Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-42/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ünvanına X2 647AFZ13/21ADR17 (barkod: **********03204, QİB:**********8671) nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair qeydiyyat nömrəsi xx.xx.2024cü il tarixdə saat 03:21-də verilmiş, lakin gömrük bəyannaməsi 15 (on beş) gündən gec olmayaraq təqdim edilməli olduğu halda EP № ******* inzibati xəta haqqında protokol tərtib olunan zamanadək təqdim edilmədiyindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra DGK) tərəfindən qeyd edilən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 493-cü maddəsi ilə 08 yanvar 2025-ci il tarixli EP № ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın inzibati xəta törədən şəxs Şəxs MMC-ə və Azərbaycan Respublikasının DGK-ə bildirilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış 3-33-1100/029/037373 saylı xx.xx.2024-cü il tarixli raport görünür ki, Şəxs MMC-in ünvanına daxil olmuş yüklər ölkə ərazisinə daxil olduğu vaxtdan 15 gün gec bəyan edilmişdir. İş materiallarında olan gömrük bəyənnaməsindən və çıxarışdan görünür ki, Şəxs MMC-in ünvanına göndərilmiş mallar 647AFZ13/21ADR17 nömrəli yük avtomobili ‘‘İpək Yolu" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur, idxal edilmiş mallara dair qeydiyyat nömrəsi xx.xx.2024-cü il tarixdə verilmiş, lakin 112 sorğu nömrəli gömrük bəyannaməsi 15 (on beş) gündən gec olmayaraq təqdim edilməli olduğu halda təqdim edilmişdir. İnzibati xəta haqqında 08 yanvar 2025-ci il tarixli EP № ******* saylı protokoldan görünür ki, hüquqi şəxs MEQA Z MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmasında nümayəndəsi X1 iştirak etmiş və sözügedən protokolda göstərilir ki, Səkinə Əliyeva izahat verərək: “nümayəndəsi olduğu Şəxs MMC-nin ünvanına xx.xx.2024-cü il tarixdə Çin Xalq Respublikasından 647AFZ13/21ADR17 nömrə nişanlı yük avtomaşınında müxtəlif adda mallar daxil olmuşdur. Bildirir ki, şirkətin hesabında kifayər qədər vəsait olmadığından gətirilən mallara dair **********5393 sorğu nömrəli gömrük bəyannaməsini gömrük orqanına gec təqdim etmişlər. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər.” Nümayəndə X1 inzibati xəta haqqında protokolu imzalamış, həmçinin 08 yanvar 2025-ci il tarixli AR DGK BBGİ-nin inzibati xəta haqqında işin materialları ilə tanış olma barədə protokoldan görünür ki, iş materialları ilə tanış olmuşdur. Daha sonra inzibati xəta haqqında icraatın başa çatdırılmasına dair raport tərtib olunub, AR İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş materialları aidiyyəti üzrə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi 149.1. Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. 149.2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər. 149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Göründüyü kimi ‘‘MEQA Z” MMC-in idxal edilmiş mallara dair gömrük bəyannaməsini Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməməsi inzibati xətanı törətməsində təqsiri inzibati xəta haqqında protokolla və yuxarıda qeyd olunan sənədlərlə tam təsdiq olunur. Bununla da məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs MMC-in İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs MMC-yə qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işdə olan sənədləri hərtərəfli araşdıraraq inzibati xəta törətmiş Şəxs MMCyə qarşı inzibati tənbeh tətbiq edərkən ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-42/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-42/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver