Məhkəmə qərarları › İş №3(049)-45/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-45/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-45/2025 14.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, "xxxx"nın nümayəndəsi X2 və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Lənkəran rayonu Kərgəlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2696/2023 saylı, xx.xx.2023-cü il tarixli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3097/2022 saylı, xx.xx.2022-ci il tarixli və Lənkəran Rayon 1 Saylı Notariat Kontorunun 8İ-3396 nömrəli, xx.xx.2023-cü il tarixli və 8İ- 340 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Babayev bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-2696/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Həmidzadə (Canizadə) Röyalə Şükür qızına verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3097/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Lənkəran rayon Kərgəlan kəndində yaşayan Şəxs 216.20 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 QSC-yə ödənilməlidir. Lənkəran Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-3396 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3561.91 manat pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lənkəran Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-340 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1655.44 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o, müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Tələb üzrə borclu cəmi 800 manat aliment pulu ödəmişdir. Hazırda borclunun tələbkarlara ümumilikdə 7890.44 manat məbləğində borcu vardır. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, hal-hazırda işsizdir. Bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. Borcu ödəməkdən imtina etmir. Cəmi 800 manat ödəniş etmişdir. İcra sənədi üzrə 2400 manat məbləğində aliment borcu vardır. Digər tələbkarlar "xxxx" ASC və Zərərçəkmiş şəxs1 QSC-yə də olan borclarını maddi imkansızlıq üzündən ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 izahatında bildirdi ki, ona ödənilməli olan 3200 manat aliment pulundan cəmi 800 manat ödənilmişdir. Ödənilməmiş 2400 manat pulunun birdəfəlik ödənilməsini tələb edir. Əks halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 bildirdi ki, hazırki vaxtadək tələb üzrə borclu heç bir ödəniş etməmişdir. Tələbkar tərəf olaraq borcun ödənilməsini tələb edir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-2696/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Həmidzadə (Canizadə) Röyalə Şükür qızına verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3097/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Lənkəran rayon Kərgəlan kəndində yaşayan Şəxs 216.20 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 QSC-yə ödənilməlidir. Lənkəran Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-3396 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 3561.91 manat pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lənkəran Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-340 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1655.44 manat məbləğində pul vəsaiti və 25 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında Lənkəran Rayon Məhkəməsinin 2(049)-2696/2023 saylı icra sənədi xx.xx.2023-ci il, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3097/2022 saylı xx.xx.2023-cü il və Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-3396 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə və Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-340 nömrəli icra sənədi xx.xx.2024-cü tarixli icraata başlanılmışdır. Müvafiq icra sənədi üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2696/2023 saylı, xx.xx.2023-cü il tarixli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3097/2022 saylı, xx.xx.2022-ci il tarixli və Lənkəran Rayon 1 Saylı Notariat Kontorunin 8İ-3396 nömrəli, xx.xx.2023-cü il tarixli, 8İ-340 nömrəli, xx.xx.2024-cü il tarixdə icraata tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. xx.xx.2024-cü il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs oğlu tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «14» yanvar 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar