Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-442/2025 14.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsində üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən narkotik vasitə metadon həbi aşkar edilməsinə görə barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 206-cı maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 Vüqar Zöhrab oğlu xx.xx.2025ci il tarixdə Lənkəran rayonu, Velədi kəndində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsində üzərinə baxış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən narkotik vasitə metadon həbi aşkar edilməsinə görə aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün müvafiq materiallar İTB-yə göndərilmiş və tərəfindən onun barəsində İXM-nin 206-cı maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs cərimə növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirdi ki, üzərində aşkar edilmiş narkotik vasitə ona məxsusdur. Özü narkotik vasitələrdən istifadə edir. Əməlindən peşmandır. Bir daha belə əmələ yol verməyəcəkdir. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Avtoma məntəqəsində yuyucu işləyir və gündəlik qazancı 50 manat civarında olur. Barəsində cərimə növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmiş, Şəxs aşkar edilərək götürülmüş 0.018 qram çəkidə narkotik vasitə metadon həbi qırıntıları Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2025-ci il tarixli 6/5419 №-li rəyindən görünür ki, “Şəxs üzərindən aşkar olunan 1 ədəd (yarımçıq) metadona bənzər həb....” yazıları olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0.208 qram olan qəhvəyi rəngl0.i həb qırıntıları metadondur, tərkibində metadon təsiredici maddəsinin ümumi miqdarı 0.018 qram təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 825 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran ŞRPŞ-nin arayışından görünür ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran ŞRPŞ-nin növbətçi hissəsində olan kartotekasında son bir ildə heç bir inzibati xəta törətməsi barədə məlumat qeydiyyata alınmamışdır. Lənkəran şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 596 №-li arayışından görünür ki, Şəxs xx.xx.2013-cü il tarixdən həmin xəstəxanada nevrastaniya, emosionaliradi dəyişikliklər diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 Sisteminin məlumatlarına əsasən Şəxs heç bir növ sosial müavinət və əmək pensiyası almır. Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şəxs əynində olan gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş narkotik vasitə metadon həbini təqdim etmişdir. Tutma protokolundan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulmadan azad edilməsi barədə qərardan görünür ki, X6 22 avqust 2023-cü il tarixdə saat 18:30-da tutulmadan azad edilmişdir. Şübhəli şəxsin tutulmadan azad edilməsi haqqında xx.xx.2024-cü il tarixdə tutmadan azad edilmiş və şübhəli şəxs qismində statusuna xitam verilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı «metadon» olan maddə narkotik vasitədir, metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. İXM-nin 206-cı maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satışı məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsihəmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması onun özünün etirafı və ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını İXM-nin 32.1.1-ci və 32.2-ci maddələrinə əsasən iş üzrə onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 206-cı maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən əməllərin törədilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada deyil, şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, şəxsi həbsdə saxlama müddətinə daxildir. İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarı) Məhkəmə, yuxarıda sadalanan qanunun müvafiq normalarının tələblərini və göstərilən qərarda ifadə edilmiş hüquqi mövqeyi hazırki işin hallarına tətbiq edərək, bu nəticəyə gəlir ki, Şəxs şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 gün müddət ona təyin edilən inzibati həbs növündə tənbeh tətbiqinin müddətinə daxil edilməlidir. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir. İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0.088 qram narkotik vasitə metadon həbi məhv edilməli, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut – ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə təmiz çəkisi 0.088 qram çəkidə narkotik vasitə metadon həbi məhv edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Qərarın icrası Şəxs cərimə tənbeh tədbirinin tətbiqi və ekspertizadan sonra qalıq qalmış 01 ədəd bükümdə təmiz çəkisi 0.088 qram narkotik vasitə metadon həbinin məhv edilməsi və ona narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması hissəsində isə Lənkəran şəhər Ərazi Narkoloji Xəstəxanasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-442/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-442/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver