Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-468/2025 01.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Bəylər qızı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş Nümayəndə3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 253-1.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran rayon Gəgiran kəndində yerləşən Lənkəran rayonu Gəgiran bələdiyyəsinin sədri Şəxs barəsində “Yaşıllıqların uçotu və monitorinqi” haqqında məlumatların 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməməsinə görə, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinin məsələhətçi müfəttiş Nümayəndə3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.1.3-cü maddəsi ilə 16 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Bəylər qızı protokolun tərtibində yalnışlığa yol verildiyini bildirib ərizə verərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Nümayəndə3 protokolun tərtibində yalnışlığa yol verdiyini bildirib, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Lənkəran rayonu Gəgiran bələdiyyəsinin sədri Şəxs “Yaşıllıqların uçotu və monitorinqi” haqqında məlumatların 01 aprel 2025-ci il tarixədək 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməməsi barədə məktub olmuşdur. Lakin o, özü 02 aprel 2025-ci il tarixdə Gəgiran bələdiyyəsinin sədri təyin edilmişdir. Bu səbəbdən də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. Əməlində inzibati xəta tərkibi yoxdur. İcraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Lənkəran Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 15 may tarixli 217 nömrəli Qərarına əsasən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati əraziləri üzrə bələdiyyələrdən 20 fevral 2025-ci il tarixinədək yaşıllıqların hesabatı 29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərinə görə təqdim edilməmişdir. Bu səbəbdən hesabatı idarəyə təqdim etmək üçün bələdiyyələrə əlavə olaraq zaman verilmiş, belə ki, 01 aprel 2025-ci il tarixinədək yaşıllıqların uçot hesabatını təqdim etmələri tələb olunur. xx.xx.2025-ci il tarixli Şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinə ünvanlanmış izahatda göstərilmişdir ki, yaşıllıqların muhafizəsi haqqında qanunun və Nazirlər kabinetinin xx.xx.2018-ci il tarixli 215 № qərarına əsasən tərəfimizdən mülkiyyətimizdə olan yaşıllıqların monitorinq və uçot hesabatın idarəyə o səbəbdən təqdim olunmamışdır ki, bəlidiyyə sistemində ilk seçkim olduğuna mövcud qanundan xəbəri olmamış, əgər qısa müddət vaxt verilsə, yaşıllıqların uçot hesabatını sizin idarəyə şəxsən özü təqdim edəcəkdir. 16 may 2025-ci il tarixli, 92556 nömrəli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixli 0193 nömrəli sərəncam əsasında Lənkəran rayonu Gəgiran Bələdiyyəsi tərəfindən mülkiyyətindəki olan torpaq sahələrindəki yaşıllıqların uçot və monitorinq hesabatını hazırlayıb 1 saylı AR ETSN idarəsinə təqdim olunub-olunmaması Gəgiran Bələdiyyəsinin sədri Şəxs iştirakı ilə araşdırılma aparılmış, araşdırma müddətində sözügedən bələdiyyənin sədri Şəxs məsələ ilə bağlı idarəyə dəvət olunmuş, xx.xx.2025-ci il tarixli 18 nömrəli arayış təqdim edərək bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindəki yaşıllıqların uçot və monitorinqini hesabatını məlumatsız olduğundan hazırlamadığını bildirmiş, araşdırma müddətində Gəgiran Bələdiyyəsinin sədrinə uçot və monitorinq hesabatının hazırlanıb təqdim olunmamasının qanun pozuntusu olduğu bildirilmiş, ona görə də, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclası zamanı Şəxs tərəfindən təqdim olunmuş Lənkəran rayonu Gəgiran bələdiyyəsinin 2№-li 02 aprel 2025-ci il tarixli protokolundan müəyyən olunur ki, Ağayev X1 rayonu, Gəgiran Bələdiyyəsinin sədri vəzifəsinə seçilməsi qərara alınmışdır. Məhkəmə iclası zamanı Şəxs tərəfindən Gəgiran Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yerləşən yaşıllıqların uçot vərəqəsinin surətini, istifadədə və mülkiyyətdə olan torpaq sahələrində yaşıllıqların mühafizəsi, istifadəsi və bərpası ilə bağlı tədbirlər planı və onun əlavəsinin surətini təqdim olunmuşdur. Lənkəran şəhər İcra Hakimiyyətinin 23 may 2025-ci il tarixli AR 1saylı regional ETSN-nin idarəsinə ünvanlanmış məktubda yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin icrası vəziyyətinin monitorinqi ilə əlaqədar Lənkəran rayonu ərazisində fəaliyyət göstərən və məlumatları təqdim etməyən bələdiyyələrin hesabatının 1 saylı Regional ETSN-nin idarəsi tərəfindən qəbul edilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Bəylər qızının təqdim etdiyi məktublardan görünür ki, Lənkəran rayonu ərazisində yerləşən Boladı, Rvo, Gərmətük, Şiləvar, Vilvan, Səpnəkəran, Nərimanabad, Şağlaser, Haftoni, Göyşaban, Mamusta və Xolmili-Şıxakəran Bələdiyyələrinin müvafiq sənədləri 01 aprel 2025-ci il tarixədək 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respulikası İXM-in 253-1.1-ci maddəsinə əsasən yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Şəxs əməlində inzibati xəta tərkibi olmadığını bildirib icraata xitam verilməsini xahiş etmişdir. İXM-in 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən tərtib olunmuş 16 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-468/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-468/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver