Məhkəmə qərarları › İş №3(049)-428/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-428/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-428/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X4, Protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosuna fəaliyyət göstərən vəkil X3, Zərərçəkmiş şəxsin nümayəndəsi: X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin Şəxs çatdırılmasını təsdiq edən hər hansı qəbz, poçt reyestri və ya digər sənəd əlavə edilməmişdir. Bundan başqa, Şəxs barəsində axtarış elan edilmiş, lakin axtarış elan edilən müddətədək hansı tədbirlərin görülməsi barədə sənədlər iş materialına əlavə edilmişdir. Məhkəmə iclasında Şəxs məhkəmənin suallarına cavab olaraq bildirdi ki, yük avtomobili idarə edir və mütəmadi olaraq başqa ölkələrə gedib gəlir. Onun Bank Respublikaya borcu olduğunu bilir, lakin bununla bağlı notariusun icra qeydinin olması, habelə icra məmuru tərəfindən axtarılmasını bilməmişdir. Ona borcu ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, belə olan halda, tərtib edilmiş protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayə verilə bilməz. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar