Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-412/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Lənkəarn Vəkil bürosunun vəkili X3 və inzibati xəta haqqında protokol tərtib etmiş orqan-Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi X1 iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran Yaşıllaşdırma müəssisəsində fəhlə işləyən, Lənkəran rayonu, Narbağı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına 29 aprel 2025-ci il tarixdə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Lənkəran rayonu, Narbağı kəndində gəlini Zərərçəkmiş şəxs, aralarında baş vermiş mübahisə zamanı xəsarət yetirdiyinə görə barəsində 29 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, həmin gün oğlu ondan yemək istəmiş, lakin evdə qonaq olduğu üçün yemək gecikmiş və buna görə oğlu əsəbləşib qapıya təpik vurmuşdur. Bu zaman gəlini Fatma ərinə əl yelləyərək onu dəlixanaya verməli olduğunu bildirmiş, o isə gəlininə dəlixanaya öz anasını verməli olduğunu bildirmişdir. Bu zaman Fatma ona hücum çəkərək yumruqla zərbə vurmuş, o da Fatmanın saçlarını yolmuşdur. Əməlindən peşiman deyil. Barəsində aparılan inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. İnzibati xəta nəticəsində Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirmişdir ki, Yaqut qaynanasıdır. Həmin gün qaynanası onu evdəki xalçaları oğurlamaqda günahlandırmış və aralarında münaqişə yaranmışdır. O, qaynanası Yaqutu döyməmiş, əksinə Yaqut onu döymüşdür. Məhkəmədən qaynanası Yaqutun həbs və ya cərimə edilməsini tələb etdi. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib etmiş orqan-Lənkəran ŞRPŞnin İTB-nin polis sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək ailənin münaqişəli ailə kimi qeydiyyatda olduğunu bildirdi. İş materiallarında olan 03 aprel 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-772 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində-sol bud, sağ baldır nahiyələrində qançırlar, boyun nahiyəsində sıyrıq aşkar edilməklə, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Lənkəran rayonu, Narbağı kənd sakini Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotektasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, DİN X7 Sistemində Şəxs hazırkı günə kimi hər hansı bir əlillik statusu olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs bu xətanı törətməsində təqsiri özünün və zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs qadın olmaqla 60 yaşında olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115 və 128-130cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-412/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-412/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver