Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-446/2025 14.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə faktiki yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon 1 saylı notariat ofisinin 15919 saylı, xx.xx.2022-ci il tarixli, Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17253 saylı, xx.xx.2023-cü il tarixli, Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17278 saylı, xx.xx.2022-ci il tarixli, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-783/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadların icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 14 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X1 bildirmişdir ki, Lənkəran Rayon 1 saylı notariat ofisinin 15919 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 594.53 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank ASC-nə verilməlidir. Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17253 saylı, xx.xx.2023-cü il tarixli tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 416.59 manat məbləğində pul tutularaq tələbkar Kapital Bank ASC-yə verilməlidir. Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17278 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 559.76 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank ASC-nə verilməlidir. Lənkəran Rayon Məhkəməsinin e- 2(049)-783/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 390 manat məbləğində pul tutularaq tələbkar SOLİTON LTD MMC-nə verilməlidir. Borclu icra qurumuna dəvət edilmiş ona hüquq və vəzifələri icra edilmiş, məhkəmə qərardadlarının icrasının məcburiliyi diqqətə çatdırılmışdır. Ona görə də barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Lənkəran Rayon 1 saylı notariat ofisinin 15919 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 594.53 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank ASC-nə verilməlidir. Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17253 saylı, xx.xx.2023-cü il tarixli tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 416.59 manat məbləğində pul tutularaq tələbkar Kapital Bank ASC-nə verilməlidir. Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17278 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 559.76 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank ASC-nə verilməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-783/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 390 manat məbləğində pul tutularaq tələbkar SOLİTON LTD MMC-nə verilməlidir. Hazırda işsiz olduğu üçün tələb üzrə ödənişləri tam şəkildə icra edə bilmir. Ümumilikdə müvafiq icra sənədləri üzrə cəmi 250 manat ödəniş etmişdir. Yaxın vaxtlarda işlə təmin ediləcək və icra sənədləri üzrə borclarını ödəyəcəkdir. Əməlindən səmimi peçmançılıq hissi keçirir. Barəsində cərimə növündə tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon 1 saylı notariat ofisinin 15919 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 594.53 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank ASC-yə verilməlidir. Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17253 saylı, xx.xx.2023-cü il tarixli tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 416.59 manat məbləğində pul tutularaq tələbkar Kapital Bank ASC-yə verilməlidir. Lənkəran Rayon 1 saylı notariat ofisinin 8İ-17278 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 559.76 manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar Kapital Bank ASC-yə verilməlidir. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-783/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 390 manat məbləğində pul tutularaq tələbkar SOLİTON LTD MMC-nə verilməlidir.xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarların surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnamələrinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun özünün izahatı, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs əməlindən səmimi peçmançılıq hissi keçirməsi İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş onun məsuliyyətini yüngülləşdirən hal qismində məhkəmə nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-446/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-446/2025
14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver