Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-435/2025 30.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş X11 materiala Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 28 aprel 2025-ci il tarixli EP ******* saylı X11 protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 928620.00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsaiti 14 mart 2023-cü il tarixdə xaricə köçürmüş, 2 il müddət keçsə də, 928620.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Barəsində X11 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X3 etiraz verərək bildirmişdir ki, həqiqətən də Şəxs ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC şirkəti arasında bağlanılmış 26 oktyabr 2022-ci il tarixli, 22-208 nömrəli metal məmulatların alqı-satqısı barədə müqaviləyə əsasən sonuncuya Şəxs tərəfindən 14 mart 2023-cü il tarixdə 1665949,62 Rusiya rublu məbləğində vəsait ödənilmişdir. Həmin vəsaitin qarşılığı olaraq xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsinə əsasən ******* Rusiya rublu məbləğində mal (metal məmulatı) idxal edilmişdir. Əgər Şəxs tərəfindən 14 mart 2023-cü il tarixdə 1665949,62 Rusiya rublu məbləğində vəsait ödənilmiş və həmin vəsaitin qarşılığı olaraq xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsinə əsasən ******* Rusiya rublu məbləğində mal (metal məmulatı) idxal edilmişdirsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsiylə nəzərdə tutulmuş əməl və həmin maddədə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Sadalananlardan aydın olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsiylə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. X11 protokol səlahiyyətli şəxs tərəfindən tərtib edilməmişdir! Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 JMbli fərmanı ilə rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilmişdir. Həmin siyahının 59.3-cü bəndinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılarkən Azərbaycan Respublikasının Mərkəzi Bankı adından - bu Siyahının 57.2.2-ci yarım bəndində nəzərdə tutulan vəzifəli şəxslər X11 protokol tərtib etmək səlahiyyəti olan şəxslər kimi göstərilmişdir. Siyahının 57.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı adından - Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, direktorları, X9 Muxtar Respublikası İdarəsinin sədri, onun müavini X11 protokol tərtib edə bilər. Qeyd edilənlərdən tam aydın olur ki, Mərkəzi Bank tərəfindən tərtib edilmiş mübahisə predmeti olan X11 28 aprel 2025-ci il tarixli, EP ******* JNbli protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmişdir. X11 protokol tərtib edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur! Mərkəzi Bank tərəfindən tərtib edilmiş mübahisə predmeti olan X11 28 aprel 2025-ci il tarixli, EP ******* Xsli protokolu tərtib edilərkən bu barədə barəsində X11 protokol tərtib edilən Şəxs MMCyə heç bir məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində X11 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X11 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Sadalananlardan aydın olur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsiylə nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda yazılanlara əsasən Şəxs Az.Res. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 28 aprel 2025-ci il tarixli EPNs0255051 nömrəli X11 protokolun ləğv edilərək X11 iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-in nümayəndəsi Nümayəndə2 etirazın dəlilləri ilə uyğun çıxış edərək iki yük gömrük bəyannaməs ilə cəmiyyətin malları Rusiya Federasiyasından idxal etdiyini, təqdim edilmiş sənədlərlə bunun təsdiq edildiyini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində ödəniş edilib, lakin köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri "xxxx" ASC-ə tam olaraq təqdim etməyən müştərilər Şəxs MMC, Agro Allıance MMC, X2, X5, SAR-2016 MMC, X2, X4, SFB tikinti Servis MMC və X1r. İş materiallarına əlavə olunmuş köçürmə ərizəsindən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə malların alınması ilə əlaqədar xarici təşkilata 1665949.62 Rusiya rublu ödəniş edilmişdir. Nümayəndə1 tərəfindən verilən ərizədən görünür ki, Şəxs MMC barəsində tərtib olunmuş EP ******* nömrəli X11 protokol üzrə baxılan 3(049)-435/2025 saylı inzibati işdə təqdim olunmuş sənədlərə baxış keçiirlmiş və müəyyən olunmuşdur ki, **********4283 və **********7392 sorğu nömrəli X8 ilə 1665949.62 Rusiya rublu dəyərində mallar ölkəyə idxal olunmuşdur. Açıq qalan hissə yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, barəsində X11 iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan X11 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasına görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması – həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının Mərkəzi Bankının “28” noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi barəsində X11 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən 14 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara ödənilmiş vəsait hesabına alınan malların ölkəyə idxalı həyata keçirilmişdir ki, bu da inzibati məsuliyyətə səbəb olmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında X11 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X11 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan X11 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə aparılan X11 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-435/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-435/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver