Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-415/2025 01.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin idarə müdiri X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.6-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin idarə müdiri X4 barəsində İXM-nin 192.6-cı maddəsi ilə AR ƏƏSMN DƏMX X1 baş əmək müfəttişi X3 tərəfindən İXP ******* nömrəli, 16 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X5 şikayət verərək, AR ƏƏSMN DƏMX X1 baş əmək müfəttişi X2 qəbul etdiyi İXP ******* nömrəli, 16 aprel 2025ci il tarixli inzibati xəta haqqında protokolun ləğv etməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunvericlikdə inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamış, yalnız inzibati xəta haqqında qərardan şikayət nəzərdə tutulmuşdur. Şikayət vermiş şəxs X5 şikayətində AR ƏƏSMN DƏMX X1 baş əmək müfəttişi X2 qəbul etdiyi tərəfindən İXP ******* nömrəli, 16 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolun etibarsız edilməsilə bağlı məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bundan əlavə inzibati tənbeh vermə haqqında qərarı şikayətə əlavə etməmişdir. Qeyd olunan hüquq normalarını qarşılıqlı şəkildə təhlil etməklə hazırki işə tətbiq etdikdə müəyyən olunur ki, qanunvericlikdə inzibati xəta haqında protokoldan şikayət nəzərdə tutulmadığından şikayət geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və İXM-nin 126-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə AR ƏƏSMN DƏMX X1 baş əmək müfəttişi X3 tərəfindən İXP ******* nömrəli, 16 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-415/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-415/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver