Məhkəmə qərarları › İş №3(049)-426/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-426/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-426/2025 07.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilii, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1885/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, əvvəllər əlinə pul düşdükcə hissə-hissə ödəniş etmişdir, lakin tələbkara alimenti rəsmi deyil əlbəəl verdiyi üçün əlində ödəniş etməsinə dair qəbzlər yoxdur. Bir müddət səhəti ilə əlaqədar işsiz qaldığı üçün ödənişi dayandırmışdır. Hazırda yeni işə düzəlib və alacaqları var. Qazandıqca ödəniş etməyə başlayacaqdır. Bu gün səhər evdə olarkən saat 11-da polis tərəfindən tutularaq icra şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında izahat verən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, 2007-ci il də ailə qurduqdan sonra dəfələrlə borclu tərəfindən uşaqların gözü qarşısında döyülmüşdür. Ailəli olduqları müddət ərzində onlar borclunun valideynlərinin pensiyası hesabına yaşamışlar. Cavabdeh işləsə də qazancını narkotikə sərf edib və buna görə bir dəfə həbs olunub. 2015-ci ildə faktiki ayrılsalar da, 2016-cı ildə borclu onu iş yerində döydükdən sonra 2018-ci ildə rəsmi boşanmışlar. Himayəsində 2 xəstə övladı var və borclu indiyə qədər bir manat aliment ödəməmişdir. Hazırda özü gözəllik salonunda işləsə də, borclu ona rahatlıq vermir və iş yerinə gələrək tez-tez dava salır. Bundan əvvəl borclu ödəniş etmədiynə görə 10 gün həbs olunmuşdur. Məhkəmədən borclunun yenidən həbs olunmasını istəyir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1885/2018 saylı, xx.xx.2018ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınıb anası X1 verilməsi qət edilib. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1885/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İcra məmuru Elvin Babayev tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli MN ******* saylı Protokolun surətindən görünür ki, məhkəmənin 2(049)-1885/2018 saylı qətnaməsini icra etməkdən yayındığı üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi inzibati protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Borclunun axtarılması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun barəsində Lənkəran rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarış verilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 07 may 2025-ci il tarix, saat 11:00-dan hesablansın. Həbsetmənin sonu 07 iyun 2025-ci il tarix, saat 11:00 hesab edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar