Məhkəmə qərarları › İş №3(049)-417/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-417/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-417/2025 12.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, şikayət verən şəxs X2 iştirakı ilə, X2 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən verilən 17 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti Lənkəran Rayon Məhkəməsində araşdıraraq, məhkəmə müəyyənetdi: X5 məhkəməyə müraciət edərək 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) rəisi X6 tərəfindən 17 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Digah kəndində yaşayır. 18 mart 2025-ci il tarixdə Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X8 Mərkəzi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə 1 saylı RETSİ-nə göndərilmişdir. Həmin protokol əsasında 1 saylı RETSİ-nin rəisi X6 tərəfindən qəbul edilmiş 17 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar ona xx.xx.2025- ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bu qərardan xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət etmiş və şikayətində imza qrafasında imza ona məxsus olsa da, lakin ad, soyad səhv qeyd olunduğundan həmin şikayət Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049)-398/2025-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. Həmin qərar və ona əlavə edilmiş sənədlər ona bu gün, xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Odur ki, həmin nöqsanı aradan qaldırıb yenidən şikayətlə müraciət edir. Onu da qeyd edir ki, xx.xx.2025-ci il tarixdə aldığı qərardan şikayəti 9 gün ərzində məhkəməyə təqdim etmiş və o şikayətin geri qaytarılması ilə bağlı məhkəmənin qərarını da bu gün aldığından hesab edir ki, şikayət vermə müddətini ötürməmişdir. Çünki, əvvəlki qərardan verdiyi şikayət üzrə qalmış 1 gün müddətin axımı dayanmış və bu gündən etibarən davam etməkdədir. Barəsində Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı RETSİ-nin rəisi X6 tərəfindən qəbul edilmiş 17 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara münasibətdə bildirmək istəyir ki, sözügedən qərar hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam, verilməlidir. Belə ki, inzibati xətanın baş verdiyi vaxt nə həmin qərarda, nə də tərtib edilmiş protokolda qeyd edilməmişdir. Sözügedən sənədlərdə onun Haftoni meşəbəyliyinin 16 saylı meşə dolayısında dövriyyədə olan meşə əkinlərini məhv etməyi göstərilsə də, bunu təsdiq edən heç bir sübuta istinad olunmamış, kəsilməsi və ya məhv edilməsi göstərilən bitkilərin (ağacınların) sayı və növü qeyd edilməmişdir. Bundan əlavə qeyd olunan əməlin də məhz onun tərəfindən kəsilməsinin (məhv edilməsini) hansı faktlarla təsdiq edilməsi ona məlum deyildir. Bu səbəbsən də hesab edirəm ki, sözügedən qərar AR-nın İXMnin tələbləri pozulmaqla qəbul edilmişdir. Bununla da inzibati orqan tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, qanunsuz və əsassız qərar qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr aydınlaşdırılmamışdır. 17 aprel 2025-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda onun tərəfindən törədilməsi istinad olunan əməlin (İXM-nin 253.1-ci maddənin) dispozisiyasında göstərilən halların məhz onun törətdiyini təsdiq edən mötəbər sübutun olmamasıdır. Bu səbəbdən də hüquqlarımın müdafiəsi üçün hazırki şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında inzibati qərardan şikayət verən X5 şikayətdə göstərilən dəlillərə uyğun çıxış edərək bildirdi ki, əvvəllər barəsində inzibati xəta haqqında protokol tərtib olunmayıb və hazırki protokolda göstərilənlərlə də razı deyil. O, sözügedən ərazidə yerləşən meşə zolağına at salmamış və meşə zolağına ziyan vurmamışdır. Çünki özünün örüş yeri var və başqa otlaq sahəsinə ehtiyacı yoxdur. Əksinə, oranın gözətçisi İbrahimov Bəhmən həmişə əraziyə at və sair heyvanlar salır və bununla bağlı onun əlində video çəkilişlər var. Məsələ ilə əlaqədar əvvəlcə Meşə təsərrüfatı idarəsinə dəvət olunsa da, orada verdiyi izahata və göstərdiyi görüntülərə əhəmiyyət verilməyib. Daha sonra Ekologiya idarəsinə çağrılıb və orada barəsində tərtib olunan aktla tanış olub, həmçinin izahat verib. Lakin həmin işlə bağlı başqa kimlərdən izahat alınması ilə bağlı məlumatı yoxdur. Əlavə olaraq bildirdi ki, vaxtı ilə mərhum atası orada meşəbəyi işləyib və o, uşaq vaxtı atası ilə birlikdə həmin ərazidə çoxlu ağaclar əkib. Hazırki meşəbəyi ilə düşmənçiliyi və ədavəti yoxdur. Lakin meşəbəyi öz atlarını meşəyə salmaqdan ötrü ərazidəki ağacları kəsir. O, bununla əlaqədar meşəbəyiyə dəfələrlə iradını bildirib. Bu səbəbdən, onu ərazidən uzaqlaşdırmaqdan ötrü meşəbəyinin ona düşünülmüş böhtan atdığını fikirləşir. Məhkəmədən şikayətinin təmin edilməsini və 1 saylı RETSİ-nin rəisi X3 17 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə ETSN-nin 1 saylı RETSİ-nə məlumat verilsə də, sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ETSN-nin 1 saylı Regional ETSİ-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq şikayətə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını və videogörüntüləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ETSN-nin 1 saylı Regional ETSİ-nin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Haftoni müşəbəyliliyinin 16 saylı meşə dolayında dövriyyədə olan meşə əkinlərini məhv etdiyinə görə X4 Azərbaycan Respublikası İXM-nin 253.1-ci maddəsi ilə 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, ETSN-nin 1 saylı Regional ETSİ X5 tərəfindən Haftoni müşəbəyliliyinin 16 saylı meşə dolayında dövriyyədə olan meşə əkinlərini məhv etdiyini və bu fakt tərtiınb olunmuş 004923 nömrəli akt, gözətçinin məlumatı və fotoşəkillərlə təqdiq olunduğunu göstərsə də, onun nümayəndəsi məhkəmə iclasına gələrək bu faktı təsdiqləyən həmin sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati xətanın mövcudluğunun sübut etmə yükü inzibati qərarı qəbulı edən orqanın üzərinə düşür. Şəxsin təqsirli olmasını inzibati orqan sübuta yetirməlidir. Hətta şikayətçi inzibati xətanı törətdiyini etiraf etsə belə, bu hal onun barəsində inzibati qərarın qəbul edilməsi üçün kifayət qədər hesab edilən əsas deyildir. Onun inzibati məsuliyyətə cəlb edilməsi üçün öz etirafı ilə yanaşı, şahid izahatları, yerində baxışın keçirilməsinə dair akt, varsa həmin inzibati xətanı əks etdirən fotoşəkillər, videogörüntülər və s. tələb olunur. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında şikayət verən şəxs X2 təqdim etdiyi diskə baxış kemirilmiş, həmin diskdəki görüntülərdən müəyyən olunur ki, həmin görüntüləri lentə məhz X5 özü almış, həmin görüntülərdə bir nəfər şəxsin mal-qaranı və atları meşə sahəsinə saldığı aydın görünür. X5 bildirmişdir ki, həmin şəxs meşə gözətçisi Bəhmən İbrahimovdur. Göründüyü kimi, inzibati hadisənin törədilməsi həmin görüntülərlə öz təsdiqini tapır. Lakin məhz X5 tərəfindən həmin inzibati xətanın törəməsini təsdiqləyən sübutları ETSN-nin 1 saylı Regional ETSİ məhkəməyə təqdim etməmişdir. Buna görə də “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, həmin inzibati xətanın X5, meşə gözətçisi Bəhmən İbrahimov və ya digər şəxs(lər) tərəfindən törədilib-törədilməməsi yenidən araşdırılmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən şikayət qismən təmin edilməli, 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün 1 saylı RETSİ-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün 1 saylı RETSİ-nə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar