Məhkəmə qərarları › İş №3(049)-455/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-455/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-455/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin icraatına 08 fevral 2023-cü il tarixdə 7 ədəd: 4(049)-451/2023 saylı, 4(049)-444/2023 saylı, 4(049)-455/2023 saylı, 4(049)-438/2023 saylı, 4(049)-459/2023 saylı, 4(049)-462/2023 saylı və 4(049)- 463/2023 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Qeyd edilən yeddi ədəd inzibati xəta haqqında material Lənkəran Rayon Məhkəməsinin hakimi Anar Pənahovun icraatına verilmişdir. Qeyd edilən yeddi ədəd inzibati xəta haqqında material üzrə zərərçəkmiş şəxslər fərqli şəxslər olsalar da təqsirləndirilən şəxs eyni şəxs olan Şəxsdur. Bu səbəbdən məhkəmə qeyd edilən yeddi ədəd inzibati xəta haqqında materialların eyni icraatda birləşdirilərək baxılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 fevral 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin icraatına daxil olmuş 4(049)-451/2023 saylı, 4(049)-444/2023 saylı, 4(049)-455/2023 saylı, 4(049)-438/2023 saylı, 4(049)-459/2023 saylı, 4(049)-462/2023 saylı və 4(049)- 463/2023 saylı inzibati xəta haqqında işlər eyni icraatda birləşdirilsin. Bir icraatda birləşdirilmiş mülki işə 4(049)-451/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar