmasında ittiham edilir. Halbuki, həmin Qaydalar “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hazırlanmışdır. “Tullantılar haqqında” Qanunun tənzimləmə predmetinə isə zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi və hüquqi münasibətləri müəyyən edilməsi daxil deyildir. Bununla yanaşı məhkəmə qeyd edir ki, işin mübahisə doğurmayan halı ünvan 1 ünvanında ********* VÖEN ilə fəaliyyət göstərən Şəxsnə məxsus 9 mərtəbəli yaşayış binasından tullantı sularının ətraf əraziyə axıdılmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2024-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə inzibati xətanın tövsif edilməsində zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir inzibati xəta tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda inzibati xəta tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün inzibati xəta tərkibləri üçün zəruri olmayan və müxtəlif tərkiblərdə fərqli əhəmiyyət daşıyan əlamətlərdir. Zəruri və fakultativ əlamətlərin müəyyənləşdirilməsi oxşar inzibati xəta tərkiblərinin birbirindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. İXM-nin 262.2.3-cü maddəsinin obyektiv cəhətini içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması təşkil edir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublmkası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı aşağıdakı hüquqi mövqe nümayiş etdirilmişdir: «inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin...». Göründüyü kimi, Konstitusiya Məhkəməsi cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqini istisna etməmişdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edildi ki, istehlakçı Şəxs su təchizatı və kanalizasiya müəssisəsi ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmək üçün müqavilə bağlamaq vəzifəsi daşıdığı halda belə bir müqavilə bağlamamış, nəticədə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxsnə məxsus 9 mərtəbəli yaşayış binasından tullantı suları ətraf əraziyə axıdılmışdır. Hüquqi şəxs Şəxs tərəfindən İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi öz təsdiqini tapdığından, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs Şəxsnə İXM-nin 266.2-ci maddəsi istinad edilən əməl həmin Məcəllənin 262.2.3-cü maddəsinə tövsif edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», « Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min manat) manat cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsindən həmin Məcəllənin 262.2.3-cü maddəsinə tövsif edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min manat) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar