Məhkəmə qərarları › İş №3(049)-462/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-462/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-462/2024 17.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Şikayət vermiş şəxs X6 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X19 İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarından X11 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X19 İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə edilmişdir. X11 həmin qərardan şikayət verib. Şikayətdə MN seriyalı ******* saylı qərarın ləğv verilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi şikayət onunla əsaslandırmışdır ki, X19 İdarəsi 03 may 2024-cü il tarixdə barəsində Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş iczəsi alınmadan əcnəbinin işə cəlb edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyi barədə MN ******* nömrəli inzibati protokol tərtib etmişdir. Elə həmin tarixdə X19 İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi ilə bağlı inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, iş icazəsi olmadan əcnəbini işə cəlb etməyinə görə 3.000 manat cərimə olunmuşdur. İş icazəsi olmadan işə cəlb edilmş hesab olunan əcnəbi həmkəndlisi və qonşusu olan X14r. O, Lənkəran rayonunun Türkəkəran kəndində doğulmuşdur. Bir müddət Rusiya Federasiyasında yaşamış, Rusiya Federasiyası vətəndaşıdır. Təxminən 2-3 il olar ki, Azərbaycana, doğulduğu kəndə qayıtmış, Azərbaycan Respublikasının vətəndaşlığını bərpa etməyə çalışır, burada X20 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan 18 oktyabr 2023-cü il tarixdə Sara adlı bir qızları doğulmuşdur. Əkrəm Rəhimov öz ailə üzvləri ilə birlikdə Türkəkəran kəndində qardaşı X7 evində yaşayır. Əkrəm Rəhimov 2024-cü ilin mart ayında Şürük kəndində yerləşən işlətdiyi yeməkxanada aşbaza məsləhət verməklə məşğul olmuşdur. O, cəmi bir ay bu işi görmüşdür. Deməsinə görə Ə. Rəhimov Rusiyada yaşadığı müddətdə aşbazlıqla məşğul olmuşdur. İnzibati tənbeh tətbiq edən orqan tərəfindən vəzifəli şəxs hesab edilmişdir. AR İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində kimlərin vəzifəli şəxs hesab olunması göstərilmişdir. Hesab edir ki, AR İXM-nin 17-ci maddəsinin qeyd hissəsinin məzmununa əsasən mən vəzifəli şəxs olmadığım üçün də AR İXM-nin 578.1-ci maddəsi barəsində tətbiq oluna bilməz. Buna görə X19 İdarəsinin barəsində 03 may 2024- cü il tarixli AR İXMnin 578.1-ci maddəsi ilə inzibati tənbeh verilmə haqqında qərarı həm AR Miqrasiya Məcəlləsinin 64.0.16-cı maddəsinin tələbinə, həm də vəzifəli şəxs hesab olunmadığı üçün ləğv edilməlidir. Məhkəmə baxışında iştirak edən X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, Lənkəran rayonu, Şürük kəndində yaşayır və fərdi sahibkarlıqla məşğul olur. Belə ki, Şürük kəndində xüsusi mülkiyyətində yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin bir hissəsini kafe kimi işlədir. X23 onun həmkəndlisi və qonşusudur. Əkrəm əvvəllər Rusiya Federasiyasında yaşamışdır və oranın vətəndaşıdır. Əkrəmin Rusiyada aşpaz işləməsini bilmişdir. Bu səbəbdən də 2024-cü ilin mart ayında Əkrəmə müraciət etmişdir ki, işlətdiyi kafedə ona köməklik etsin. Əkrəm də buna razılıq vermişdir və sərbəst qrafiklə kafedə işləməyə başlamışdır. Belə ki, o, kafeyə gələrək aşpaza müəyyən məsləhətlər verirdi. Əkrəmdən xahiş etmişdir ki, o, Rusiyada işlədiyindən fərqli yeməklərin bişirilməsini onlara öyrətsin. Onunla aylıq əmək haqqını 300 manata razılaşmışlar, lakin əmək müqaviləsi bağlamamışlar. Əkrəm həmin kafedə 1 ay işləmişdir. Əmək müqaviləsi bağlamamağın səbəbi Əkrəmin hələ ki, 3 ay sınaq müddətində işləməsi olmuşdur. Əkrəmə ümumilikdə 450 manat əmək haqqı ödəmişdir. Özü 2014-cü ildən halhazıradək vergi ödəyicisidir. Hazıradək bir neçə şəxslə əmək müqaviləsi bağlamışdır. Hazırda da bir nəfər işçisi ilə bağladığı əmək müqaviləsi qüvvədədir. Qeyd etdikləri ilə əlaqadar Miqrasiya idarəsində də izahat vermişdir. O, vəzifəli şəxs hesab edilmir. Həmçinin himayəsində azyaşlı uşaq olan əcnəbini işlə təmin etmişdir. Bu səbəblərdən də şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X19 İdarəsinin nümayəndəsi X10 şikayət tələbini qəbul etməyərək izahatında bildirdi ki, X2 Regional Miqrasiya İdarəsinə Azərbaycan Respublikasının ərazində müvafiq yaşamaq üçün icazə vəsiqəsinin vaxtının artırılması üçün müraciət etmişdir. Bu barədə onun üçün müvafiq imtahan təşkil ediliş, lakin Əkrəm Rəhimov imtahandan keçə bilməmişdir. Əkrəm Rəhimov müraciətinin əsaslandırılması üçün Miqrasiya İdarəsində verdiyi izahatında bildirmişdir ki, o, 17 mart 2024-cü il tarixdən Lənkəran rayonu, Şürük kəndində yerləşən X9 məxsus olan “Arçelik” kafesində işləmişdir, Qabil Hüseynov ona işləməsi müqabilində 300 manat ödəmişdir, 150 manat borcu qalmışdır, Qabil Hüseynov ona əmək haqqını nəqd şəkildə vermişdir. X30 da X19 İdarəsinə dəvət edilərək, izahatı alınmışdır. Qabil Hüseynov dda izahatında Əkrəm Rəhimovun izahatındakı xüsusatlaı təsdiq etmişdir. Belə ki, inzibati xəta haqqında icraat zamanı müəyyən edilmişdir ki, X15 tərəfindən Azərbaycan Respublikas Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi vətəndaş işə cəlb edilmişdir. İnzibati xəta haqqında araşdırma zamanı Qabil Hüseynovun inzibati xəta törətməsi və vəzifəli şəxs olması tam sübuta yetirilmişdir və o, AR İXM-nin 578.1-ci maddəsinə əsasən, 3.000 manat cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Qabil Hüseynovun şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikasında Lənkəran rayonu, Şürük kəndində qardaşının evində yaşayır və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi vardır. Bir müddət əvvəl icazə vəsiqəsinin vaxtının uzadılması ilə əlaqadar Miqrasiya İdarəsinə müraciət etmişdir, buna dair onun üçün imtahan təşkil edilmişdir, lakin imtahandan keçə bilməmişdir. Əvvəllər 27 il gəmilərdə aşpaz işləmişdir. 2024-cü ilin mart ayında həmkəndlisi Qabil Hüseynov ona iş təklifi etmişdir. O, da bununla razılaşmış və Qabilə məxsus Şürük kəndində yerləşən kafedə işləməyə başlamışdır. İşi həmin kafedə aşpaza müəyyən məsləhətlər verməkdən ibarət olmuşdur. Qabillə aylıq əmək haqqını 300 manata razılaşmışlar, iş qrafiki sərbəst olmuşdur və əmək müqaviləsi bağlamamışlar. Həftədə 1, 2, 3 dəfə kafeyə gəlib getmişdir. Qabil ona gördüyü işin müqabilində 300, 200, 250 manat pul ödəmişdir. Sonuncu əmək haqqını Qabil ona 15 gün əvvəl 200 manat ödəmişdir. Miqrasiya idarəsində də izahatında bunları bildirmişdir. O, da miqrasiya idarəsi tərəfindən icazəsiz işlədiyinə görə 400 manat cərimə edilmişdir və cəriməni ödəmişdir. Məhkəmə şikayət verən şəxsi və inzibati orqanın nümayəndəsini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki şikayət ərizəsi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: X19 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş MN seriyalı 18903180 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, işəgötürən Hüseynov Qabil tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbi vətəndaş işə cəlb edilmişdir. X19 İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə edilmişdir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Şürük kəndində yerləşən sahəsi 419,6 kv.m. olan daşınmaz əmlak X6 xüsusi mülkiyyətindədir. “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” ********** saylı şəhadətnamədən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. P seriyalı 75 ******* saylı pasportun surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X3 Federasiyasının vətəndaşıdır. “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün” İcazə vəsiqəsindən görünür ki, X23 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvafiq icazə verilmişdir. “Elektron məhkəmə” İformasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X23 Azərbaycan respublikasının vətəndaşı deyildir. X23 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı izahatında qeyd etmişdir ki, Lənkəran rayonu, Şürük kəndində yerləşən “Arçelik” adlanan obyektdə aşpaz işləmişdir. Həmin obyekt kafe kimi fəaliyyət göstərir. Həmin obyekt X9 məxsusdur, Qabil ona işləməyinin müqabilində 300 manat nəqd şəkildə pul vermişdir və 150 manat borcu qalmışdır. X11 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanladığı izahatında qeyd etmişdir ki, o, Rusiya vətəndaşı X21 17 mart 2024-cü il tarixdə Lənkəran rayonu, Şürük kəndində yerləşən “Arçelik” kafesində işə qəbul etmişdir. Apaz işləməsi ilə əlaqadar ona 300 manat əmk haqqı vermişdir. Əkrəm Rəhimov sonuncu dəfə işə xx.xx.2024-cü il tarixdə gəlmişdir. ********** saylı ödəniş qəbzindən görünür ki, Əkrəm Rəhimov tərəfindən xx.xx.2024cü il tarixdə 400 manat cərimə ödənilmişdir. AZ-İV seriyalı 944092 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X27 – xx.xx.2023-cü il təvəllüdlüdür. Atası – X22, anası X12r. Beləliklə işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. O, özünə məxsus olan Lənkəran rayonu, Şürük kəndində yerləşən “Arçelik” adlanan kafedə Rusiya Federasiyasının vətəndaşı olan X16 17 mart 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək aşpaz vəzifəsində işə cəlb etmişdir. X30 xx.xx.2014-cü il tarixdə vergi orqanı tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və bir neçə şəxslə əmək müqaviləsi bağlayaraq təşkilati-sərəncamverici səlahiyyətlərini həyata keçirmişdir. Həmçinin məhkəməyə əcnəbi vətəndaş X13 18 yaşına çatmamış övladının olması və həmin uşağın onun himayəsində olmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, şikayət verən şəxs tərəfindən məhkəməyə sübut kimi təqdim edilən doğum haqqında şəhadətnamədə X17 atası X8 deyil, X5 qeyd edilmişdir. Qeyd edilən hərəkəti ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində qeyd edilmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 64-cü maddəsində iş icazəsinin alınması tələb olunmayan hallar qeyd edilmişdir. Hazırki iş üzrə qeyd edilən xüsusatlar həmin hallara aid deyil. Qanunun bu tələbindən belə müəyyən olunur ki, Qabil Hüseynov əcnəbini işlə təmin etməzdən əvvəl müvafiq dövlət orqanına iş icazəsinin alınması ilə əlaqədar müraciət etməli və bu icazə təmin edildikdən sonra onunla əmək müqaviləsi bağlamalı idi. X26 məhkəmə iclasında və inzibati orqanda verdiyi izahatdan da görünür ki, Əkrəm Rəhimovu işlə təmin etməzdən əvvəl onun əcnəbi vətəndaş olduğunu bilmişdir. Eyni zamanda İXM-nin 17.2 maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qanunun həmin maddəsinin qeydinin mənasına əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələri səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşin məhkəmə baxışı zamanı müəyyən edildi ki, X11 tərəfindən AR İXM-nin 578.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edirəm ki, X6 əməlinin Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə inzibati tənbeh tətbiq olunması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X19 İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X19 İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarından X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin X19 İdarəsinin vəzifəli şəxsinin MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar