Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-451/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Masallı rayonu, Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Masallı rayonu, Xoşçobanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin icraatına 08 fevral 2023-cü il tarixdə 7 ədəd: 4(049)-451/2023 saylı, 4(049)-444/2023 saylı, 4(049)-455/2023 saylı, 4(049)-438/2023 saylı, 4(049)-459/2023 saylı, 4(049)-462/2023 saylı və 4(049)- 463/2023 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Qeyd edilən yeddi ədəd inzibati xəta haqqında material üzrə zərərçəkmiş şəxslər fərqli şəxslər olsalar da təqsirləndirilən şəxs eyni şəxs olan Şəxs olması səbəbindən məhkəmənin qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 fevral 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin icraatına daxil olmuş 4(049)-451/2023 saylı, 4(049)-444/2023 saylı, 4(049)-455/2023 saylı, 4(049)-438/2023 saylı, 4(049)-459/2023 saylı, 4(049)-462/2023 saylı və 4(049)-463/2023 saylı inzibati xəta haqqında işlər eyni icraatda birləşdirilərək, bir icraatda birləşdirilmiş mülki işə 4(049)-451/2023 nömrəsi verilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazarda X12 aldadaraq 50 manat dəyərində 2 kq yağ, 10 ədəd yumurta və 20 manat pulu alıb qaytarmamış, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X8 aldadaraq 20 manat dəyərində yumurta alıb qaytarmamış, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X4 aldadaraq 50 manat dəyərində ərzaq məhsullarını alıb qaytarmamış, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X3 aldadaraq 50 mana dəyərində 5 kq yağı alıb qaytarmamış xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X13 aldadaraq 39 manat dəyərində yağ və şor alıb qaytarmamış,xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X17 aldadaraq 30 manat dəyərində 40 ədəd yumurta alıb geri qaytarmamış və xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X20 aldadaraq 18 manat dəyərində ərzaq məhsullarını oğurlayaraq xırda talama əməlləri törətmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazarda X9 50 manat dəyərində 2 kq yağ, 10 ədəd yumurta və 20 manat pulu alıb qaytarmamış, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X5 20 manat dəyərində yumurta alıb qaytarmamış, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X2 50 manat dəyərində ərzaq məhsullarını alıb qaytarmamış, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X1 50 manat dəyərində 5 kq yağı alıb qaytarmamış, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X10 39 manat dəyərində yağ və şor alıb qaytarmamış, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X11 30 manat dəyərində 40 ədəd yumurta alıb geri qaytarmamış və xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində X14 18 manat dəyərində ərzaq məhsullarını oğurlamışdır. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Məhkəmədən ona yüngül tənbeh tədbiri verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X21 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazarda Elnur Məmmədov ondan 50 manat dəyərində 2 kq yağ, 10 ədəd yumurta və 20 manat pulu alıb qaytarmamışdır. Zərərçəkmiş şəxs X15 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində Şəxs ondan aldadaraq 20 manat dəyərində yumurta alıb qaytarmamışdır. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində Şəxs ondan 50 manat dəyərində ərzaq məhsullarını alıb qaytarmamışdır. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində Şəxs ondan 50 manat dəyərində 5 kq yağı alıb qaytarmamışdır. Zərərçəkmiş şəxs X22 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində Şəxs ondan 39 manat dəyərində yağ və şor alıb qaytarmamışdır. Zərərçəkmiş şəxs X23 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində Şəxs ondan 30 manat dəyərində 40 ədəd yumurta alıb geri qaytarmamışdır. Zərərçəkmiş şəxs X24 məhkəmə iclasında dindirilərkən izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri, Mərkəzi bazar ərazisində Şəxs ondan 18 manat dəyərində ərzaq məhsullarını alıb qaytarmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi Rüstəm Vahidov tərəfindən 07 fevral 2023-cü il tarixdə MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli, MN ******* nömrəli və MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. İş materiallarından görünür ki Şəxs barəsində Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Orucəli Mürşüdzadə tərəfindən 19 yanvar 2023-cü il tarixdə, və 20 yanvar 2023-cü il tarixdə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilərək araşdırma aparılması üçün müvafiq orqanlara göndərilmişdir. Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı inzibati xəta haqqında protokollar, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar, habelə işə əlavə edilmiş digər sənədlər ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü madəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci madəsinə əsasən İnzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2 (iki) ay 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 07 fevral 2023-cü il saat 18.20-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-451/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-451/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver