Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-411/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsi küçəsi, ev 47/1-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiallara Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində köhnə Ələt-Astara-İran sərhədi Lənkəran rayonun, Liman şəhəri ərazisindən keçən 187-ci km-də nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-21013” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun Astara rayonu istiqamətində hərəkətdə olarkən ani zamanda mühərriki söndürməklə hərəkəti tənzimləyə bilməyib idarəetməni itirmiş, daha sonra əks hərəkət zolağına və ehtiyat hissəyə çıxaraq yolun sol ehtiyat hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus olan “Hyundai Elentra” minik markalı **-CG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşduğuna görə Azərbaycan Respublikası DİN BDYPİ-nin YPX Alayı Xİ tağımının YPX inspektoru, polis baş serjantı X1 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan xx.xx.2024cü il tarixdə saat 18:30 radələrində köhnə Ələt-Astara-İran sərhədi Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən 187-cı km-də “VAZ-21013” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun Astara rayonu istiqamətində hərəkətdə olarkən ani zamanda mühərriki söndürməklə hərəkəti tənzimləyə bilməyib idarəetməni itirmiş, daha sonra əks hərəkət zolağına və ehtiyat hissəyə çıxaraq yolun sol ehtiyat hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Elantra” minik markalı **-CG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşmuşdur. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-21013” markalı **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində köhnə Ələt-Astara-İran sərhədi Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən 187-ci km-də yolun sol ehtiyat hissəsində dayanmış vəziyyətdə olan “Hyundai Elantra” minik markalı **-CG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşma baş vermişdir. Ona məxsus avtomobilə dəymiş ziyan Şəxs tərəfindən ona ödənilmişdir. Şəxs hazırda heç bir şikayətinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin Arayışından müəyyən olunur ki, Şəxs İXMnin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmiş və sürücülük vəsiqəsi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi “VAZ-21013” markalı **-CD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində köhnə Ələt-Astara-İran sərhədi Lənkəran rayonu, Liman şəhəri ərazisindən keçən 187-ci km-də yolun Astara rayonu istiqamətində hərəkətdə olarkən ani zamanda mühərriki söndürməklə hərəkəti tənzimləyə bilməyib idarəetməni itirmiş, daha sonra əks hərəkət zolağına və ehtiyyat hissəyə çıxaraq yolun sol ehtiyat hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus olan “Hyundai Elantra” minik markalı **-CG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Kosntitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, sürücülük vəsiqəsinin etibarlıq müddəti “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsində göstərilmişdir. Həmin maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanunun 35-ci maddəsinə görə isə sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması onun dəyişdirilməsini tələb edir. Sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarması fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırır. (“Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinin 1-ci bəndi). Belə olan halda Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi ehtiva edir. Göründüyü kimi həmin qərarda ifadə edilmiş hüquqi mövqeyə əsasən, “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, həmçinin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxsi də ehtiva edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün və zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol, eləcə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Şəxs törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi, zərər çəkmişə vurulmuş zərəri ödəməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alınaraq, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-411/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-411/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver