Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-47/2023 25.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin Telman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-ci il tarixdə Lənkəran rayonu, Port İliç qəsəbəsində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, Lənkəran rayonunun, Liman şəhəri H.Aslanov küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, 28 noyabr 2022-ci il tarixdə, saat 08:00 radələrində Lənkəran rayonu, Qızılağac Milli Parkının kiçik körfəz ərazisində qanunsuz ov etdiyinə görə barəsində Qızılağac Milli Parkının sahə müfəttişi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 272.3-cü maddəsi ilə 28 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki,Qızılağac Milli parkının ərazisinə quş vurmaq üçün getmiş və bir ədəd qaşqaldağ ovlamışdır ov etmək üçün heç bir sənədi olmamış lakin ailəsini dolandırmaq üçün məcburiyyətdən belə əmələ əl atmışdır ov etdikdən bir necə dəqiqə sonra Qızılağac parkının əməkdaşları ov etmək üçün ovçuluq biletinin olub olmamasıyla maraqlanmışlar onlara ovçuluq biletinin olmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır bir daha bü cur hallara yol verməyəcikdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokol tərtib etmiş orqana məlumat verilməsinə baxmayaq, nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, 28 noyabr 2022-ci il tarixli aktdan görünür ki, baxış zamanı Şəxs üzərindən 12 kalibrli İj 43 markalı 47 578 nömrəli ov silahı və TOZ markalı 16 kalibrli qundağ X- 12487-65, lülə 126 447 (1953) bala qundağ 126447-53, bir ədəd qaşqaldağ quşu, bir ədəd gecə farası 18 ədəd 12 və 16 kalibrli patronlar götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin 1829 nömrəli şəhadətnaməsindən görünür ki, 12 kalibrli İj 43 markalı 47 578 nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün X2 26 dekabr 2012-ci il tarixdə verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə obyekti olmuş TOZ markalı 16 kalibrli qundağ X-12487- 65, lülə 126 447 (1953) bala qundağ 126447-53 nömrəli ov silhahı müsadirə edilməklə ov hüququ məhdutlaşdırılmalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin 1829 nömrəli şəhadətnaməsinə əsasən hesab edir ki, 12 kalibrli İj 43 markalı 47 578 nömrəli ov silahı saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün X2 qanuna əsasən məxsus olduğundan həmin silah qanuni sahibi kimi X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş TOZ markalı 16 kalibrli qundağ X- 12487-65, lülə 126 447 (1953) bala qundağ 126447-53 nömrəli ov silhahı müsadirə edilməklə barəsində 6 ay ov hüququ məhdutlaşdırılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin 1829 nömrəli şəhadətnaməsi ilə saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün X2 məxsus 12 kalibrli İj 43 markalı 47578 nömrəli ov silahı qanuni sahibi X2 qaytarılsın. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-47/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-47/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver