Məhkəmə qərarları › İş №3(049)-437/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-437/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-437/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3, Əmlak üzərinə qoyulmuş məhdudiyyətin (həbsin) götürülməsi barədə X4 verdiyi ərizəni və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, m ü ə y y ə n e t d i m: X7 məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan 2015-ci il buraxılışlı, XTA217250F0268500 ban nömrəli, ******* mühərrik nömrəli, ağ rəngli VAZ 21725 markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətlərin (həbsin) götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. O, ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində VAZ 21725 markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobil vardır. 08 avqust 2022-ci il tarixdə günün ikinci yarısı həmin avtomobili yumaqdan ötrü Lənkəran şəhərində fəaliyyət göstərən avtoyuma məntəqələrindən birinə yaxınlaşıb maşını orada qoymuşdur. Həmin vaxt avtoyuma məntəqəsində növbə olduğundan maşını orada saxlayıb növbə onun maşınına çatanda maşını yumaqdan ötrü yerinin dəyişdirilməsi zərurəti yaranacağı halda maşının açarına ehtiyac olduğundan maşının açarını həmin avtoyuma ilə məşğul olan şəxsə təqdim edib, öz mobil nömrəsini də ona verərək maşını yuduqdan sonra onunla əlaqə saxlamasını xahiş etmişdir. Özünün şəxsi işləri olduğundan və həmin vaxt növbənin ona çatması, eyni zamanda maşının yuyulub təmizlənməsi üçün müəyyən vaxt tələb olunduğundan o da, həmin vaxtdan istifadə edib öz şəxsi işlərinin dalınca getmişdir. Bir müddət keçəndən sonra mobil nömrəsinə zəng gəlmiş və həmin vaxt ona məlum olmuşdur ki, o, avtoyuma məntəqəsindən çıxandan sonra orada işləyən X6 onun icazəsi və xəbəri olmadan maşınını avtoyuma məntəqəsindən götürüb şəhər ərazisində idarə etmiş və Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Aparılmış araşdırma zamanı Ramin Quliyevin həmin vaxt narkotik vasitənin təsiri altında olduğu müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 334.1 -ci madələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 3(049)-724/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan başqa etibarnamə olmadan maşının açarını avtoyuma məntəqəsində işləyən Ramin Quliyevə verdiyindən onun da barəsində inzibati qaydada 100 manat cərimə tətbiq edilmiş və həmin cərimə tərəfindən də ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-724/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə X5 təyin edilmiş 500 manat məbləğində inzibati qaydada cərimə məbləği X6 tərəfindən ödənilməmiş və həmin cərimə məbləğinin də üzərinə əlavə olaraq 300 manat peniya gəlməklə 800 manat olmuşdur. X1 məhkəmə hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyində həmin məbləğ hazırki vaxta kimi ödənilməmişdir. BDYP İdarəsi tərəfindən də həmin cərimə məbləğinin ödənilməməsi səbəbindən X2 cərimə məbləğinə görə onun xüsusi mülkiyyətimdə olan VAZ 21725 markalı **-NJ-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə məhdudiyyət(həbs) qoyularaq avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmin qadağa onun mülkiyyətçi kimi əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırdığından o, öz mülkiyyətindən sərbəst istifadə etmək və onun üzərində sərəncam vermək kimi konstitusion hüquqlarımdan istifadə edə bilmir. Belə olan halda pozulmuş hüquqlarımın bərpa olunmasından ötrü hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X4 ərizəsi geri qaytarılmalıdır. Belə ki, ilk əvvəl onun ərizəsindən müəyyən etmək olmur ki, hansı orqan və ya vəzifəli şəxs onun avtomobilinin üzərinə məhdudiyyəti (həbsi) qoymuşdur. İkincisi, əgər hər hansı bir orqan və ya vəzifəli şəxs tərəfindən müvafiq qərar qəbul edilərək həmin məhdudiyyət qoyulmuşsa, onda onun sadə ərizə ilə deyil, həmin inzibati orqanın (vəzifəli şəxsin) qərarını aldığı andan 10 və ya 20 gün müddətində şikayətlə məhkəməyə müraciət etmək hüququ vardır. Həmin müddət ötürülmüşsə, o, şikayətlə bərabər, şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə də verməlidir. Göründüyü kimi, X4 ərizəsi şikayət üçün nəzərdə tutulmuş məzmuna uyğun verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə verilən ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Məhkəmənin qəbul etməli olduğu qərarın məzmunu inzibati xətalar haqqında qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, məhkəmə hüququn analogiyası qaydasına istinad edərək oxşar ictimai münasibətləri tənzimləyən hüquq normalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X4 hazırki ərizəsini nəzərə alaraq qərara gəlir ki, həmin ərizənin geri qaytarılması haqda qərar qəbul edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əmlak üzərinə qoyulmuş məhdudiyyətin (həbsin) götürülməsi barədə X4 verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar