Məhkəmə qərarları › İş №3(049)-44/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-44/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-44/2025 14.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhəri Ləj kəndində doğulmuş, Lənkəran şəhəri Ləj kəndində qeydiyyatda olmaqla orada yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmunundan müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-398/2019 saylı, 21 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs başlayaraq 25 fevral 2019-cu il tarixdən Rzayev X2 Amrahbank ASC-yə 6190 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar Amrahbank ASC-yə verilməsi qət edilmişdir. Şəxs tərəfindən icra sənədi indiyədək icra edilməmişdir. Odur ki, Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-398/2019 saylı, 21 yanvar 2017-ci il tarixli icra sənədinə əsasən borclular X3 və Şəxs müştərək qaydada manat məbləğində 1712 əsas borcu, 3978 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6190 (altı min bir yüz doxsan) manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuşdur. Əsas borclu X3 və zamin Şəxs tərəfindən indiyədək icra sənədi üzrə heç bir ödəniş edilməmişdir. Hazıradək icra məmuru tərəfindən həmin şəxslərlə əlaqadar inzibati tədbir görülməmiş və onlara müddət verilmişdir ki, borcu ödəsinlər. Lakin hazıradək onlar heç bir ödəniş etməmişlər. İcra sənədinin icrası ilə əlaqadar Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmış və ona icra sənədini icra etməsi barədə xəbərdarlıq məktubu da tqdim edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs ona edilmiş xəbərdarlıqlardan nəticə çıxarmamış, icra sənədi üzrə borcunu ödəmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin müvafiq qətnaməsinin icrası ilə əlaqadar icra məmuru tərəfindən ona heç vaxt hər-hansı bildiriş təqdim edilməmişdir. İcra məmuru tərəfindən onunla telefonla da əlaqə saxlanılmamış və icra sənədinin icrası ilə əlaqadar ona heç nə bildirilməmişdir. 14 yanvar 2025-ci il tarixdə polis onu saxlayaraq Lənkəran rayon İcra və Probasiya şöbəsinə gətirmişdir. Həmin vaxt barəsində olan icra sənədi barədə məlumat verilmişdir. Həmin gün onun izahatı alınmış və icra məmuru tərəfindən iş materiallarına əlavə edilmiş xəbərdarlığın surətinə həmin sənədi alması barədə imza etmişdir. Həmin tarixdən əvvəl heç vaxt icra məmuru tərəfindən ona heç bir sənəd təqdim edilməmişdir və hər-hansı sənədi alması barədə imza etməmişdir. Bundan sonra icra sənədində qeyd edilmiş borcu ödəməyə başlayacaqdır. Barəsində qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasn inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, işin məhkəmə baxışı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən iş materiallarına Lənkəran Rayon Məhkəməsinin 2(049)-398/2019 saylı, 21 yanvar 2017-ci il tarixli icra sənədinin, həmin icrasının icrsı ilə əlaqadar icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019-cu ul tarixli “icraata başlamaq haqqında” qərarın və “tələbin könüllü icrası haqqında” bildirişin surəti əlavə edilsə də həmin sənədlərin borclu Şəxs çatdırılması barədə heç bir sübut əlavə edilməmişdir. Eyni zamanda sözügedən icra sənədinin icrası ilə əlaqadar icra məmuru tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli, 37764/2019-25-1 saylı “xəbərdarlıq məktubu”nda həmin məktubu alması barədə Şəxs imzasının olmasına baxmayaraq, məhkəmə iclasında izahatında Şəxs həmin məktuba imzanı xx.xx.2025-ci il tarixdə etdiyini bildirmiş, imzanın altında tarix qeyd edilməmiş və bunun əksini təsdiq edəcək sübutlar, yəni həmin məktubun əvvəllər Şəxs çatdırılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Sözügedən icra sənədinə dair Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 37764/2019-25-1 saylı “icra işi”nin materiallarında da yuxarıda qeyd edilən sübutlar mövcud deyildir. Beləliklə hazırkı iş üzrə sözügedən icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs məlumatlandırılması barədə iş materiallarında sübutlar mövcud olmadığından borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi öz təsdiqini tapmamışdır və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar