Məhkəmə qərarları › İş №3(049)-411/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-411/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-411/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X8, Protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Lənkəran rayonu, Seydəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Lənkəran Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X1 03 aprel 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X10 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən MN ******* nömrəli, 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 mart 2025-ci il tarixdə, saat 15 radələrində qaynanası Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə yumruq vurmaqla ona sağ göz nahiyəsinə xəsarət yetirmişdir. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 bildirdi ki, Lənkəran rayonu, Narbağı kənd sakini Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-ya müraciət edərək Narbağı kənd sakini Zərərçəkmiş şəxs ona müxtəlif xəsarətlər yetirməsini bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır onunla birlikdə yaşayır. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur, ailəlidir 4 uşaq anasıdır. xx.xx.2025-ci il tarixdə DİN- 102 xidmətinə zəng edərək qaynanası Yaqutun onu vurduğunu bildirmişdir. Yaqut ilə münasibətləri pisdir. Aralarında tez-tez mübahisələr baş verir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə qaynanası Yaqut ona evdə olan ona məxsus əşyaları götürdüyünü deyərək təhqir etməyə başlamışdır. Əsəbləşərək onu təhqir etmişdir. Qaynanası Yaqutda üzərinə gedərək onu vurmağa başlamışdır. Yaqut yerdən çəkic götürərək ayaq nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmçinin boğazını cırmaqlamışdır Sonra evdən çıxarac getmişdir. O, qaynanasına xəsarət yetirməmişdir. Qaynanasının gözünə xəsarəti qayını yetirmişdir. Onun qaynansını vurmadığını əri Cavad da görmüşdür. Göstərilənlərə əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxsin vurulması sübuta yeritilmir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun gəlnidir. Heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur.Ailəlidir 3 uşaq anasıdır. Fatma övladı X12iu ilə ailəlidir. Oğlu Cavad və arvadı Fatma onunla birlikdə Lənkəran rayonu Narbağı kəndində yaşayırlar. Gəlini Fatma onunla tez-tez mübahisə edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 16 radələrində evində qapını təmir edən zaman oğlu Kamal onun yanında olmuşdur. Kamal evdən çıxan zaman onunla zarafat edərək birdaha qapını sındırsa əllərin sındıracağını demişdir. Gəlini Fatmada çölə çıxaraq övladı Kamala onu dəlixanaya göndərəcəyi barədə ifadə işlətmişdir. Əsəbləşərək ona irad bildirmişdir. Fatma onu təhqir etmişdir. Fatma da üzərinə gələrək göz nahiyəsinə sağ göz nahiyəsinə yumruq zərbəsi endirmişdir. Həmçinin onu vurmasın deyə yerdən çəkici götürərək onun bədən nahiyəsinə vurmuşdur. Sonra sakitləşərək o biri otağa keçmişdir. Mübahisə zamanı gəlini Fatma onun sağ gözündən yumruqla vurmuşdur. O, da dərhal ekspertizaya getmişdir. Onun gözü bir neçə gün göy rəngdə olmuşdur. Hazırda gəlini Şəxs şikayətçidir, onun həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun arvadı, zərərçəkmiş Zərərçəkmiş şəxs isə anasıdır. Anası ilə münasibətləri normaldır. Anası ilə arvadının münasibətləri isə normal deyil, mütəmadi mübahisə edirlər. xx.xx.2025-ci il tarixdə anası ilə arvadı yenə də mübahisə etmiş, bir-birilərinin saçlarını yolmuşlar. O, anası ilə arvadını ayırmış, həmin baxt anası yerdən çəkic götürüb arvadının ayağından vurmuşdur. Arvadının isə anasını vurmasını görməmişdir. O, anasının gözünün göy olmasını görmüş, lakin bu barədə anasından soruşmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsinin 26 mart 2025-ci il tarixli, 174 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sağ gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 aprel 2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsi vurmamsına dair izahatını iş üzrə tədqiq edilmiş ekspert rəyi və zərərçəkmiş şəxsin ifadəsi ilə tam təkzib edildiyi üçün mötəbər hesab etmir. Şəxs qaynanası Zərərçəkmiş şəxs xəsarət yetirməsi zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, ekspert rəyi ilə də tam təsdiq edilir. Məhkəmə, şahid X5 ifadəsini yalnız tərəflər, yəni Şəxs ilə Yaqut Abışov arasında uzun müddətdir mübahisə olması hissəsində əsaslı və iş üçün əhəmiyyətli sübut növü kimi qiymətləndirir. Məhkəmədə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dörd uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini, tərəflərin gəlin və qaynana olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar