Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-460/2024 07.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 253.2 və 253.4-cü maddələri ilə Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X1 barəsində İXM-nin 253.2 və 253.4-cü maddələri ilə Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin rəisi X2 tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək, Veysəl Əliyev 2000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə şikayət verərək, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin rəisi X2 tərəfindən MN ******* saylı qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı yaşadığı evin qarşısında olan ağacların kim tərəfindən kəsilməsini soruşmuşdur. O da onlara özünün 1-ci qrup gözdən əlil olduğunu və o boyda ağacı təkbaşına tamamilə məhv etmək qabiliyyətində olmadığını bildirmişdir. Faktiki olaraq da həmin ağaclar məhv olunmayıb və ya tamamilə götürülməyib. Daha sonra həmin əməkdaş ona heç bir söz demədən oradan çıxıb getmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona 03 may 2024-cü il tarixdə poçt vasitəsilə 22 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar gəlmişdir. Həmin qərarla tanış olduqdan sonra ona məlum olmuşdur ki, idarənin rəisi Ceyhun Hüseynov tərəfindən barəsində 2000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. Hesab edir ki, həmin cərimə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəfindən hər hansı bir ağac kəsilməmiş, inzibati xətanın baş verdiyi vaxt nə həmin qərarda, nə də tərtib edilmiş protokolda qeyd edilməmişdir. Həmin ağacların sayı, növü və diametri barədə qərarda məlumat qeyd edilsə də, lakin həmin məlumat buna səlahiyyəti olan şəxs, yəni xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə həmin ağacların məhz onun tərəfindən kəsilməsinin hansı faktlarla təsdiq edilməsi də məlum deyildir. Hesab edir ki, sözügedən qərar qəbul edilərkən İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin maddənin məzmunundan görünür ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati xəta tərkibi yaranır. Lakin 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynov tərəfindən barəsində inzibati tənbeh tətbiq edilərkən qanunvericiliyin tələbi pozulmuş və heç bir ağacı kəsməyi, məhv etməyi olmadığı halda barəsində İXM-nin 253.2-cii madəsi ilə qərar qəbul etmişdir. Bununla da inzibati orqan tərəfindən araşdırma aparılarkən tam və hərtərəfli aparılmamış, qanunsuz və əsassız qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr araşdırılmamışdır. Həmin şübhələrdən ən əsası isə məhz onun tərəfindən törədilməsi istinad olunan əməlin (İXM-nin 253.2-ci maddənin) dispozisiyasında göstərilən halların məhz onun tərəfindən törədilməsini təsdiq edən sübutun olmamasıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 bildirmişdir ki, birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla İ qrup gözdən əlildir. Kənar şəxsin köməyi olmadan sərbəst olaraq hərəkət edə bilmir. Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Özü heç bir ağac kəsməmiş və ya onları budamamışdir. İstədə də, gözdən əlil olduğundan bunları edə bilməzdi. Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etmək məqsədilə, onların nümayəndələri məhkəmə iclaslarına dəvət edilmiş, lakin, nümayəndəsi məhkəmə iclaslarına gəlmədiyinə görə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmış, sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-i nümayəndəsini bu dəfə də məhkəmə iclasına göndərməmiş, məhkəmə iclas katibi onlarla telefon əlaqəsi saxlamış, onlar ona bildirmişlər ki, başqa yerdə, başqa bir tədbirdə olduqlarından nümayəndələri məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə ETSN-nin 1 saylı Regional ETSİ-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq şikayətə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə şikayətçinin izahatını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanın qarşısında 30 sm diametrində 03 ədəd bioloji inkişafda olan qaraqac cinsli ağacin budaqlarini kəsərək zədələmiş və gövdə hissələri oduncaq qatina qədər balta vasitəsilə qanunsuz kəsmişdir. Buna görə də o, İXM-nin 232.2 və 253.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə olumuşdur. İXM-nin 253.2-ci maddəsinə əsasən meşəfunduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər ики мин манат miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir . Həmin Məcəllənin 253.4-cü maddəsinə əsasən isə meşəfunduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə физика şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər ики yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-i məhkəməyə X1 təqsirini təsdiq edən bir ədəd olsun belə sübutunu (məsələn X1 izahatını, hadisə barədə tərtib edilmiş aktı, həmin hadisənin şahidlərinin izahatları, mütəxəssis və ya ekspertin rəyi, video və ya foto görüntülər və s) təqdim etməmiş, nümayəndəsini məhkəməyə göndərərək qərarlarının əsasslı olduğuna dair məhkəməyə izahatlarını verməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə hamıya bəlli olan halların və ya faktlar mübahisə edilə bilməməsi və onların sübuta ehtiyacının olmaması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən MPM-nin 82.1-ci maddəsi tətbiq edilməlidir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Şikayətçinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası DSMF-nun Əzizbəyov rayon şöbəsinin verdiyi 053638 nömrəli vəsiqədən görünür ki, X3 İ qrup gözdən əlil olmaqla ona pensiya təyin edilmişdir. Hamıya bəllidir ki, İ qrup gözdən əlil şəxslər nəinki ağacı kəsmək və ya onu budamaq iqtidarındadırlar, əksinə, kənar şəxsin köməyi olmadan və ya korlar üçün nəzərdə tutulmuş əl ağacından istifadə etmədən sərbəst yeriyə bilmirlər. Belə bir şəxsin hündür ağaclara qalxaraq onları budaması, kəsməsi və ya məhv etməsi inadirici deyildir. Məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X1 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddələr üzrə inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə edilməsinə dair Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin rəisi X2 tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(049)-460/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-460/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver