Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-466/2025 21.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X26 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, inzibati qərardan şikayət vermiş X14 və qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X24 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Lənkəran-Astara regional şöbəsi (bundan sonra ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i) tərəfindən çıxarılmış xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X24 tərəfindən verilmiş şikayətə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş materiallarından görünür ki, X24 barəsində İXM-nin 192.6-cı maddəsi ilə ƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-i tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında haqqında qərara əsasən o, 1500 manat məbləğində şərti olaraq cərimə edilmişdir. X34 həmin qərardan şikayət verərək onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətini aşağıdakılarla əsaslandırılmışdır:
1. 14 mart 2025-ci il tarixdə, saat 09.45 radələrində direktoru olduğu məktəbin X sinif şagirdi X15 direktorun məktəbdən kənar işlər üzrə müavini X10 oğlu Yusif Sadıqov ilə dalaşmışdır. Hadisəni eşidən müavin hadisəyə kəskin reaksiya verərək Zeynal Bağırzadəni məktəbin dəhlizinə aparıb məktəbin ikinci mərtəbəsində ona əl qaldıraraq vurmuşdur. Elə bu anda digər müavin Mətanət Ramazanova və xadimə Aygün Sadıxova onun qarşısını almağa çalışmışlar. Bu zaman Qurban Sadıxov xadimə Aygün Sadıxovaya əl ilə sillə vurmuşdur. Hadisədən sonra, Qurban Sadıqovun qardaşı, eyni məktəbdə işləyən və X11 məktəb komitəsinin sədri olan Yaşar Sadıqov ikinci mərtəbəyə qalxaraq yenidən Zeynal Bağırzadəni sinif otağından çıxarmaq istəmiş və bu zaman ona mane olmaq istəyən ingilis dili müəllimi Elnarə Əliyeva ilə mübahisə yaratmış və nəticədə Elnarə Əliyeva dərsdə əyləşmiş şagirdi çölə aparmağa icazə verməmişdir. Hadisə barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə və Lənkəran rayon Polis şöbəsinin Zövlə kəndi üzrə sahə müvəkkilinə məlumat verilmişdir.
2. 01 aprel 2025-ci il tarixdə direktor olaraq məktəbdən kənar işlər üzrə müavini Qurban Sadıqovun əməlinə qiymət vermək məqsədi ilə onun intizam məsuliyyətinə cəlb etmək üçün Məktəbin Həmkarlar Təşkilatının komitəsinin sədri Yaşar Sadıqova müraciət etmişdir.
3. 03 aprel 2025-ci il tarixdə Məktəbin Həmkarlar Təşkilatının komitəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qurban Sadıqovun əmək müqaviləsinə xitam verilməsi təklifini rədd etmiş və ona töhmət elan edilməsini məqsədə müvafiq hesab etmişdir.
4. 07 aprel 2025-ci il tarixdə o, bu qərarın qəbul edilməsində maraqlar konfliktinin olduğunu (işdə Məktəbin Həmkarlar Təşkilatının komitəsinin sədri Yaşar Sadıqovun həm qardaşının, həm də özünün adı keçdiyi üçün) nəzərə alaraq Məktəbin Həmkarlar Təşkilatının komitəsinin 03 aprel 2025-ci il tarixli qərarına yenidən baxılması üçün Komitənin yuxarı orqanı olan Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinə müraciət etmişdir.
5. 16 aprel 2025-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin Rəyasət Heyəti Məktəbin Həmkarlar Təşkilatının komitəsinin 03 aprel 2025-ci il tarixli qərarına yenidən baxmış, ilkin təşkilatın 03 aprel 2025-ci il tarixli qərarını ləğv etmiş və X10 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq vermişdir.
6. 17 aprel 2025-ci il tarixdə tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Qurban Sadıqovun əmək müqaviləsinə xitam verilmişdir.
7. Bundan sonra X21 Qurban Sadıqovun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yoxlama aparmağa başlamış, onun tərəfindən müfəttişliyə müvafiq izahatlar, sənədlər və sübutlar təqdim edilmişdir.
8. Buna baxmayaraq, 12 may 2025-ci il tarixdə X21 Xidmətinin regional şöbəsinin müfəttişi, barəsində İXM-nin 192.4 və 192.6-cı maddələri ilə protokol tərtib etmişdir. Protokola əsasən onun tərəfindən Qurban Sadıqovun əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 4-cü hissəsi və 172-ci maddəsinin 4-cü hissəsi pozulmuşdur.
9. 16 may 2025-ci il tarixdə ƏƏSMN yanında DƏMX-nin Lənkəran-Astara RŞ-nin rəisi X20 barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokola baxaraq ******* nömrəli qərarla onu İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib 1500 manat məbləğində inzibati qaydada cərimə etmişdir. Aşağıdakılara görə barəsində olan ******* nömrəli, 16 may 2025-ci il tarixli qərarı qanunsuz və əsassız hesab edir: İXM-nin 192.6-cı maddəsində işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əvvəla onun Qurban Sadıqov barədə verdiyi 17 aprel 2025-ci il tarixli əmrdə onun əmək müqaviləsinə xitam verilməsi üçün yalnız bir əsas göstərilib və bu əsas Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndidir. Belə olan halda göründüyü kimi Qurban Sadıqovun əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla xitam verildiyindən söhbət gedə bilməz. Bundan əlavə barəsində olan həmin qərarda Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan “bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydaları”nın istinad qərar qəbul edən şəxs tərəfindən dəqiqləşdirilməyib. Ona aydın deyil ki, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsinin başqa hansı qaydası və ya qaydaları tərəfindən pozulub. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin tərəfindən pozulması ilə bağlı Əmək müfəttişliyinin iddialarına gəldikdə isə məhkəmənin diqqətinə çatdırır ki, X21nin əməkdaşları həm İnzibati Xəta haqqında 12 may 2025-ci il tarixli protokolda, həm də İnzibati xəta haqqında 16 may 2025ci il tarixli qərarda tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin deyil, konkret olaraq 2-ci hissəsinin pozulduğunu qeyd ediblər. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsi işəgötürəndən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasını tələb edir. Onun tərəfindən Qurban Sadıqovun əmək müqaviləsinə 17 aprel 2025-ci il tarixdə xitam verilərkən artıq buna razılıq verən Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin Rəyasət Heyəti Məktəbin Həmkarlar Təşkilatının komitəsinin 16 aprel 2025-ci il tarixli qərarı mövcud olub. Digər tərəfdən X21 ümumiyyətlə onun tərəfindən bu qaydanın (Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin) pozulduğunu müəyyən etməyib. O ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tərəfindən pozulmasına, bu maddə işə götürən kimi, onun üzərinə bir vəzifə qoyur, bu da Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “c” bəndləri ilə əlaqədar əmək müqaviləsinə xitam vermək qərarına gələrkən bu barədə həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmək vəzifəsidir. Həmin vəzifə də tərəfindən həyata keçirilib. O, Qurban Sadıqovu işdən çıxarmazdan qabaq 01 aprel 2025-ci ildə Məktəbin Həmkarlar Təşkilatına, 07 aprel 2025ci ildə Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinə müraciət etmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 3-cü cümlələrinə gəldikdə isə həmin hüquq normaları işəgötürən üçün deyil, həmkarlar təşkilatı üçün vəzifələr müəyyən edir. Həmin hüquq normalarının tərəfindən pozulması mümkün deyil. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında X24 şikayətini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, özü Qurban Sadıqovu işdən çıxarmaq istəməmişdir. Yuxarı təşkilatdan yerli həmkarlar ittifaqı təşkilatının qərarını istəmişlər və bunla bağlı problem yaranmışdır. Şagirdi döymək olmaz. Qurban Sadıqov şagirdi döydüyü üçün onu işdə saxlamaq olmazdı. O özü, yerli həmkarlar ittifaqı təşkilatının qərarına əsasən onu işdə saxladığına görə, yuxarı təşkilat yerli təşkilatın qərarını ləğv etmişdir. Qurban Sadıqovun işdən azad edilməsi ondan asılı olmayan səbəblərdən baş vermişdir. X32 işdən azad edilməsi ilə bağlı yuxarı təşkilata müraciət etdikdə, ona oradan bildirmişlər ki, qərarı yerli həmkarlar ittifaqı təşkilatı verməlidir. Yerli həmkarlar ittifaqı təşkilatı qərarını verdikdən sonra yenidən şikayətlər daxil olmuş, daxili çəkişmələr çoxalmışdır. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, rəhbərliyinin işçini işə götürmək səlahiyyəti vardır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, işəgötürən tərəfindən yerli həmkarlar ittifaqı təşkilatına göndərdiyi təqdimatına təşkilatın sədrinin istəyi ilə qiymət verilir. Yerli həmkarlar ittifaqı təşkilatının üzvlərinin səs çoxluğu əsas deyildir. Yerli həmkarlar ittifaqı təşkilatı onun təqdimatını təmin etmədikdən sonra, ona qarşı çox ciddi təziqlər edilmişdir. Buna görə də təhlükəsizliyini təmin etmək məqsədilə polisə müraciət etmək məcburiyyətində qalmışdır. Rəhbərliyi ondan yuxarı həmkarlar komitəsinin qərarını icra etməyi tələb etmiş, o da həmin qərarı icra etməyə bilməzdi. Qurban Sadıqovu işdən çıxardıqdan sonra əmri idarələrinə vermiş, son haqq hesabı ödəmək də idarənin vəzifəsidir. Onun bu işdə günahı və cəriməni ödəməyə imkanı yoxdur. Hazırki məhkəmə iclasında da o, analoji izahat verərək əlavə olaraq göstərmişdir ki, Zövlə kənd orta məktəbinin müdiriyyəti ilə Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin Zövlə məktəbinin ilk həmkarlar ittifaqı arasında bağlanmış 2023-2025-ci illər üzrə “Kollektiv Müqavilə”nin 2.2.12-bəndinə əsasən yuxarı həmkarlar ittifaqı komitəsinin onların məktəbinin işçisinin işdən çıxarılması məsələsinə qiymət vermək səlahiyyəti vardır. Buna görə də o, həmin komitənin qərarını icra edib işçini işdən azad etmişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib və qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X6 şikayətlə razılaşmayıb göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə işdən azad edilmiş X1suz olaraq işdən azad edilməsindən şikayətlənərək göstərmişdir ki, yerli həmkarlar ittifaqı təşkilatının qərarına əsasən ona töhmət elan edilməsi qərara alınsa da, o, işdən azad edilmişdir. Məktəb direktorunun yerli həmkarlar ittifaqı təşkilatının qərarından şikayət vermək səlahiyyəti olub, o, həmin səlahiyyətindən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, şikayətçi işçinin işdən azad etməmişdən əvvəl prosessual qaydalara əməl etməmiş, işdən çıxarılanla yerli həmkarlar ittifaqı təşkilatının sədrinin qohumluq əlaqələri olsa da, işçinin əmək hüquqları pozulmuşdur. Yerli həmkarlar ittifaqı təşkilatının 9 üzvü işçinin lehinə müsbət rəy vermişlər. Hazırki məhkəmə iclasında da o, analoji izahat vermişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəməyə dəvət olunmuş Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin sədri X7 göstərmişdir ki, komitənin yerli həmkarlar ittifaqı təşkilatının qərarını ləğv etmək səlahiyyəti vardır. Lakin bu səlahiyyətin hansı norma ilə tənzimləndiyini bilmir. Komitənin Təhsil İdarəsinin müdirinin təqdimatına əsasən qərar çıxarmaq səlahiyyəti vardır. Bu vaxtadək çox belə təqdimatlara baxmışlar. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, sektor müdirinin hansı qanuna əsasən komitəyə təqdimat vermək hüququna malik olmasını bilmir. O təqdimat verib, onlar da həmin təqdimata baxaraq müvafiq qərar qəbul etmişlər. Rəhbərlik demişdir ki, həmin təqdimata baxmalıdırlar, onlar da baxmışlar. Çox yaxşı olardı ki, onlara təsir göstərən şəxslər məhkəməyə gələrək verilən sualları cavablandırardırlar. Məhkəmə şikayətçinin və inzibati protokolu tərtib etmiş şəxsin, eləcə də Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin sədrinin izahatlarını dinləyib, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X21nin Xidmətinin regional şöbəsinin müfəttişinin 12 may 2025-ci il tarixli, MN ******* nömrəli protokolundan görünür ki, Qurban Sadıqovun əmək müqaviləsinə xitam verilərkən X8 Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsi, 80-ci maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 4-cü hissəsi və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozulmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X8 Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinin və 80-ci maddəsinin 2-ci bəndinin tələblərini pozaraq Qurban Sadıqovun əmək münasibətlərinə xitam vermiş, bununla da İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta törətmiş və buna görə də 1500 manat məbləğində şərti olaraq cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 14 mart 2025-ci il Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbində 10 nəfərin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, 14 mart 2025-ci il tarixində, saat 09:45 də məktəbin X sinif şagirdi X15 məktəbdənxaric və sinifdənkənar işlər üzrə müavin X12 Sadıoqv ilə dalaşmışdır.Hadisəni eşidən müavin Qurban Sadiqov kəskin reaksiya verərək Zaynal Bağırzadəni dəhliz ilə gətirərək ikinci mərtəbədə ona əl qaldıraraq vuran anda direktor müavini Mətanət Ramazanova və xadimə Aygün Sadıxova sakitlik yaratmaq niyyəti ilə yaxınlaşmışdır. Bu an Qurban Sadıqov xadimə Aygün Sadıxovaya əl qaldıraraq vurmuşdur.Hadisədən sonra Qurban Sadıqovun qardaşı Yaşar Sadıqov ikinci mərtəbəyə qalxaraq Zeynal Bağrzadəni sinifdən çıxarmaq məqsədi ilə ingilis dili müəllimi Elnarə Əliyeva ilə mübahisə yaratmış və Elnarə Əliyeva dərsdə əylləşmiş şagirdi çölə aparamağa icazə verməmişdir. Hadisə ilə bağlı təcili yardıma və X22 Zövlə kəndi üzrə sahə rəisinə zang vurularaq məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş işə götürən X14 xx.xx.2025-ci il tarixdə məktəbdə baş vermiş hadisə yə münasibətini bildirmək üçün Məktəb Həmkarları təşkilat Komitəsinin sədri Yaşar Sadıqova ünvanladığı xx.xx.2025-ci il tarixli 165 nömrəli təqdimatdan görünür ki, 14 mart 2025-ci il tarixində, saat 09:45 də məktəbin X sinif şagirdi X15 məktəbdən xaric və sinifdənkənar işlər üzrə müavin X13 Sadıqov ilə dalaşmışdır. Hadisəni eşidən müavin Qurban Sadiqov kəskin reaksiya verərək Zeynal Bağırzadəni dəhliz ilə gətirərək ikinci mərtəbədə ona əl qaldıraraq vuran anda direktor müavini Mətanət Ramazanova və xadimə Aygün Sadıxova sakitlik yaratmaq niyyəti ilə yaxınlaşmışdır.Bu an Qurban Sadıqov xadimə Aygün Sadıxova ilə toqquşmuşdur. Hadisədən sonra Qurban Sadıqov ilə fərdi söhbət aparılaraq onun davranışının doğru olmadığını və müəllimlərin etik davranış qaydalarına zidd olduğu bildirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş müəllimləri etik davranış qaydalarına əsəsən müəllimin 14 mart tarixində yaratdığı vəziyyət Əmək Məcəlləsinin 186-cı maddəsi ilə tənzimlənir. Məcəlləyə əsasən, müəllim əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, müəssisədaxili intizam qaydalarını pozduqda ona törətdiyi xətadan asılı olaraq intizam tənbehlərindən, töhmət növlərindən birini verə bilər. Məcəllədə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətin aşağıdakı növləri qeyd edilib: Töhmət vermək, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İş materiallarına əlavə edilmiş M. Qarayev adına Zövlə kənd tam orta məktəbində keçirilmiş xx.xx.2025-ci il tarixli həmkarlar təşkilatının 12 nömrəli iclas protokolunun surətindən görünür ki, işə götürən X24 da olmaqla 28 nəfər həmkarlar təşkilatının üzvü iştirak etmiş, orada xx.xx.2025-ci il tarixdə məktəbdə baş vermiş hadisə müzakirə olunmuş, bütün üzvlər, o cümlədən də işə götürən X5 Sadıqov barəsində müsbət rəy bildirmiş, sonuncu Qurban Sadıqova ƏM-nin 186-cı maddəsinin 2-ci a) bəndinə əsasən xəbərdarlıq elan edilməsini təklif etmiş, həmkarlar təşkilatı onun nəzərinə çatdırmaqla Qurban Sadıqova axırıncı xədərdarlıq elan edilıməsi barədə qərar qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin xx.xx.2025-ci il tarixli iclasını 04 nömrəli protokoldan görünür ki, M.Qarayev adına Zövlə kənd tam orta məktəbin 03 aprel 2025-ci il tarixli çıxanlan qərarda qohumluq əlaqələrinin olmasını və təhrif edici qərarın verilməsini nəzərə alaraq ilk təşkilatm qərarı ləğv edilmiş, Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran Sektorunun müdiri səlahiyətlərini icra edən Tofiq Əsgərovun 16 aprel 2025-ci il 20 saylı təqdimatına əsasən M.Qarayev adına Zövlə kənd tam orta məktəbin məktəbdənxaric və sinifdənkənar işlər üzrə müavini X9 əmək məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına razılıq verilmişdir. İş materiallarına əlavə edilmiş Zövlə kənd orta məktəbinin direktorunun X21 Xidmətinin X2 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 14 mart 2025-ci il tarixində məktəbdə baş verən hadisəyə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən təhsilverənin əmək müqaviləsinə xitam verilməsinə münasibət üçün Məktəb Həmkarları təşkilat Komitəsinin sədri Yaşar Sadıqova göndərilən sorğuya 03 aprel 2025-ci il tarixində keçirtmiş iclasın qərarı “Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən təhsilverənin əmək müqaviləsinə xitam verilməsi barədə təqdimat rədd edilmiş və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 a bəndinə əsasən töhmət elan olunması qərara alınmışdır. Eyni zamanda LARTl-i tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən 17 aprel 2025-ci il tarixində daxil olmuş № 21 məktubuna əsasən 14 mart 2025-ci İİ tarixində məktəbdə baş verən hadisə üzrə X16 ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Zövlə kənd orta məktəbinin müdiriyyəti ilə Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin Zövlə məktəbinin ilk həmkarlar ittifaqı arasında bağlanmış 2023-2025-ci illər üzrə “Kollektiv Müqavilə”nin 2.2.12-bəndən görünür ki, işəgötürənin təşəbbüsü ilə təhsil müəssisələrində çalışan həmkarlar ittifaqı üzvlərinin hər hansı səbəbdən əmək müqaviləsinə xitam verilərkən müəssisənin həmkarlar ittifaqı komitəsinin qabaqcadan razılığım almaqla həyata keçirilməsini, müvafiq həmkarlar ittifaqı komitəsinin sədrinin yuxarı həmkarlar ittifaqı orqanının razılığı əsasında tutduğu vəzifədən azad edilməsini təmin etmək, Lənkəran-Astara Regional Təhsil İdarəsinin öhdəliyidir. Məhkəmə şikayətə qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmış Qurban Sadıqov həmkarlar ittifaqının üzvü olmuşdur. Belə olan halda Zövlə kənd orta məktəbinin direktoru haqlı olaraq Əmək Məcəlləsinin 80-ci maddəsinin 2ci hissəsinin tələblərinə riayət edərək onu işdən azad etməmişdən əvvəl yerli həmkarlar ittifaqı təşkilatına müraciət etmişdir. Həmin təşkilat Qurban Sadıqova axırıncı töhmət verilməsini qərara almışdır. Bundan sonra məktəbin direktoru Qurban Sadıqova axırıncı töhmət verilməsi ilə kifayətlənməli olduğu halda, Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq bilavasitə məktəbə aidiyyatı olmayan Azərbaycan Təhsil İşçiləri X17 Lənkəran şəhər komitəsinin qərarını icra edərək əsassız olaraq X33 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmişdir. Bununla da o, ƏməK Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuş, İXM-nin 192.6-cı madəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və haqlı olaraq inzibati qaydada şərti cərimə edilmişdir. Belə ki, İXM-nin 192.6-cı madəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən isə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məhkəmə şikayətçinin “Kollektiv Müqavilə”nin 2.2.12-bəndinə istinad edərək işçini haqlı olaraq işdən çıxarıldığına dair göstərdiyinə qiymət verərək qeyd edir ki, həmin bənddə işçinin deyil, həmkarlar ittifaqı komitəsinin sədrinin yuxarı həmkarlar ittifaqı orqanının razılığı əsasında tutduğu vəzifədən azad edilməsini təmin etmək Lənkəran-Astara Regional Təhsil İdarəsinin öhdəliylərinə aiddir. Məhkəmə şikayətçinin işəgötürən tərəfindən yerli həmkarlar ittifaqı təşkilatına göndərdiyi təqdimatına təşkilatın sədrinin istəyi ilə qiymət verildiyinə, yerli həmkarlar ittifaqı təşkilatının üzvlərinin səs çoxluğunun bunun üçün əsas olmadığına dair göstərdiyinə qiymət verərək qeyd edir ki, yerli həmkarlar ittifaqı təşkilatının qərarı səs çoxluğu ilə qəbul edilir və onun sədrinin sübyektiv istəyindən asıllı deyildir. Beləliklə məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan qəbul edilir. Məhkəmə hesab edi ki, 14 mart 2025-ci il Zövlə kənd M.Qarayev adına tam orta ümumtəhsil məktəbində baş vermiş hadisə ilə bağlı artıq hüquq-mühafizə orqanlarına məlumat verildiyindən, Qurban Sadıqovun əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərarın çıxarılmasına zərurət qalmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X14 şikayəti təmin edilməsin. Onun Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat miqdarında şərti olaraq cərimə edilməsinə dair ƏSMN yanında DƏMX-nin Lənkəran- Astara RŞ-i tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
X28