Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-457/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, AR DİN BDYPİ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Lənkəran rayonu Gərmətük kənd sakini X2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, AR DİN BDYPİ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin şikayətə baxılması üzrə məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 məhkəməyə ərizə təqdim edərək və izahat verərək bildirmişdir ki, hazırda mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarları qəbul etmiş orqan tərəfindən tətbiq edilən cərimə məbləğləri məhkəməyə müraciət edildikdən sonra silinmişdir. Hazırki vəziyyətdə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, AR DİN BDYPİ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə baxılmasına ehtiyac yoxdur. Ona görə də şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin YPX-nin AR DİN BDYPİ-nin nümayəndələri hazırki şikayətə baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlar sırasında şikayət ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılması nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, şəxsin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərarın qəbul edilməsi bilavasitə həmin şəxsin özünün hüquqlarına və mənafelərinə təsir göstərən bir tədbir olduğundan, hazırda isə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X2 məhkəməyə verdiyi şikayətə baxılmasını öz təşəbbüsü ilə istəmədiyindən və bununla bağlı fikrini yazılı şəkildə məhkəməyə təqdim etdiyindən hazırki vəziyyətdə həmin şikayətə baxılmasına hər hansı əsas yoxdur. X2 onun barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq etmə barədə qərarlardan şikayətə baxılmasını istəmədiyi halda, məhkəmənin qəbul etməli olduğu qərarın məzmunu inzibati xətalar haqqında qanunvericilikdə bilavasitə nəzərdə tutulmasa da, məhkəmə qanunun analogiyası qaydasına istinad edərək oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə X1 hazırki ərizəsini nəzərə alaraq qərara gəlir ki, onun Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, AR DİN BDYPİ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından şikayətinin məhkəmə baxışından çıxarılmaqla geri qaytarılması haqda qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin YPX-nin xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, AR DİN BDYPİ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından şikayəti məhkəmə baxışından çıxarılmaqla geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(049)-457/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-457/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver