Məhkəmə qərarları › İş №3(049)-414/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-414/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-414/2025 19.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vdadi Fərman oğlunun katibliyi, şikayət verən şəxs X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran - Astara regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran - Astara regional şöbəsi vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Müfəttişliyi Xidmətinin Lənkəran - Astara regional şöbəsi vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, sahibkar kimi fəaliyyət göstərir və “AMBU" MMC kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. Bu müddət ərzində nə vergi, nə əmək müfəttişliyi, nə də hər hansı bir digər dövlət orqanları tərəfindən hər hansı bir məsuliyyətə cəlb olunmamışdır. Dövlətin vergisini də qanunda nəzərdə tutulmuş qaydada vaxtlı vaxtında ödəyir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidməti X2 rəisi X13 özünün xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı ilə onu Azərbaycan Respublikasının İXMnin 192.3-cü maddəsi ilə təqsirli bilərək 1.000 manat miqdarında inzibati qaydada cərimə etmişdir. Onun cərimə olunmağının əsası kimi qeyd olunmuşdur ki, guya o, yəni “AMBU" MMC-nin direktoru kimi işçilərə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı əmək haqqı ödəmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidməti X2 rəisi X6 xx.xx.2025-ci il tarixli MN № ******* saylı qərarı aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Hər şeydən əvvəl xüsusilə qeyd olunmalıdır ki, onun 4-5 nəfər daimi işçisi olub, onlara hər ay 700-800 manat əmək haqqı ödəyir. Eyni zamanda onun direktoru olduğum təşkilatda 20 nəfərə yaxın yarım ştat işləyən işçisi var, onlara da qanunda müəyyən edilmiş məbləğdə əmək haqqı ödəyir. Beləliklə də, onun direktor olduğu təşkilatda elə bir işçi yoxdur ki, onlara dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı əmək haqqı ödəsin. Belə ki,, yuxarıda qeyd etdiyim kimi onun direktor olduğum MMC-də tam ştatla işləyən işçilər 700-800 manat, yarımştatla işləyən işçilər isə qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğindən yuxarı əmək haqqı ödəyir. Həmin yarımştat işləyən işçilər nə vaxt iş olanda işləyirlər, iş olmayanda isə işləmirlər və işlədikləri günə münasibətdə də əmək haqqı alırlar. Onların heç biri aldıqları əmək haqqıya görə də narazılıq etmirlər. Çünki, o, onlara qanunla müəyyən edilmiş minimum əmək haqqı məbləğindən yuxarı əmək haqqı ödəyir. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X14 Xidməti Astara- X11 rəisi X13 onun iştirakını təmin etmədən, hər hansı araşdırma aparmadan onu Azərbaycan Respublikasının İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilib, 1000 manat miqdarında inzibati qaydada cərimə etmişdir. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Çünki, o, heç bir inzibati xətaya yol verməmişdir. Ona görə də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edirəm və həmin qərarın ləğv edilməsini istəyir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən ərizəçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran - Astara regional şöbəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, mabahisələndirilən inzibati tənbehvermə haqqında qərar üzrə icraat tam olaraq qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmışdır. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şayar Abdullayevin iştirakı təmin edilmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl həmin inibati xətanın aradan qaldırılması üçün X14 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən "xxxx" MMC-yə rəsmi məktub göndərilmişdir. Eyni zamanda məhkəmə sübut kimi təqdim etdiyi əmək müqaviləsi bildirişlərindən görünür ki, "xxxx" MMC-nin işçiləri olmuş şəxslərə qanunla müəyyən edilmiş minimum əmək haqqından az miqdarda əmək haqqı ödənilmişdir. Beləliklə də hesab edir ki, X1 şikayət ərizəsi tamamilə əsassızdır. İnzibati xəta haqqında icraat çərçivəsində onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nzəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Odur ki, şikayət ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 1.000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 10 aprel 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, işəgötürən X3 tərəfindən Əmək Məcəlləsinin 1-ci və 3-cü hissələrinin tələbləri pozulmaqla, işçilərə dövlətin müəyyən etdiyi minimum əmək haqqı məbləğindən aşağı məbləğdə əmək haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş 1N0SR6Q000201 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən və X7 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də fəhlə kimi işə qəbul edilmişdir. İş saatı 09:00-dan – 17:00-dək, aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Rövşən Mirzəyevlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Rövşən Mirzəyev işdən azad edildiyi tarixədək əmək haqqı 345 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 5BWTNNB000101 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən və X12 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də fəhlə kimi işə qəbul edilmişdir. İş saatı 09:00-dan – 17:00-dək, aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Ramid Şükürovla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Ramid Şükürov işdən azad edildiyi tarixədək əmək haqqı 345 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 47w3yml000200 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən və X9 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Aytəkin Rzayeva xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də fəhlə kimi işə qəbul edilmişdir. İş saatı 09:00-dan – 17:00-dək, aylıq əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Aytəkin Rzayeva ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Aytəkin Rzayeva işdən azad edildiyi tarixədək əmək haqqı 345 manat təşkil etmişdir. Qeyd edilən müqavilələr işəgötürən kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İşəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 tərəfindən onunla əmək müqaviləsi bağlamış X7, X12 və X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə, yəni 345 manat əməkhaqqı verilmişdir. Mübahisələndirilən inzibati tənbehvermə haqqında qərara dair inzibati xəta haqqında protokol 10 aprel 2025-ci il tarixdə tərtib edilmişdir və X3 ilə X7, X12 və X9 arasında əmək münasibətləri həmin tarixədək davam etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin 3-cü bəndinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Bütün qeyd olunanları nəzərə alaraq, habelə inzibati xəta haqqında protokolu, inzibati tənbehvermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran - Astara regional şöbəsi vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 16 aprel 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan 10 (on) gün muddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar