Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-43/2025 14.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Lənkəran rayonu, Ləj kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Ləj kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-398/2019 saylı, xx.xx.2019-cu və 2(049)- 2639/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ciil tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Əliyev X2 Rayon Məhkəməsi tərəfindən verilmiş Məhkəməsinin 2(049)- 398/2019 saylı, xx.xx.2019-cu və 2(049)-2639/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini icra etməkdən yayınır. Hazırda borclunun tələbkarlara ümumilkidə 7000 manat çox borcu var və o borcu ödəməyə cəhd göstərmir. İcra sənədinin icrası ilə əlaqədar borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində sərt q qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə uzun müddət keçməsinə baxmayaraq Şəxs məhkəmə qərarını icra etdədiyini nəzərə alınmasını və ona inzibati həbsləı bağlı cəza verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda heç yerdə işləmir. Xəstə olduğu üçün məhkəmnə qəralarını icra edə bilməmişdir. İcra məmuru onu dəvət etsə də, onun çağırışlarına məhəl qoymamış, gələn aydan ödənişlər edəcəkdir. Özünü təqsirli bilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-398/2019 saylı xx.xx.2019-cu tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 6190 manat borc və 30 manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 398/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2639/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, cavabdeh Şəxs 1165.40 manat borc və 20 manat dövlət rüsumu alınaraq iddiaçı “FİNKA Azərbaijan” MMQBKT-nin xeyrinə tutulmalıdır. İcraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2639/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xx.xx.2016-cı il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surətləri Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin və əmrinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Lənkəran Rayon İcra və X1 RŞPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Şəxs polis əməkdaşları tərəfindən onlara təhvil berilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs əlil və pensiyaçı deyildir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və cra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10(on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 14 yanvar 2025-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-43/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-43/2025
14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver