Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-46/2025 15.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Şəxs barəsində Lənkəran Şəhər Rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən xx.xx.2025-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında prtokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 11 dekabr 2024-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu, Cil kəndində yerləşən torpaq sahəsində Şəxs Zərərçəkmiş şəxs döyməklə, ona bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında fakt üzrə polisdə araşdırma aparılaraq Lənkəran ŞRPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhəmməd Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ilə cinayət işinin başlanması rədd edilmişdir. “Elektron məhkəmə” İnformasiya sistemində aparılan sorğudan müəyyən edilir ki, Şəxs tərəfindən Lənkəran Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞnin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Məhəmməd Abdullazadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət ərizəsi təqdim edilmişdir. Sözügedən şikayət ərizəsi qeydiyyata alınaraq, baxılması üçün məhkəmənin hakimi Anar Pənahovun icraatına verilmişdir və həmin iş icraata qəbul edilərək iş üzrə məhkəmə baxışı xx.xx.2025-ci il tarixə saat 11:20-yə təyin edilmişdir (İş № 6(049)-1/2025). Nəticə etibarilə müəyyən olunur ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatın aparılmasına əsas olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar mübahisələndirilmişdir. Bu səbəbdən hazırki inzibati xəta haqqında işə baxılması mümkünsüzdür. Belə ki, hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqında materiala məhkəmədə baxılaraq qərar qəbul edilərsə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv olunacağı təqdirdə, Şəxs məhkəmənin qərarı ilə əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmiş ola bilər. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Lənkəran ŞRPŞ-nə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Lənkəran Şəhər Rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-46/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-46/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver