Məhkəmə qərarları › İş №3(049)-469/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-469/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-469/2025 22.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, Protokol tərtib edən orqanın nümayəndəsi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında 12 may 2025-ci il tarixli, EP ******* nömrəli inibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Astara Gömrük İdarəsi Gömrük Postundan daxil olmuş 3-33-1300/019/000866 nömrəli raportun icrası ilə əlaqədar tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki,15 fevral 2-25-ci il tarixdə Biləsuvar keçid məntəqəsi idxal gömrük xəttinə daxil olmuş, Çin Xalq Respublikasında yerləşən “Xiang ou Trade Limited” Azərbaycan Respublikası Lənkəran şəhər sakini fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) ünvanına “XYHWV1210”nömrəli və xx.xx.2024-cü il tarixli invoysla İran İslam Respublikası vətəndaşı Mohammad Shafaeinin idarə etdiyi “93AL484/98AB302” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilmiş “**********9464”sorğu nömrəli gömrük bəyannaməsi 23-cü mal mövqeyində bəyan olunmuş “polietilen torbalar”yükü sərbəst dövrüyyəyə buraxılmış –idxal gömrük prosseduru altında rəsmiləşdirildikdən sonra, yükü müşaiyət edən sənədlərdə “polietilen torbalar”yükün ölçüsü barədə göstərilən məlumatlar şubhə doğurduğuna görə əməkdaşları tərəfindən saxlanılmış və həmin yük gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı “**********9464” sorğu nömrəli gömrük bəyannaməsindən göstərilənlərlə qo.quda olan polietilen torbalar yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlər qo.quda olan faktiki yüklər arasında uyğunsuzluq olması şübhəsi yatranmışdır.Belə kiŞgömrük bəyannəməsində ümumi çəkisi 63 kq olan “polietilen torbalar” yükünün qalınlığının 15 mikrondan aşağı olması şübhəsi yatandığından saxlanılmışdır.Daha sonra ümumi çəkisi 63 kq olan polietilen torbalar”yükünun ölçüsünü müəyyənləşdirmək məqsədi ilə həmin yükdən seçmə üsul ilə nümunələr götürülmuş və ekspertiza tədqiqatından keçməsi üçün sözügüdən İdarəsinə göndərilmişdir.Azərbaycan respublikası X4 Gömrük Espertiza İdarəsinin astara Gömrük İdarəsinə daxil olmuş “GM**********13” saylı ekspert rəyinə əsasən ümumi çəkisi 63 kq olan polietilen torbalar” yekendən ümumi çəkisi 29 kq polietilen torbalar” yükünün qalınlıqları 16.9 və 16.6 mikron olduğu 34 kq olan polietilen torbalar”yükünün “ekspert rəyində 1-ci sırada sinifləşdirilmiş) qalınlığı isə 13 mikron olduğu müəyyən edilmişdir. Fakt üzrə toplannmış materiallara əsasən “ətraf mühitin müfafizəsi haqqında”Azərbaycan respublikasının Qanunun 46-cı maddəsinin (Qalınlığı 15 mikrona qədər olan “polietilen torbalar” habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı, çubuq çəngəl, qaşıq, bıçaq, boşqab və stəkənlar sahibkarlar tərəfindən idxal, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmıası və ya verilməsi qadağandır) tələbləri pozulduğundan tərəfindən Azərbaycan Respublikasının vətəndaşı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsinə əsasən yəni-inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməklə qalınlığı 15 mikrona qədər olan poletilen torbaların sahibkarlar tərəfindən idxal faktı inzibati araşdırma başlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, eyni əməl Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(049)-207/2025-nömrəli qərar əsasında şəxsə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmənin yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs poçt vasitəsi ilə məhkəmə bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, bu barədə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə baxılması ilə əlaqədar barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi məlumatlandırılmış hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X3 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantıdır. İş üzrə təqdim edilmiş sübutları təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməklə, tərtib edilmiş protokolu müdafiıə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə İXM-nin 275.5-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli raportda göstərilmişdir ki, 15 fevral 2025-ci il tarixdə Biləsuvar Keçid məntəqəsi idxal gömrük xəttinə daxil olmuş, Çin Xalq Respublikasında yerləşən “ Xiang ou Trade Limited ” şirkətindən Azərbaycan Respublikası Lənkəran şəhər sakini fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN: **********) ünvanına “XYHWV1210” nömrəli və xx.xx.2024-cü il tarixli invoysla İran İslam Respublikası vətəndaşı Mohammad Shafaeinin idarə etdiyi “93AL484/98AB302” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilmiş, “**********9464” sorğu nömrəli gömrük bəyannaməsinin 23-cü mal mövqeyində bəyan olunmuş “polietilen torbalar” yükü sərbəst dövriyyəyə buraxılış - idxal gömrük prosseduru altında rəsmiləşdirildikdən sonra, yükü müşaiyət edən sənədlərdə “polietilen torbalar” yükün ölçüsü barədə göstərilən məlumatlar şübhə doğurduğuna görə əməkdaş tərəfindən saxlanılmış və həmin yükə gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı “**********9464” sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə qoşquda olan “polietilen torbalar” yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yüklər arasında uyğunsuzluq olması şübhəsi yaranmışdır. Belə ki, gömrük bəyannaməsində ümumi çəkisi 63 (altmış üç) kq olan “polietilen torbalar" yükünün qalınlığının 15 mikrondan aşağı olması şübhəsi yarandığından saxlanılmışdır. Daha sonra ümumi çəkisi 63 (altmış üç) kq olan “polietilen torbalar" yükünün ölçüsünü müəyyənləşdirmək məqsədilə həmin yükdən seçmə üsul ilə nümunələr götürülmüş və ekspertiza tədqiqatından keçməsi üçün sözügedən nümunələr Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsindən Astara Gömrük İdarəsinə daxil olmuş “GM**********13” saylı ekspert rəyinə əsasən ümumi çəkisi 63 (altmış üç) kq olan “polietilen torbalar” yükündən ümumi çəkisi 29 (iyirmi doqquz ) kq “polietilen torbalar" yükünün qalınlıqları 16.9 və 16.6 mikron olduğu 34 ( otuz dörd ) kq olan “polietilen torbalar” yükünün (ekspert rəyində 1-ci sırada sinifləşdirilmiş) qalınlığı isə 13 mikron olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilməklə araşdırılmış 12. 05.2025-ci il tarixli icraatın başa çatdırılması haqqında raportda göstərilmişdir ki, Azərbaycan Respublikasınn İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış (VÖEN: **********)barəsində 00400-00094/25 saylı inzibati xəta haqqında iş üzrə icraatı xx.xx.2025-ci ildə başa çatdırmışdır. İşin icraatı zamanı Şəxs təərfindən Azərbaycan Respublikasınn İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsində göstrilən hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. Məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli malların və ya nəqliyyat bvasitəsinin yoxlanılması barədə protokolda göstəriilmişdir ki, yoxlama zamanı "XYHWV1210” nömrəli və 10.12 2024-cü il tarixli ınvoysla İran İslam Respublikası vətəndaşı Mohammad Shafaeinin idarə etdiyi “9ЗАL484/98AB302” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilmiş **********9464 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş “polietilen torbalar" yükündə torbalaların qalınlığı şübhə doğurduğu üçün həmin torbalardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsinə göndərilməsi üçün nümunələr götürülmüşdür. Yoxlama başa çatdıqdan sonra XYHVVV1210" nömrəli və 10 12 2024-cu ıl tarixli invoysla İran İslam Respublika s. vətəndaşı Mohammad Shafaeinin idarə etdiyi “93AL484/98AB302" dövlət qeydiyyat nişanlı yuk nəqliyyat vasitəsi ilə göndərilmiş. “**********9464" sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş 63 (altmış uç) kq olan "polietilen torbalar" yükü araşdırma aparılıb müvafiq qərar verilənə qədər sahibkara məxsus anbarda gömrük təminatı altına alınaraq gömrük nəzarəti altına saxlanıldı. Məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertiza İdarəsindən Astara Gömrük İdarəsinə daxil olmuş “GM**********13” saylı ekspert rəyinə əsasən ümumi çəkisi 63 (altmış üç) kq olan “polietilen torbalar” yükündən ümumi çəkisi 29 (iyirmi doqquz ) kq “polietilen torbalar" yükünün qalınlıqları 16.9 və 16.6 mikron olduğu 34 ( otuz dörd ) kq olan “polietilen torbalar” yükünün (ekspert rəyində 1-ci sırada sinifləşdirilmiş) qalınlığı isə 13 mikron olduğu müəyyən edilmişdir. İXM-nin 275.4-cü maddəsində isə göstərilir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İXM-nin 275.5-ci maddəsində müəyyən edilmişdir ki, Bu Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Hazırkı işin hallarından görünür ki, Şəxs barəsində İXM-nin 275.5-ci maddəsi ilə inzibati araşdırma başlanmışdır ona görə ki, Şəxs bu Məcəllənin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049)-207/2025 nömrəli qərardan görünür ki, Şəxs İXM-ninin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 129 kq polietilan torbalaar müsadirə edilməklə 1000 manat məbləğində cərimə edilmişdir. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 275.5-ci maddəsində göstərilən halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu hal müvafiq raportlar, eskpertiza rəyi və digər sənədlərlə tam sübuta yetirilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 275.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Eyni zamanda məhkəmə, götürülmüş 63 (altmış üç) kq olan "polietilen torbalar"ın da İXM-nin 275.5-ci maddəsində göstərildiyi kimi inzibati xətanın bilavasitə obyekti olduğu üçün an həmin plastik materialların müsadirə edilməsini də əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan 63 (altmış üç) kq olan "polietilen torbalar" müsadirə edilməklə 2000 (iki min) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar