Məhkəmə qərarları › İş №3(049)-443/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-443/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-443/2025 05.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat miqdarında cərimə edilmişdir. X5 həmin qərardan şikayət verib. Şikayətdə qeyd edilmişdir ki, ərizəçi 1 saylı X8 Mərkəzinin Haftoni meşəbəyliyinin 16 saylı meşə dolayının meşə gözətçisi vəzifəsində işləyir. Meşə dolayının qorunub mühafizə olunması tərəfindən həyata keçirilir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən şikayət əsasında meşə dolayında araşdırma zamanı 11 (on bir) ədəd ağacların qanunsuz qərəzli şəkildə kəsilərək meşə sahəsində qalması müəyyən olunmuşdur. Qanunsuz kəsilmiş ağacların kim və ya kimlər tərəfindən kəsilməsini müəyyən edilməsindən ötrü hüquq mühafizə orqanlarına göndərmək əvəzinə onun üzərinə inzibati protokol və 700 ( yeddi yüz) manat inzibati cərimə yazılmışdır. İnzibati tənbeh vermə haqqında qərarın əsaslandırıcı hissəsində ağacların onun tərəfindən kəsilməsi göstərilmişdir. Ağacların onun tərəfindən kəsilməsinə dair heç-bir subut təqdim edilməmişdir. Meşə sahəsində kəsilmiş ağaclar gecə vaxtı qərəzli şəkildə kəsilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında icraat aparan orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 izahatında bildirdi ki, X1 barəsində inzibati xəta haqqında icraat X6 adlı vətəndaşın şikayət ərizəsi əsasında başlamışdır. Belə ki, Vüqar Məmmədov şikayət ərizəsi ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək, Bəhmən İbrahimov tərəfindən Lənkəran rayonu Haftoni meşəbəliyinin 16-cı dolayında ağacların kəsildiyini bildirərək, onun barəsində tədbir görülməsini xahiş etmişdir. Vüqar Məmmədov həmçinin bu barədə video çəkilişi də idarəyə təqdim etmişdir. İnzibati xəta haqqında araşdırma zamanı inzibati orqan tərəfindən başqa heç bir sübut əldə edilə bilməmişdir. X1 barəsində inzibati tənbeh vermə haqqında qərar X3 şikayət ərizəsi və təqdim edilmiş video çəkiliş əsasında qəbul edilmişdir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati orqanın nümayəndəsini dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə olan inzibati xəta haqqın işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edlmiş inzibati xəta haqqında icraat zamanı alınmış izahatdan görünür ki, X5 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı izahatında X3 şikayət ərizəsi ilə tanış olduğunu, lakin Haftoni meşəbələyinin ərazisində heç bir ağac kəsmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlandığı izahatda qeyd etmişdir ki, Lənkəran rayonu, Haftoni meşəbəliyinin 16-cı dolayında ağaclar və kollar kəsilmişdir. İş materiallarına əlavə edilmiş “2025-ci il tarixində aparılmış yoxlamanın çöl hesabatı”ndan görünür ki, meşə ərazisində 11 adda ağaclar kəsilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş CD diskdə olan video çəkilişə məhkəmə iclasında baxış keçirilərək, tədqiq edilən zaman müəyyən edildi ki, həmin video çəkiliş meşə ərazisində çəkilmişdir. Yerdə ağacların kəsilmiş hissələri mövcuddur. Videonu qeydə alan şəxs həmin ağac parçalarını göstərərək onların video göüntüdə olan şəxs tərəfindən kəsildiyini və heyvanlarını meşə ərazisinə buraxaraq meşə ağaclarını məhv etdiyini bildirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə şikayətin həll edilməsi üçün ilkin olaraq X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində qeyd edilmiş inzibati xəta tərkibinin olub-olmaması müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsinə əsasən, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə - fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər dörd min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə şikayət ərizəsini iş üzrə təqdim edilmiş sübutlar və inzibati orqanın nümayəndəsinin izahatı əsasında araşdıraraq müəyyən etdi ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən X4 şikayət ərizəsinə, izahata, video çəkilişə və yoxlama barədə hesabata əsaslanmışdır. Lakin qeyd edilən sübutlarda Lənkəran rayonu, Haftoni meşəbəliyinin 16-cı dolayında ağacların məhz X5 tərəfindən kəsildiyini və zədələndiyini sübut edən xüsusatlar mövcud deyildir. X5 da inzibati xəta haqqında araşdırma zamanı inzibati orqana verdiyi izahatda ağacların onun tərəfindən kəsilmədiyini qeyd etmişdir. Yuxarıda qeyd edilən səbəblərdən X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsində qeyd edilmiş inzibati xətanın tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X1 əməlində Azərbaycan Respublikası İXM-nin 235.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna olunduğından 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X5 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar