Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-427/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X21, Protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X25 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis leytenantı X22, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X7 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Lənkəran Şəhər Rayon X25 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edimiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin müstəntiqi X8 03 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə toplanmış material üzrə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X4 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X25 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis baş leytenantı X22 tərəfindən MN ******* seriyalı, 08 may 2025ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 dekabr 2025-ci il tarixdə saat 15:00 radələrində Lənkəran rayonu, Xarxatan kənd məscidində qardaşı qızı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X22 bildirdi ki, X19 04 dekabr 2025-ci il tarixdə Lənkəran rayonu, Separadi kənd məscidində şəxsi münasibətlər zəmmində qardaşı qızını vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin sübutların qiymətləndirilməsi haqqında qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X4 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görədə qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Lənkəran rayonu Xarxatan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Ailəlidir. Lənkəran rayonu Xarxatan kənd tam orta məktəbində müəllimə işləyir. X12 onun qardaşı qızıdır. Onunla arasında münasibətləri normal olmuşdur. 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirlərmiş. Həmin vaxt qardaşı qızı Zərərçəkmiş şəxs həmin mərasim evinə gələrək, orada ondan başqa, X23, X9 və X5 ilə münaqişə edərək, orada olan samovarın ona aid olduğunu bildirmişdir. O isə Zümrüdə həmin samovarın mərasim evinə aid olduğunu bildirmişdir. Bu zaman onların arasında münaqişə yaranmş və münaqişə zamanı Zərərçəkmiş şəxs içərisində qaynar su olan samovarın birini aşırtmışdır. O, X23, X9 və X5 ilə birinci samovarın suyu tam isinmədiyi üçün xəsarət almamışlar. Daha sonra Zərərçəkmiş şəxs ikinci samovarı aşırtmaq istədikdə ona mane olmağa çalışmışlar. Lakin Zərərçəkmiş şəxs həmin samovarı onun, X13, X2 və X1 üzərinə aşıraraq onların müxtəlif dərəcəli yanıq xəsarətləri almağına səbəb olmuşdur. O, münaqişə zamanı Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməmişdir. Zümrüdün əlində olan yanıq xəsarəti samovarı aşıran zaman yaranmışdır. Sifət nahiyyəsində olan xəsarətin isə necə yaranmasını bilmir. Münaqişə təxminən 4-5 dəqiqə davam etmişdir. Münaqişə Lənkəran rayonu Xarxatan kəndində yerləşən mərasim evinin həyətində baş vermişdir. Münaqişə zamanı onlar həyətdə çay və yemək hazırladığı üçün insanlar mərasim evinin içərisində olmuşlar. Ona görə də, həmin vaxt oraya onlardan başqa hər hansı bir kənar şəxs yaxınlaşmamışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X14 barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 04 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində yaşadığı Lənkəran rayonu, Xarxatan kəndində yerləşən mərasim evində ehsan verilməsi ilə əlaqədar həmin mərasim evinin həyətində yerləşən mətbəx kimi istifadə olunan tikilidə samovarlardan su qaynadılması ilə məşğul olan bibisi Şəxs, həmkəndliləri X23 və X10ma yaxınlaşaraq, ona məxsus samovardan icazəsini almadan istifadə etmələrinə irad bildirərkən, sonuncuların samovarın mərasim evinə aid olduğunu deməsindən əsəbiləşərək, aralarında həmin zəmində, yəni şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı içərisi qaynadılmış su ilə dolu olan samovarı əli ilə qəsdən Şəxs, Lalə Babazadə və Qızılgül Quliyevanın üstünə doğru itələyib aşırmaqla, samovardakı qaynar suyu sonuncuların üzərinə tökərək, Lalə Babazadəyə bədən səthinin 4 %-ni əhatə edən, yüksək hərarətin (mayenin) termiki təsirindən törənməyə xarakterik olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid hər iki pəncə və sol topuq nahiyələrində İİ dərəcəli termiki yanıq yaraları, Şəxs bədən səthinin 3 %-ni əhatə edən, yüksək hərarətin (mayenin) termiki təsirindən törənməyə xarakterik olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sağ pəncə və sağ said nahiyələrində İ-İİ dərəcəli termiki yanıq yaraları və Qızılgül Quliyevaya bədən səthinin 2 %-ni əhatə edən, yüksək hərarətin (mayenin) termiki təsirindən törənməyə xarakterik olan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid sol pəncə nahiyəsində İİ dərəcəli termiki yanıq yaraları xəsarətlərini yetirərək, X13, Şəxs və X1 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərdi ki, X12 onun həmkəndlisidir. Onunla aralarında münasibətləri normal olmuşdur. xx.xx.2024-ci_ il tarixdə saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirmişlər. Həmin vaxt mərasim evinin mətbəx hissəsində O, samovarları qaynadırmış. Həmin vaxt Zərərçəkmiş şəxs həmin mərasim evinə gələrək, orada münaqişə yaratdı. Belə ki, onun münaqişə yaratmağına səbəb kimi ona məxsus olan samovarın mərasim evində olması və həmin samovarda ondan icazəsiz suyun qaynadılması olmuşdur. Belə həmin vaxt o, samovarların süzüldüyü yerə tərəf gəlib qaynatdığı samovarlardan birini əli aşırtdı. Belə ki, həmin vaxt Zümrüdün bibisi olan X3 ora gələrək Zümrüdə niyə belə etdiyini, camaatdan ayıb olduğunu bildirərək ona irad bildirdi, həmin vaxt Zümrüd Nuranənin saçından yapışaraq onu özündən uzaqda saxladı. Həmin vaxt mətbəxdə işləyən digər qadınlar X23, X6 və X5 da orada idi. Onlar Zümrüdə münaqişə yaratmamasını, oranı tərk edib getməsini istəyirdilər. Lakin Zümrüd əli ilə növbəti samovarı mətbəxə tərəf itələdi. Həmin vaxt o, samovarın arxasında olduğu üçün samovarın süyü onun üzərinə sıçramadı. Samovarın suyu yerə tökülərkən orada olan X9, X24, Şəxs və X16 pzı müxtəlif dərəcəli yanıq xəsarətləri aldılar. X35 ağır yanıq xəsarətləri aldığı üçün onu kəndçilərdən birinin avtomobili ilə Lənkəran RMX-na gətirib. Münaqişə zamanı orada heç kim Zərərçəkmiş şəxs döyməmişdir. Onun əlində yanıq xəsarəti amovarı aşıran zaman yaranmışdır. Almacıq nahiyyəsində olan xəsarətin necə yaranmasını bilmir. Şəxs orada Zümrüdü döyməmişdir. Zümrüd hündür bədənli qadın olduğundan Nuranənin saçından tutaraq onu özündən aralı saxlamışdır. Nuranənin və orada olan başqa bir şəxsin onu döyməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərdi ki, Lənkəran rayonu, Xarxatan kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Heç kimlə düşmənçilik və ədavəti yoxdur. Ailəlidir. Lənkəran rayonu, Xarxatan kənd tam orta məktəbində laborant vəzifəsində işləyir. X12 onun qayınanası Mərifətin qardaşı qızıdır. Onunla aralarında münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində kənd ərazisində yerləşən mərasim zalında məclis olduğu üçün oraya yığışıb ehsan verirlərmiş. Həmin vaxt Zərərçəkmiş şəxs həmin mərasim evinə gələrək, orada onunla, qaynanası X9, Şəxs və X5 ilə münaqişə edərək, orada olan samovarın ona aid olduğunu bildirmişdir. Onlar isə Zümrüdə həmin samovarın mərasim evinə aid olduğunu bildirmişlər. Bu zaman onların arasında münaqişə yaranmış və münaqişə zamanı Zərərçəkmiş şəxs içərisində qaynar su olan samovarın birini aşırtdı. Samovarın suyu tam isinmədiyi üçün xəsarət almamışlar. Bundan sonra Zərərçəkmiş şəxs ikinci samovarı aşırtmaq istədikdə onlar Zümrüdə mane olmağa çalışmışlar. Lakin Zərərçəkmiş şəxs həmin samovarı onun, X2, Şəxs və X1 üzərinə aşıraraq onların müxtəlif dərəcəli yanıq xəsarətləri almağına səbəb olmuşdur. Münaqişə zamanı orada heç kim Zərərçəkmiş şəxs döyməmişdir. Onun əlində yanıq xəsarəti samovarı aşıran zaman yaranmışdır. Almacıq nahiyyəsində olan xəsarətin necə yaranmasını bilmir. Şəxs orada Zümrüdü döyməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 Publik hüquqi şəxsinin 05 dekabr 2024-cü il tarixli 1118 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthinin 1 %-ni əhatə edən sağ əl nahiyəsində İ dərəcəli yanıq sahəsi, sol almacıq nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ əl nahiyəsindəki İ dərəcəli yanıq yüksək hərarətin (maye) termiki təsirindən, sol almacıq nahiyəsindəki qançır isə bərk küt əşyanın təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Lənkəran ŞRPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə elektron bazasında görünür ki, Lənkəran rayon Xarxatan kənd sakini Şəxs heç bir əlillik statusu olmadığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayon Xarxatan kəndində qeydiyytda olmaqla yaşayan xx.xx.1983-cü il təvəllüdlu Şəxs barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Şəxs inzibati xətanı törətməsinin 04 dekabr 2024-cü il tarixdə müəyyən edilməsini, həmin tarixdən 4 aydan artıq, təxminən 5 ay müddət keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nin 38.1-ci maddəsi tətbiq edilməli və iş üzrə icraata xitam verilməldir. Belə ki, İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-427/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-427/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver