Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-453/2025 17.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 may 2025-ci il tarixdə saat 16:00 radələrində Lənkəran rayonunun ərazisində idarə etdiyi Ford TR markalı ** KU *** dövlət qeydiyyat nömrəli avtomaşının reys qabağı texniki və sürücünün tibbi müayinəsinin olmamasına görə sonuncunun barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta haqqında 14 may 2025-ci il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi Nümayəndə protokolda qeyd olunanlara uyğun izahat verib, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, şirkətdən ona yoxlamadan keçilməsi barədə məlumat verilməyib. Tibbi müayinə aktı olmadığı üçün təqdim etməyib. Bundan sonra bu kimi hallara yol verməyəcəkdir və şirkət rəhbərliyinə bu barədə bildirəcəkdir. Törətdiyi əməlinin inzibati xəta olduğunu bilməmişdir. Gələcəkdə göstərilən nöqsanları aradan qaldıracaqdır və nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş CD disk içərisindəki videogörüntülərdən görünür ki, Şəxs idarə etdiyi Ford TR markalı avtombilin qapısını açıb Azərbaycan Yürüstü Nəqliyyat Agentliyinin əməkdaşlarına təqdim edir və ondan istənilən müvafiq sənədlərinin olmadığını bildirir. İş materiallarına əlavə edilmiş 14 may 2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, həmin protokol AYNA-ın əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə tərtib edilmiş və sürücünün ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş 447561 nömrəli etibarnamədən görünür ki, Şəxs Ford TR markalı ** KU *** dövlət qeydiyyat nömrəli avtomaşını idarə etmək üçün etibarnamə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Evin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-453/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-453/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver