Məhkəmə qərarları › İş №3(049)-471/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-471/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-471/2025 29.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən xx.xx.2025ci il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3364/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat aliment tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs halhazıradək həmin icra sənədinə əsasən ödənişləri etməkdən boyun qaçırmışdır. Onun hazırda tələbkara 19.380 manat aliment borcu qalmışdır. Həmin hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək, protokoluin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-3364/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, hazıradək tələbkara heç bir aliment ödənişi etməmişdir. Hazırda onun həmin icra sənədinə əsasən, tələbkara 19380 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar borclunun qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş və dəfələrlə onunla telefonla əlaqə saxlanılaraq şöbəyə dəvət edilməsinə baxmayaraq borclu şöbəyə gəlməkdən imtina etmişdir. Borcluya xx.xx.2020-ci il tarixdə qeydiyyatda olduğu ünvan üzrə “tələbi könüllü icrası haqqında” bildiriş göndərilsə də həmin poçt göndərişi ona çatdırılmadan geri qaytarılmışdır. Bundan sonra borcluya tələbin icrası ilə bağlı SMS bildirişlər göndərilmiş və telefon zəngi ilə şöbəyə çağırılmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3364/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə tələbinə əsasən ondan cəmi 340 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. İcra sənədi ona icra məmuru tərəfindən xx.xx.2025-ci il tarxdə təqdim edilmişdir. Həmin vaxta qədər icra sənədi ona təqdim edilməmişdir və heç bir icra məmuru tərəfindən ondan alimentin ödənilməsi təlləb edilməmişdir. Belə ki, 2 ay bundan əvvələ qədər tələbkarla birgə nikahdan doğulmuş uşaqları onun himayəsində yaşayıblar. Anaları uşaqlarıyla ildə 1-2 dəfə görüşübdür. Uşaqların bütün ehtiyaclarını özü ödəyib. Hazırda da məhkəməyə aliment borcunun silinməsi ilə əlaqadar iddia qaydasında müraciət edəcəkdir. İş mediasiya mərhələsindədir. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra da borcluya 1.000 manat aliment ödənişi etmişdir ki, uşaqlara 2 aydır o, qulluq göstərir. Lakin ondan əvvəlki dövrə dair onun borcluya aliment öhdəliyi qalmamışdır. Belə ki, uşaqlar həmin dövrdə onun himayəsində olduqlarından və onların bütün ehtiyaclarını özü ödədiyindən tələbkar ondan heç bir aliment tələb etməmişdir. Eyni zamanda heç bir icra məmurunun da çağırışından boyun qaçırmamışdır. Ona xx.xx.2025-ci il tarixədək Lənkəran rayon İcra və Probasiya Şöbəsi tərəfindən heç bir rəsmi çağırış, bildiriş, qərar və sair sənəd təqdim edilməmişdir. Bu səbəbdən də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İşin icraatı ilə əlaqədar Abşeron Rayon Məhkəməsinin 2(012)-3364/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra işi öyrənilmişdir. Təqdimata Abşeron Rayon Məhkəməsinin 2(012)-3364/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icra sənədinə dair Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş əlavə edilsə də həmin sənədlərin borclu Şəxs rəsmi təqdim edilməsinə dair hər-hansı sübut (poçt qəbzi, poçt xəbərnaməsi, qəbz və s.) əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş poçt zərfindən və üzərindəki qeyd ən görünür ki, borcluya ünvan 1i ünvanı üzrə “tələbin könüllü icrası haqqında” xx.xx.2020-ci il tarixli bildiriş poçt rabitəsi vasitəsilə göndərilsə də “bu ünvanda yaşamır” qeydi ilə həmin zərf şöbəyə geri qaytarılmışdır. Həmçinin məhkəmə iclasında icra məmuru Abbaszadə Çinartərəfindən izahatında icra sənədinin icrası ilə əlaqədar borclunun telefon zəngi və SMS bildirişlə şöbəyə dəvət edilməsilə əlaqədar bildirdiklərinə baxmayaraq, iş maeriallarına həmin telefon zənglərinə dair əlaqədar hər-hansı akt, çıxarış və s. sübut əlavə edilməmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş borcluya xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir və iş materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə borclu tərəfindən tələbkara 1.000 (min) manat aliment ödənişi edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin məzmununa əsasən, “İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.” Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Abbaszadə Çinar tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs AR İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və onun məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırması halı sübut edilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar