Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-416/2025 23.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, tərəflərin iştirakı olmadan, X3 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-416/2025 saylı, 12 may 2025-ci il tarixli qərardadı ilə X3 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından görünür ki, X1 Rayon Məhkəməsinin 3(049)-416/2025 saylı, 12 may 2025-ci il tarixli qərardadı ilə X3 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin inzibati tənbehvermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. X2 həmin qərardaddan şikayət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, QƏRARA ALDİM: X3 Lənkəran Şəhər Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin inzibati tənbehvermə haqqında qərarından verdiyi şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-416/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-416/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver