Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-420/2025 02.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonu, Səpnəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin e-16(049)-32/2025 saylı, 11 aprel 2025-ci il tarixli qərardadın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 02 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X2 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin e-16(049)-32/2025 saylı, 11 aprel 2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçi Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə yaşayan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin cümə, şənbə, bazar günləri yanında gecələmə şərti ilə bütün günü, elecə də ad günündə, 1 iyun X1 Günü, yeni il, Novruz, Qurban və Ramazan bayramları günlərində saat 10:00-dan 20:00-dək cavabdehin iştirakı olmadan ünsiyyətdə olmağına Şəxs tərəfindən mane olması qadağan edilmişdir. Qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmışdır. Borclu icra qurumuna dəvət edilmiş ona hüquq və vəzifələri icra edilmiş, məhkəmə qərardadının icrasının məcburiliyi diqqətə çatdırılmışdır. Lakin borclu Şəxs uşağı anasına görmüşmək üçün təhvil verəcəyi təqdirdə tələbkarın uşağı ona qaytarmayacağından ehtiyat etdiyini bildirərək icra vərəqəsinin icrasından qəti şəkildə imtina etmişdir. Ona görə də barəsində müvafiq protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərardad qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin e-16(049)-32/2025 saylı, 11 aprel 2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçi Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə yaşayan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin cümə, şənbə, bazar günləri yanında gecələmə şərti ilə bütün günü, elecə də ad günündə, 1 iyun X1 Günü, yeni il, Novruz, Qurban və Ramazan bayramları günlərində saat 10:00-dan 20:00-dək cavabdehin iştirakı olmadan ünsiyyətdə olmağına Şəxs tərəfindən mane olması qadağan edilmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs ilə ailə münasibətləri korlanmışdır. Belə ki, Zərərçəkmiş şəxs cari ilin mart ayının 23-də uşağı da evdən götürərək atası evinə getmişdir. Zərərçəkmiş şəxs onların yaşadığı evdən oğurluq etməsinə görə şübhələndikləri üçün Lənkəran ŞRPŞ-yə müraciət edilmiş, faktla bağlı cinayət işi başlanılmışdır. Zərərçəkmiş şəxs şübhəli şəxs qismində tutulduğu 48 saat müddət ərzində o, qayınatasının yaşadığı evə gedib övladı Maidə adlı uşağı öz yanına gətirmişdir. Zərərçəkmiş şəxs uşağın üzünə onu həsrət qoyacağına dair ona mesaj göndərmişdir. Hesab edir ki, uşağı görüşmək üçün Zərərçəkmiş şəxs təhvil verəcəyi halda sonuncu uşağı alıb ona göstərməyəcəkdir. Müvəqqəti təminat tədbiri ilə bağlı məhkəmə qərardadından şikayət vermişdir. Məhkəmə qərardadını icra etmək fikri yoxdur. Özünü təqsirli bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin e- 16(049)-32/2025 saylı, 11 aprel 2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçi Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə yaşayan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin cümə, şənbə, bazar günləri yanında gecələmə şərti ilə bütün günü, elecə də ad günündə, 1 iyun X1 Günü, yeni il, Novruz, Qurban və Ramazan bayramları günlərində saat 10:00dan 20:00-dək cavabdehin iştirakı olmadan ünsiyyətdə olmağına Şəxs tərəfindən mane olması qadağan edilmişdir. O, polis şöbəsində saxlanıldığı müddət ərzində Şəxs övladı Maidə adlı uşağı onun atasının evindən götürüb öz yanına aparmışdır. Uşağı ilə görüşməyə ona imkan vermir. Hazırki tarixdə də, yəni həftənin cümə günü məhkəmə qərardadı ilə onun görüş gününün başlanğıcıdır. Bundan əvvəlki iki həftədə də uşağı ilə görüşə bilməmişdir. Yenə də Şəxs uşağı ona göstərmir. Uşağı ilə görüşdükdən sonra görüş vaxtının sonunda uşağı atasına qaytaracağına söz verir. Şəxs uşağı ilə onun ünsiyyətinə mane olmasına, məhkəmə qərardadının icrasına maneçilik törətdiyinə görə şikayətçidir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin e-16(049)-32/2025 saylı, 11 aprel 2025-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Zərərçəkmiş şəxs cavabdeh Şəxs ilə yaşayan xx.xx.2022-ci il təvəllüdlü X3 ilə hər həftənin cümə, şənbə, bazar günləri yanında gecələmə şərti ilə bütün günü, elecə də ad günündə, 1 iyun X1 günü, yeni il, Novruz, Qurban və Ramazan bayramları günlərində saat 10:00-dan 20:00-dək cavabdehin iştirakı oolmadan ünsiyyətdə olmağına Şəxs tərəfindən mane olması qadağan edilsin. Bu müvəqqəti təminat tədbiri 11 may 2025-ci il tarixdə qüvvədən düşür. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və zərərçəkmiş şəxsin izahatları, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-420/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-420/2025
02.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver