Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-437/2025 13.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Nərimanabad 1 qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Nərimanov rayonunda fərdi yaşayış evində kirayədə yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXMnin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2024 saylı, 26 dekabr 2024-cü il tarixli və digər icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2024 saylı, 26 dekabr 2024-cü il tarixli və digər üç icra sənədini icra etməkdən yayınır. Belə ki, ilk qətnamə üzrə Şəxs aliment borcu kimi Zərərçəkmiş şəxs1 1800 manat, həmin məhkəmənin eyni tarixli və nömrəli icra vərəqəsi üzrə dövlət rüsumu kimi 50 manat, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2836/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs2 QSC-ə 148,35 manat əsas 30,40 manat dövlət rüsumu, notariusun icra qeydi üzrə "xxxx" MMC-yə 135 manat borcu vardır. Lakin Şəxs qeyd edilən borclarını ödəmir. Bununla bağlı dəfələrlə onunla əlaqə saxlanılmağa çalışılmış, lakin o Bakı şəhərinə getdiyindən onun icra şöbəsinə gətirilməsi mümkün olmamışdır. Şəxs qardaşına da icra sənədləri üzrə məlumat verilmişdir. Şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində maddənin sanksiyasında göstərilən daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcları barədə məlumatı vardır. Qardaşı da ona bu barədə demişdir. Azyaşlı övladını təxminən 3-4 aydır görmür. Övladının hansı şəraitdə yaşamasından, maddi ehtiyaclarının qarşılanmasından məlumatsızdır. Özünü inzibati xəta törətməkdə təqsirli bilir. Aliment borcu kimi 1800 manat borcunun olmasını qəbul edir. Borclarından hazırda hər hansı ödəniş edə bilməyəcəkdir. 15 may 2025-ci il tarixədək 800 manat aliment borcundan ödəniş edə bilər. Özünün hər hansı əlilliyi yoxdur. Borcunun ödənilməsi üçün yönəldilə biləcək hər hansı əmlakı yoxdur. Barəsində inzibati cərimə tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2024 saylı, 26 dekabr 2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ataları Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə verilməlidir. Eyni tarixli və nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2836/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 148,35 manat əsas, 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 QSC-ə ödənilməlidir. Bakı şəhər 54 saylı notariat ofisin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, 135 manat Şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2024 saylı, 26 dekabr 2024-cü il tarixli və digər icra sənədləri üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs əlilliyə görə hər hansı müavinət almır (əlilliyi yoxdur). Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində qısa müddətli inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «12» may 2025-ci il tarixdən saat 08:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-437/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-437/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver