Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-462/2025 30.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunmuş şəxs X2 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 328.2-ci maddəsi ilə Bakı Şəhər Baş Yol Polis İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş 16/1-69357 saylı, 06 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarından Rəşadət Bağırov tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X2 barəsində DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən 16/1-69357 saylı, 06 may 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Rəşadət Bağırov məhkəməyə müraciət edərək həmin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 fevral 2025-ci il tarixdə Lənkəran şəhəri, Ləvəngi dairəsindən Şəhidlər Xiyabanı küçəsi istiqamətində, saat 08:58 radələrində hərəkət edərkən, yolun sol tərəfində (“ƏDO Petrol” ilə üzbəüz) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşlarının xidməti avtomobillərində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 3 saat keçdikdən sonra “SMS RADAR” mobil tətbiq proqramına bildiriş gələrək, M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 199-cu km ərazisində, güya yolda müəyyən edilmiş surət həddini 21-40 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərini pozduğu qeyd edilmişdir. Nəticə etibarı ilə inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki, “sürət həddi 50 km/saat tələb olunan ərazidə 73 km/saat sürətlə **-HH-*** dövlət qeydiyyat nişanlı “X7 minik” markalı avtomobili ilə sürət həddini pozmaqla, barəsində “EQ26335163” nömrəli protokol tərtib edilmişdir”. Həmin protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsindən ötrü aidiyyatı üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Yekun olaraq X6un sədrliyi ilə Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 3(049)-233/2025 saylı qərardadı qəbul edilərək, EQ 26335163 nömrəli protokol əsasında DİN BDYPİ-nin X1 imzalanmış 28 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, işin yenidən araşdırılmasından ötrü Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmışdır. Qərardadın məhkəmə tərəfindən inzibati orqana göndərilməsinə baxmayaraq, ayrıca fərdi şəkildə də, 3(049)-233/2025 saylı qərardadın icrasından ötrü zəruri tədbirlərin görülməsini “E-polis” elektron tətbiq vasitəsi üzərindən rəsmi şəkildə müraciət etmiş və müraciətinə 06 may 2025-ci il tarixdə baxılaraq, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən 16/1-69357 nömrəli qərar qəbul edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 06 may 2025-ci il tarixli 16/1-69357 nömrəli qərarla tanış olarkən, şikayətində xüsusilə vurğuladığı inzibati xətanın törədildiyi ərazi barədə heç bir qeyd və əsaslandırıcı iddia ilə rastlaşmamışdır. Burdan da belə qənaətə gəlinir ki, Lənkəran rayon məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 3(049)-233/2025 saylı qərardadın icrasından ötrü inzibati xəta haqqında işin yenidən araşdırılıması Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən obyektiv aparılmamışdır. Hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 06 may 2025ci il tarixli inzibati xəta haqqında iş üzrə 16/1-69357 nömrəli qərar ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Rəşadət Bağırov ərizənin məzmununa uyğun çıxış edərək foto şəkillər təqdim edib ərizənin təmin edilməsini xahiş etdi. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, şikayətçi və inzibati xəta haqqında qərara görə cavabdeh olan Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə şikayətçinin və onların Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 3(049)-233/2025 saylı, xx.xx.2025 ci il tarixli qərarından görünür ki, EQ 26335163 nömrəli protokol əsasında, DİN BDYP-nin X1 imzalanmış xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək baxılması üçün yenidən Bakı şəhər BDYPİ-yə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 16/1-69257 saylı qərardan görünür ki, Bakı şəhər BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən X3 barəsində tərtib edilmiş EQ 26335163 saylı inzibati tənbehvermə haqqında elektron qərara və iş materiallarına baxılaraq İXM-nin 328.2-ci maddəsi ilə Rəşadət Bağırov 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 115.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, İXM-nin 115.1.4-cü maddəsinə əsasən isə işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Lakin qeyd olunan qərarda Rəşadət Bağırov haqqında məlumat, o cümlədən onun fərdi identifikasiya nömrəsi, eləcə də, işə baxılarkən hansı halların müəyyən edildiyini konkret olaraq ( hadisə nə vaxt, harada, saat neçədə və s.) göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı məhkəməyə gələrək hadisəni əks etdirən videogörüntüləri və ya digər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, fərziyələr və şübhələr əsasında şəxsin təqsirli hesab edilməsi yolverilməzdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün şəxs təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin, X2 qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun şikayət əsaslı hesab edilərək təmin edilməli, onun əməlində həmin maddə üzrə inzibati xəta tərkibi olmadığından Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş 16/1-69357 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilməsinə dair Bakı şəhər BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən tərtib edilmiş 16/1-69357 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-462/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-462/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver