Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-413/2025 29.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı oğlu X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Şağlaküçə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşayan Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə onunla qeyri-rəsmi yaşayan Zərərçəkmiş şəxs ünvan 1 ünvanında döydüyünə görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 29 aprel 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə onunla qeyri-rəsmi yaşayan Şəxs onu qısqandığı üçün evdə sol qol nahiyyəsinə yumruq zərbəsi vurduğuna görə barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 29 aprel 2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Vəfədar qızı ilə 2017-ci ildən qeyri-rəsmi yaşayırlar. xx.xx.2025-ci il tarixdə Lənkəran rayon mərkəzi bazarında olarkən Zərərçəkmiş şəxs rəfiqəsi Sevinc adlı qadının Əli adlı oğlanla danışıb öz nömrəsini ona verdiyini görmüşdür. Onlar getdikdən sonra avtodayanacaqda işləyən Əli adlı oğlana yaxınlaşdıqda Əli Sevincin ona nömrə verməsini demişdir. O, evinə qayıdaraq Sevinc adlı qadını evindən qovan zaman Zərərçəkmiş şəxs onun ilə mübahisə edib üstünə hücum çəkmişdir. O da onun qol nahiyyəsindən tutaraq itələmişdir. İzahatında əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Vəfədar qızı bildirdi ki, xx.xx.2025-ci il tarixdə qeyri-rəsmi yaşadığı Şəxs ilə aralarında mübahisə yaranmışdır. Həmin tarixdə evlərində olan Sevinc adlı qadınla Lənkəran rayon mərkəzi bazarında balıq almaq istəyəndə orada Əli adlı oğlanda balıq olmadığı üçün Sevinc bir gün sonra balıq almaq məqsədi ilə öz mobil nömrəsini həmin oğlana verib evinə qayıtdıqda, 15-20 dəqiqə sonra Şəxs əsəbi halda həyətdə mübahisə yaranmışdır. Sevinci həyətdən qovmaq istəyən zaman Şəxs yumruq zərbələri ilə Sevincin və öz oğlunun yanında hər ikisini qısqanclıq zəmnində saat 15:00 radələrində onu yumruq ilə vurmuşdur. Daha sonra o, evdən çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə evə gələndə Firüdin yenidən həmin hadisəni bəhanə edib onun burnuna yumruq zərbəsi endirmiş, burnunu sındırmışdır. Hər iki gözünün altında olan qançırlar həmin zərbənin təsirindən yaranmışdır. Həmin hadisə ilə də bağlı hüquq mühafizə orqanlarına şikayət etmiş, məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Şəxs ilə birlikdə yaşamaq fikri yoxdur. Dəfələrlə Şəxs onu əvvəllər döymüş, o da bağışlamışdır. Lakin hazırda ondan şikayətçidir və həbs olunmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 HK-1-880 nömrəli yoxlama materialı üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda Şəxsnın əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, qərar həmin şəxslər barəsində müvafiq tədbir görülməsi üçün İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT PHŞ Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi xx.xx.2025-ci il tarixli, 193 saylı canlı şəxsin ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəfədar qızının bədəni üzərində hər iki said nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin 1 saylı X1 xx.xx.2025-ci il tarixli, 2-N-8269/2/25 nömrəli arayışından görünür ki, Şəxs filialdan əlilliyi ilə bağlı heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İXM-nin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun qeyd olunan inzibati xətanı törətməsində təqsiri HK-1-880 saylı yoxlama materialı üzrə qəbul edilmiş xx.xx.2025-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «29» aprel 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-413/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-413/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver