Məhkəmə qərarları › İş №3(049)-455/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-455/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-455/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə X2 barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 15 may 2025-ci il tarixdə saat 11:53-də Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən “Xanım Zeynəb” salonu mövzusunda olan reklam yayıcısı X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində keçirilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir və bunun nəticəsində X5 tərəfindən AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. İşin məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi X9 protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Lənkəran Koroğlu küçəsində yerləşən “Xanım Zeynəb” salonu obyektinin fərdi sahibkarı X5 tərəfindən müvafiq icazə alınmadan açıq məkanda reklam yayınlamışdır. X1 bu barədə müvafiq sənədləşdirmə işlərini həyata keçirməsi və həmin reklamın yayımını dayandırması ilə əlaqədar xəbərdar edilməsinə baxmayaraq o, bu barədə heç bir tədbir görməmişdir. Zülfiyyə Tağıyeva tərəfindən “Xanım Zeynəb” salonuna məxsus digər reklam daşıyıcılarının yayını ilə əlaqadar müvafiq icazələr alınmışdır. Lakin inzibati xəta haqqında protokolda qeyd edilmiş reklam daşıyıcısının yayını ilə əlaqədar onun tərəfindən heç bir icazə alınmamış və rəsmiləşdirmə həyata keçirilməmişdir. Zülfiyyə Tağıyeva tərəfindən reklam idarəsinə həmin reklam daşıyıcısı ilə əlaqadar da heç bir müraciət edilməmişdir. Məhkəməyə təqdim edilən teleqramlardan da müəyyən edilir ki, bu barədə müvagiq bildiriş və yazılı göstəriş poçt rabitəsi vasitəsilə Zülfiyyə Tağıyevaya təqdim edilmişdir. Lakin onun tərəfindən heç bir tədbir görülməmişdir. Qeyd edilən hərəkətləri ilə o, vəzifəlişəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 AR İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə X5 iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 02 nömrəli Aktdan görünür ki, Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən “Xanım Zeynəb” salonun obyektinin fərdi sahibkarı X5 tərəfindən açıq məkanda reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin rəisi tərəfindən tərtib edilmiş Zülfiyyə Tağıyevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli 11-3-6/2-514/2025 nömrəli Yazılı Göstərişdən görünür ki, həmin reklamın yayımının 5 (beş) gün müddətində dayandırılması tələb edilmişdir. AZ4200/********** saylı teleqramdan görünür ki, X11 Tağıyevaya poçt rabitəsi vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 14:26-da çatdırılmışdır. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin rəisi tərəfindən tərtib edilmiş Zülfiyyə Tağıyevaya ünvanlanmış xx.xx.2025-ci il tarixli 11-3-6/2-578/2025 nömrəli Bildirişdən görünür ki, Lənkəran şəhəri, Koroğlu küçəsində “Xanım Zeynəb salonu” obyektinə aid olan reklamın müvafiq icazə olmadan açıq məkanda yayımının dayandırılması üçün ona təqdim edilmiş Yazılı Göstərişi yerinə yetirmədiyinə görə barəsində AR İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdar edilmişdir. AZ4200/********** saylı teleqramdan görünür ki, X7 poçt rabitəsi vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 15:38-də çatdırılmışdır. Protokola əlavə edilmiş fotoşəkildən xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində “Xanım Zeynəb salonu” obyektinə aid olan reklamın yayımlandığı müəyyən edilir. Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 01 nömrəli Baxış Aktdan görünür ki, Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən “Xanım Zeynəb salonu” obyektinin reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. Protokola əlavə edilmiş fotoşəkildən xx.xx.2025-ci il tarixdə Lənkəran şəhərində “Xanım Zeynəb salonu” obyektinə aid olan reklamın yayımlandığı müəyyən edilir. Belə ki, həmin reklam daşıyıcısı “Xanım Zeynəb salonu” obyektinin divarında quraşdırılmışdır. X2 barəsində AR İXM-nin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. AZ4200/********** saylı teleqramdan görünür ki, X7 poçt rabitəsi vasitəsilə xx.xx.2025-ci il tarixdə saat 12:44-də çatdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş çıxarışdan görünür ki, X5 vergi ödyicisidir (VÖEN: **********). Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli İcazə sənədlərindən görünür ki, X3 ünvan 2 ünvanında ayrıca dayaqlı qutu və lövhədə reklam daşıyıcısının yayımına icazə verilmişdir. İcazə sənədlərinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, yayımına icazə verilmiş reklam daşıyıcıları “Xanım Zeynəb salonu” obyektinə aid olsa da hazırki iş üzrə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilən reklam daşıyıcısı deyildir. Məhkəmə proses iştirakçısını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin məzmununa əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 75-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Maddənin 2-ci bəndinə görə bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, zərərçəkmişə dəymiş maddi ziyanı ödəməsi qismən ödəməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130,145 və 529.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar