Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-451/2025 10.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X1, Şikayət verən şəxs: X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X3 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsinə dair çıxarılmış İnzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, 16/1-65741 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, şikayət verən şəxsin idarə etdiyi «Hyundai» markalı, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobilinin, guya xx.xx.2025-ci il tarixdə tərəfindən «X9» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinin tələbini pozmaqla - 5.12 yol nişanına 15 metrdən az yaxınlıqda saxlanılması halı üzrə Baş X10 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumat əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə EQ 26039465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılması ona əvvəl mobil telefonuma SMS göndərilməsi vasitəsilə, daha sonra isə Lənkəran DYP şöbəsindən elektron imzası olmayan “qərar”m surətinin ona verilməsi bildirilmişdir. Çıxarılmış həmin qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və məhkəmədə işə baxılaraq EQ 26039465 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün Baş X10 İdarəsinə göndərilməsi barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049)-204/2025 nömrəli qərar qəbul edilmişdir. AR DİN Baş X10 İdarəsində barəmdə olan inzibati xəta haqqında işə yenidən baxılmış və guya onun tərəfindən yol hərəkəti qayda pozuntusunun törədildiyinin tam olaraq sübuta yetirilməsi və bununla bağlı görüntülərə baxış keçirilən zaman onun «Hyundai» markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilimi «X9» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinin tələbinə zidd olaraq 5.12 yol nişanına 15 metrdən az yaxınlıqda saxladığı təsdiqini tapması əsası ilə Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən çıxarılmış “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar yaşayış ünvanına 08 may 2025-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh tətbiq edilməsinə dair AR DİN Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyevin “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərarı da qanunsuz və əsassız olduğundan aşağıda göstərilən əsaslara və səbəblərə görə ləğv edilməlidir. Birincisi - 19 fevral 2025-ci il tarixdə saat 16:49-da istifadəmdə olan +**********33 mobil telefon nömrəsinə aşağıdakı məzmunda: “99ND616 nomreli avtomobil 40 azn 2 bal cerime edilmişdir. Endirim: 4 AZN. Tarix: xx.xx.2025 16:41 Madde 346.2. ödeme link i https://api.az/EQ26039465 ” SMS ismarıc daxil olmuşdur. İkincisi - Məsələ ilə bağlı o, 19 fevral 2025-ci il tarixdə Lənkəran Şəhər Rayon X5 X7 (bundan sonra Lənkəran ŞRPŞ DYPŞ) ona verilmiş AR DİN BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar”ın (EQ********) və qərara əlavə edilmiş AR DİN BDYPİ-nin vərəqində aşağıdakılar göstərilmişdir: “Kamera nömrəsi: E32E8E15SDA7FE17B Xətanın növü: 346.2 Xətanın yeri: Lənkəran şəhəri X8 elektron saat 10:45 Tarix: xx.xx.2025 Saat: 16:41.46 Qeydiyyat nömrəsi: 99ND616 Avtompbil markası: HYUNDAİ SONATA MİNİK (3 ədəd fotoşəkil əlavə olumnmuşdur) ” Həmin qərarın əlavəsindəki fotoşəkillərdə göstərilən “xəta yeri”nə vizual baxış keçirdikdə müəyyən etmişdir ki, həmin fotoşəkillər “Təhlükəsiz şəhər” (TŞ) sisteminə aid müşahidə kamerası vasitəsilə aparılan videogörüntü kadrının pauzaya dayandırılması vasitəsilə çıxarılaraq kustar üsulla çap edilmişdir ki, bu hal özü-özlüyündə qanuna ziddir. Ona görə ki, həmin videomüşahidə kamerası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini aşkar etmək üçün nəzərdə tutulmuş “foto ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsi” kateqoriyasına aid avadanlıq deyildir. Bundan əlavə, müəyyən etmişdir ki, mənə təqdim edilmiş həmin qərar elektron imza ilə də imzalanmayıbdır. Göstərilənlərlə bağlı ilk növbədə qeyd edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8-ci (İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı) bəndinin 8.1., 8.2. və 8.3-cü yarımbəndlərində göstərilmişdir: X10nin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin mərkəzi informasiya sisteminə ötürülür. İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir (çıxarılır). İnzibati xəta törətmiş şəxs sürücülük vəsiqəsi əvəzinə müvəqqəti idarə etmək hüququ verən sənədi təqdim etdikdə onun barəsində sənədləşmə yalnız şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. ” Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci (İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsində göstərilmişdir: “122.1. Bıı Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tııtulmıış xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. ” Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 12 may 2017-ci il tarixli, Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlinıat”ın 8-ci (İnzibati xətaların sənədləşdirilməsi və qeydiyyatı) bəndinin 8.2- ci yarımbəndində nəzərdə tutulmuş istisna halları məhz, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsinə göstərilmiş Həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi tələbi ilə bağlıdır və qüvvədə olan qanunvericiliyimizdə həmin inzibati xətaların xüsusi texniki vasitələr və ya “Təhlükəsiz şəhər” videomüşahidə kameralarının köməyi ilə aşkar edilməsinə yol verilmir. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin, xüsusi texniki vasitələrin və ’’Təhlükəsiz Şəhər" sisteminin müşahidə kameralarının təyinatlarını və xüsusiyyətlərini məhkəmənin diqqətinə çatdırır: Belə ki, qüvvədə olan qanunvericiliyimizə əsasən foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr əsasən yol hərəkəti qaydalarının pozulmasını aşkar etmək və inzibati tədbirlər görmək üçün tətbiq olunur. Onların xüsusiyyətləri aşağıdakılardır: 1) Qayda pozuntularını aşkar edir - Sürət həddinin aşılması, qırmızı işıqda keçmə, dayanma/durma qaydalarının pozulması və s. qeydə alınır; 2) İnzibati cəza tədbirləri üçün istifadə edilir - Yol hərəkəti qaydalarını pozan sürücülərə cərimə tətbiq olunur; 3) Avtomatik işləyir - Pozuntu aşkar edildikdə, sistem avtomatik olaraq qeydiyyat aparır və protokol tərtib edir. Foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrə aşağıdakılar aiddir: • Radar kameraları - Sürət həddini aşan avtomobilləri qeydə alır. • Qırmızı işıq kameraları - Svetofor qaydalarını pozan nəqliyyat vasitələrini qeyd edir. • Avtomatik nömrə tanıma sistemləri (ANPR) - Yol hərəkəti pozuntularını aşkarlamaq üçün nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını skan edir. İİ) Birincilərdən fərqli olaraq digər xüsusi texniki vasitələr foto və ya videoqeydiyyat funksiyasına malik olmayan, lakin yenə də yol hərəkətinə nəzarət və qayda pozuntularının aşkar edilməsi üçün istifadə edilirlər. Onların xüsusiyyətləri aşağıdakılardır: 1) Foto və ya video qeydə almır - Qayda pozuntusunu aşkar etsə də, görüntü ilə qeydiyyat aparmır, görüntü köməkçi xarakter daşıya bilər, inzibati xətanın qeydiyyatı (sənədləşdirilməsi) sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında apaprılır; 2) Başqa metodlarla məlumat toplayır - Məsələn, sensorlar, lazer və ya digər elektron sistemlər vasitəsilə məlumat toplayır; 3) Əsasən real vaxt rejimində istifadə olunur - Dərhal sürücü və ya nəzarət orqanı tərəfindən tətbiq edilə bilər. Xüsusi texniki vasitələrə aşağıdakılar aiddir: • Sürət ölçən radarlar (fotoqeydiyyat olmadan) - Sürəti müəyyən edir, lakin görüntü çəkmir. • Alkoqol və narkotik test cihazları - Sürücünün vəziyyətini yoxlayır, lakin video sübut yaratmır. • Nəqliyyat axınını idarə edən sensorlar - Yol hərəkətinin vəziyyətini ölçür, lakin qayda pozuntusunu görüntü ilə qeydə almır. 111) ’’Təhlükəsiz Şəhər’’ sisteminin müşahidə kameraları isə şəhər təhlükəsizliyini təmin etmək, cinayət hallarının qarşısını almaq və ictimai asayişə nəzarət etmək məqsədilə istifadə olunur. Onların xüsusiyyətləri aşağıdakılardır: 1) Yol hərəkəti qaydalarının pozulmasını birbaşa aşkar etmir - Əsasən ümumi müşahidə və təhlükəsizlik məqsədilə işləyir; 2) İnzibati cəza tədbirləri üçün birbaşa istifadə edilmir - Yol hərəkəti qaydalarının pozulması aşkar edilsə belə, bu kameralar vasitəsilə avtomatik cərimə tətbiq olunmur; 3) Əsasən operativ müşahidə və cinayət araşdırmaları üçün nəzərdə tutulub - Yalnız təhlükəsizlik orqanları və hüquq-mühafizə orqanları tərəfindən istifadə edilir. ’’Təhlükəsiz Şəhər” sisteminin müşahidə kameralarına aşağıdakılar aiddir: • İctimai yerlərdə müşahidə kameraları - Parklar, küçələr, metro stansiyaları və digər yerlərdə quraşdırılır. • Cinayət araşdırmalarında istifadə edilir - Oğurluq, vandalizm, terror aktlarının qarşısını almaq üçün görüntülər analiz edilir. • Fövqəladə hallarda nəzarət üçün tətbiq olunur - Kütləvi tədbirlər və təbii fəlakətlər zamanı şəhər infrastrukturunu nəzarətdə saxlamaq üçün istifadə edilir. 3) Üçüncüsü - Hətta qanunsuz tərtib edilsə belə, 19 fevral 2025-ci il tarixdə Lənkəran ŞRPŞ DYPŞ-dən mənə verilmiş AR DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən imzalanması göstərilən "Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bıı qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar’’(EQ********) qanunun tələbinə uyğun şəkildə elektron imza ilə də ümumiyyətlə imzalanmayıbdır (təsdiqlənməyib). Halbu ki, - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 122.1-ci maddəsində göstərilmişdir ki, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330. 339.1- 1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətam törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunıı ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Hazırki məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılmasından ötrü məhkəmə tərəfindən müvafiq sorğu vasitəsilə AR DİN BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləzizadə tərəfindən imzalanması göstərilən “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar ”ın (EQ********) həmin şəxs (həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşı) tərəfindən özünün elektron imzası ilə təsdiqlənmiş nüsxəsinin (əgər varsa) məhkəməyə göndərilməsinin tapşırılmasına baxmayaraq həmin sənəd hazırki tarix üçün məhkəməyə təqdim edilməyibdir. Dördüncüsü - EQ26039465 nömrəli qərara əlavə edilmiş AR DİN BDYPİ-nin vərəqindəki fotoşəkillərdə göstərilən “xəta yeri” nə vizual baxış keçirdikdə həmçinin müəyyən etdim ki, həmin yerdə ümumiyyətlə avtobus dayanacağı inşa edilməyibdir (quraşdırılmayıbdır), yəni nə faktki nə də ki hüquqi baxımdan mövcud deyildir. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın aşağıdakı maddələrinə əsasən: Maddə 1.2.6.: Dayanacaq məntəqəsi — müntəzəm marşrut üzrə sərnişin avtomobil nəqliyyatının dayandığı, marşrutun istiqaməti və hərəkət cədvəli haqqında məlumat olan, sərnişinlərin minib-düşdüyü, müvafiq qaydada işarələnmiş və təchiz olunmuş yer; Maddə 4.27.: Sərnişinlərin avtonəqliyyat vasitələrinə minib-düşməsi yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra müvafiq dayanacaq məntəqələrində həyata keçirilə bilər. Hərəkət cədvəlində nəzərdə tutulmayan, yol hərəkəti qaydaları ilə qadağan olunmuş məntəqələrdə və yerlərdə sərnişinlərin minib-düşməsinə yol verilmir. Maddə 4.30.: Dayanacaq məntəqələrinə dair tələblər aşağıdakılardır: dayanacaq məntəqələri yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət edilməklə yerləşdirilməli, sərnişinlərin təhlükəsiz, rahat giriş və çıxışını təmin etməlidir; dayanacaq məntəqəsi müvafiq yol nişanı ilə təchiz olunmalı və yol işarəsi ilə işarələnməlidir;dayanacaq məntəqələri yolun hərəkət hissəsindən yolkənarı bordyıırla ayrılmış minmə və enmə üçün perronla, avtobusların dayanacağı üçün meydançalarla, habelə avtonəqliyyat vasitəsini gözləyən sərnişinlərin qorunması üçün örtüklə təchiz edilməlidir. Dayanacaq məntəqəsinin məlumat lövhəsi yaxınlaşan nəqliyyat vasitələri səmtindən görünməli və həmin lövhədə aşağıdakı məlumatlar göstərilməlidir: dayanacaq məntəqəsinin adı və ya nömrəsi; nəqliyyatın növü (avtobuslar üçün — “A ” işarəsi); marşrutların nömrələri; marşrutun son təyinat məntəqəsi, gün ərzində hərəkət intervalı, marşrutların birinci və sonuncu reyslərinin vaxtı, habelə hərəkət intervalı 15 dəqiqədən artıq olan və ya günün müəyyən dövründə işləyən avtonəqliyyat vasitəsinin bu məntəqədən keçməsi vaxtı. Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar, onların mülkiyyətində, istifadəsində və ya icarəsində olan avtonəqliyyat vasitələri, avtomobil nəqliyyatı vasitəsilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması tarixi və sığorta müqaviləsinin müddəti, sürücülərin sürücülük vəsiqəsi, habelə müntəzəm avtobus marşrutları və müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlar ar ası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında bağlanılmış müqavilələr barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA ” informasiya sisteminə daxil edilir (ötürülür). Qeyd edir ki, qüvvədə olan qanunvericiliyimizə əsasən avtobus dayanacağı yaratmaq və ya mövcud dayanacaqdan istifadə icazəsi almaq üçün aşağıdakı qurumlardan müvafiq razılıqlar alınmalıdır: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) - şəhər və rayonlararası ictimai nəqliyyat dayanacaqlarına nəzarət edir. X10 (DYP) - dayanacağın yol hərəkət təhlükəsizliyi qaydalarına uyğunluğunu qiymətləndirir. Yerli İcra Hakimiyyətləri dayanacağın yerləşəcəyi əraziyə görə yerli icazə verməli olan qurumdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - əgər yeni dayanacaq tikiləcəksə, şəhər planlamasına uyğunluq baxımından rəy verə bilər. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X10 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləzizadə tərəfindən imzalanmış “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında Elektron qərar” (EQ********) qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 bildirdi ki, şikayət ərizəsinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi, qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə poçt vasitə ilə, habelə elektron ünvana email vasitəsi ilə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 11 fevral 2025-ci il tarixli, EQ 26039465 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin Qərarda inzibati xətanın törədildiyi yer: Lənkəran şəhər,X8 saat 10:45 göstərilmişdir. Şikayətə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(049)- 204/2025 saylı qərardan görünür ki, X2 şikayəti təmin edilmişdir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş EQ ********* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək İnzibato xəta haqqında iş yenidən araşdırılması üçün Baş X10 İdarəsinə qaytarılması barədə qərar qəbul edilmişdir. Şikayətə əlavə edilmiş Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən çıxarılmış “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, qayda pozuntusu ilə bağlı görüntülərə baxış keçirilən zaman sürücünün Hyundai markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X9 qanunun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinin tələblərinə zidd olaraq 5.12 yol nişanına 15 metrdən az yaxınlıqda saxladığı təsdiqini tapmışdır. Şikayətə əlavə edilmiş 3 ədəd fotoşəkildən görünür ki, Hyundai markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin öndən, yandan və qismən uzaqdan fotosu qeydə alınmış, həmin fotolarda hər hansı yol nişanı görünmür. Məhkəmə, aşağıdakılara əsasən hesab edir ki, iş üzrə şikayət təmin edilməli, Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən çıxarılmış “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 346.2-ci maddəsinin tələbinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X9” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs inzibati xətanın baş vermədiyini, həmin xətaya dair videogörüntünü tələb etmişdir. Məhkəmə tərəfindən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutlarıkonkret halda videogörünütünü təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xəta haqqında sübutlar mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. Məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərarın qəbul edilməsinə əsas qayda pozuntusu ilə bağlı görüntülər olmuşdur. Lakin hansı görüntülərdən söhbət getdiyini, hansı videoya əsaslanıldığı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin videogörüntü də daxil olmaqla sübut təqdim edilməsi təklif edilsə də, qərar qəbul edən orqan hərəkətsizlik nümayiş etdirmişdir. Bundan başqa, məhkəm xüsusilə vurğulayır ki, İXM-nin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda, 11 fevral 2025-ci il tarixli, EQ 26039465 nömrəli inzibati xəta haqqında qərarda inzibati xətanın törədildiyi yer kimi “Lənkəran şəhər, X8 elektron saat 10:45” anlaşılmaz göstərici göstərilmişdir. Bu baxımdan iddia olunun inzibati xətanın törədilmə yeri də məhkəmə üçün müəyyən deyildir. Belə ki, Lənkəran şəhəri, Həzi Aslanov küçəsinin konkret olaraq hansı ünvanında (məsələn H.Aslanov 30 və ya 45 kimi konkret yer) qayda pozuntusunun baş verməsi müəyyən deyil. Bundan başqa, məhkəmə onu da vurğulayır ki, 11 fevral 2025-ci il tarixli, EQ 26039465 nömrəli inzibati xəta haqqında qərara əlavə edilmiş 3 ədəd fotoşəkilin heç birində yol nişanı görünmür. Qərar qəbul edən orqan tərəfindən şəxsin 5.12 və 5.13 yol nişanlarının tələblərini pozması göstərilsə də, (xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərarda isə yalnız 5.12 yol nişanının tələbini pozması göstərilmişdir) təqdim edilmiş fotoşəkillərin heç birində yol nişanını müşahidə etmək mümkün deyildir. Eyni zamada nəzərə almaq lazımdır ki, şikayət verən şəxs də hər hansı yol nişanının olmaması ilə bağlı bildirmiş və buna cavab olaraq qərar qəbul edən orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bütün göstərilənlər iş üzrə xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərarın ləğv edilməsi üçün əsas kimi çıxış edir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmsı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 53.2-ci maddəsində isə göstərilmişdir ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 barəsində İXM-nin 346.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli 16/1-65741 nömrəli qərar ləğv edilsin, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-451/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-451/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver