Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-421/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil İdarəsinin müdiri X4 müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Vəkil və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 baş məsləhətçi-baş əmək müfəttişi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil İdarəsinin müdiri X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi və 76-cı 2-ci hissəsinin tələblərini pozaraq xx.xx.2025-ci il tarixində X2 əmək müqaviləsinə xitam vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın sabiq mühasibi X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə müraciət edərək onunla bağlı əmək münasibətlərinin pozulduğunu bildirmişdir. Qeyd edilən məsələ ilə bağlı X9 Xidmətinin X1 28 fevral 2025-ci il tarixli 3-17-5/2-18437/2025 nömrəli müraciətinə əsasən X3 aid aidiyyəti sənədlər müfəttişliyə təqdim olunmuşdur. X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi 16 aprel 2025-ci il tarixli 3-17-5/2-33118/2025 nömrəli məktubla Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərinin pozulmaqla X2 əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi və bu halın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulan xətalara səbəb olduğu bildirilmişdir. Müfəttişlik işəgötürən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevin adına 16 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib etmiş və protokolun surəti elektron sənəd dövriyyəsi sistemi üzərindən (İRİA) İdarəyə göndərilmişdir. Eyni zamanda X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi 16 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokoluna uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN № ******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında Qərar qəbul edərək, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevi (işəgötürəni) 1500 (bir min beş yüz) manat məbləğində cərimə etmiş və 24 aprel 2025-ci il tarixli 3-17-5/2- 36253/2025 nömrəli bildirişində X2 30 (otuz) gün müddətində əvvəlki işinə bərpa edilməsi bildirilmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-35/3- 1-468K/2024 nömrəli əmrinə əsasən Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi X5 ilə 30 dekabr 2024-cü il tarixədək müddətli əmək müqaviləsinin vaxtı uzadılmışdır. 30 dekabr 2024-cü il tarixdə Aqil Allahverdiyevin müddətli əmək müqaviləsinin vaxtı bitmiş, lakin İdarənin xx.xx.2024-cü il tarixli 3-29-35/3-1-898E/2024 nömrəli əmrinə əsasən bələdiyyə seçkiləri ilə bağlı məntəqə seçki komissiyasına cəlb olunduğu üçün xx.xx.2025-ci il tarixdə işdə hesab olunması nəzərdə tutulmuşdur. Aqil Allahverdiyev xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə işə çıxmamış və onun müddətli əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır. Aqil Allahverdiyevin üzrsüz səbəbdən işə çıxmaması ilə bağlı Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aktlar tərtib olunmuşdur. Qeyd edirik ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq “Əmək və Məşğulluq altsistemi” vasitəsi ilə Aqil Allahverdiyevin şəxsi kabinetinə onunla əmək müqaviləsinə xitam verilməsinə dair (xx.xx.2024-cü il tarixdə) bildiriş göndərilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən Lənkəran-Astara Regional Təhsil İdarəsinin 3- 29-35/3-1- 113K/2025 nömrəli əmri ilə xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın sabiq mühasibi X5 ilə bağlı əmək münasibətlərinin tənzimlənməsində heç bir kənarlaşmaya yol verilmədiyi üçün X9 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli MN Nq ******* nömrəli İnzibati cərimənin tətbiq edilməsi haqqında Qərarın etibarsız hesab edilməsini xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 müdafiəçisi Vəkil məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə barədə ərizə verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 müdafiəçisi Vəkil şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, müdafiə etdiyi şəxs işəgötürən kimi əmək qanunvericiliyinin tələblərinə riayət etmişdir. Belə ki, Lənkəran- Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın sabiq mühasibi X5 müddətli əmək müqaviləsi ilə işləmiş, onunla əmək müqaviləsinin müddəti 01 iyul 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda, X5 28 noyabr 2024-cü il tarixindən 03 fevral 2025-ci il tarixə qədər 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzü olduqlarına görə həmin tarixlərdə əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edilmişdir. X5 ilə bağlanılmış əmək müqaviləsinin müddəti 30 dekabr 2024-cü il tarixdə bitdiyi üçün əmək qanunvericiliyin tələblərinə müvafiq olaraq işçi işəgötürən tərəfindən 1 həftə əvvəl, xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemi vasitəsilə xəbərdar etmişdir. X11 xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə işə çıxmamış, bununla bağlı Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aktlar tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli əmrlə X5 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 baş məsləhətçi-baş əmək müfəttişi Nümayəndə şikayətin dəlillərini qəbul etməyərək bildirdi ki, işəgötürən Bəhruz Mehdiyev X11 xx.xx.2025-ci il tarixdə işə çıxmadığı üçün müddətin bitməsi əsası ilə işdən azad etməli idi. Lakin işəgötürən həmin tarixdə əmək müqaviləsinə xitam verməmiş, xx.xx.2025-ci il tarixdə işçi yenə işə çıxmamış, bundan sonra işəgötürən xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinin müddətini bitməsi əsası ilə işçini işdən azad etmişdir. Hesab edir ki, işəgötürən işçi işə çıxmadığı üçün həmin səbəbləri araşdırmalı və yaxud işçi işə çıxmadığı üçün xx.xx.2025-ci il tarixdə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verməli idi. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu nəzərə alıb şikayətin təmin edilməməsini və qərarın ləğv edilməməsini xahiş etdi. İş materiallarında olan: Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, 2 nömrəli cədvəl üzrə müvafiq işçilər, o cümlədən X5 ilə əmək müqaviləsinin müddəti 01 iyul 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 72 saylı X14 X12 Komissiyası tərəfindən Lənkəran-Astara Regional Təhsil İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-11-72/xx-xx/2024 №-li məktubundan görünür ki, idarəyə təqdim edilmiş adlı siyahıda olan işçilərin bələdiyyə seçkiləri ilə əlaqədar 28 noyabr 2024-cü il tarixdən 03 fevral 2025ci il tarixədək işdən azad edib, əmrin surətini DSK-ya təqdim edilməsi xahiş olunmuşdur. Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə verilmiş xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, cədvəl üzrə müvafiq işçilər, o cümlədən X5 28 noyabr 2024-cü il tarixindən 03 fevral 2025-ci il tarixə qədər 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzü olduqlarına görə həmin tarixlərdə əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edilmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron bildirişdən görünür ki, işəgötürən tərəfindən X3 onunla bağlanılmış əmək müqaviləsinin müddəti 30 dekabr 2024-cü il tarixdə bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumat verilmişdir. Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın sabiq mühasibi X5 həmin tarixdə işə çıxmamışdır. Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın sabiq mühasibi X5 həmin tarixdə işə çıxmamışdır. Əmək müaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-29-35/3-1- 113K/2025 №-li əmrin surətindən görünür ki, X5 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi və 76-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq xx.xx.2025-ci il tarixində X2 əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 76.2 Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 192.6 işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə bu nəticəyə gəlir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, müddətli əmək müqaviləsi əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığın mühasibi vəzifəsində çalışan X5 28 noyabr 2024-cü il tarixindən 03 fevral 2025-ci il tarixə qədər 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla müvəqqəti işdən azad edilmişdir. Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron bildirişdə əsasında müəyyən edilir ki, işəgötürən tərəfindən X3 onunla bağlanılmış əmək müqaviləsinin müddəti 30 dekabr 2024-cü il tarixdə bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumat verilmişdir. X11 işə çıxmalı olduğu xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə işə çıxmamış və bu hal müvafiq aktlarla rəsmiləşdirilmişdir. X5 ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin işəgötürən Bəhruz Mehdiyev tərəfindən verilmiş şikayətə qarşı irəli sürdüyü dəlillərlə razılaşmayaraq qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmişdir. Belə ki, işçi Əmək Müqaviləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış işəgötürən tərəfindən qanunamüvafiq qaydada xəbərdar edilmişdir. İşçinin işə başlamalı olduğu gün və sonrakı gün işçi işə çıxmamış və onunla əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunur ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Göründüyü kimi, qanunvericilikdə də yuxarıda qeyd olunan hada işçinin işə çıxdığı gün işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi imperativ formada nəzərdə tutulmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi izahatında işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması və nəticədə onun barəsində inzibati tənbeh tətbiq edilməsini işəgötürənin işçini mütləq qaydada xx.xx.2025ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad etməməsi, sonrakı tarixdə isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməməsi ilə əsaslandırmışdır. Lakin işin faktiki hallarından görünür ki, əmək münasibətləri xx.xx.2025-ci il tarixdə başa çatmamış işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdən xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə ziddi olmamaqla yanaşı, işçinin əmək hüquqlarını pozulması ilə nəticələnməmiş, başqa sözlə işçinin mənafeyi əleyhinə hər hansı hal müəyyən edilməmişdir. Əksinə, işəgötürən tərəfindən humanist davranılmış, işçinin gələcək əmək fəaliyyəti üçün əlverişsiz hüquqi nəticələr doğura biləcək əsasla (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi) əmək müqaviləsinə xitam verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, işəgötürən – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil İdarəsinin müdiri X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkib əlamətləri mövcud olmadığından şikayət təmin edilməli, X6 barəsində qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından işəgötürən – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Astara Regional Təhsil İdarəsinin müdiri X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X1 vəzifəli şəxsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-421/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-421/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver