Məhkəmə qərarları › İş №3(049)-472/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-472/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-472/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMnin) 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraat materiallarına 07 mart 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 01 fevral 2023-ci il tarixdə saat 21:57 radələrində «VAZ 21074» markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran şəhərində sərxoş vəziyyətində idarə etdiyinə görə onun barəsində İXM-nin 333.1 və 329.1-ci maddələri ilə İXP ******* №-li xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək tibbi müayinə aktı ilə razılaşmadığını bildirdi. Əlavə olaraq bildirdi ki, tibbi müayinədən dərhal deyil, 2 gün sonra Maştağa qəsəbəsinə gedib orada sidiyindən analiz vermiş və sidiyində narkotik vasitənin izləri aşkar edilməmişdir. Qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barəsində tərəflər məlumatlandırılsalar da, inzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran ŞRPŞ-nin DYPB-nin səlahiyyətli nümayəndəsi və inzibati xətanı törətməkldə təqsdirləndirlən şəxs məhkəmə iclasına gəlməmişləр. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onların иштиракы олмадан baxılmasını mümkün hesab eтмишдир. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli 000306 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs Alamurat oğlunda pozitiv opium aşkar edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı il ərzində təkrar törətməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:57 radələrində VAZ 21074» markalı **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini opium sərxoşluğu halında idarə etmişdir. Məhkəmə, onun 2 gündən sonra Maştağa qəsəbəsində aldığı 543 saylı akta qiymət verərək qeyd edir ki, təqsirləndirlən şəxs 01 fevral 2023-cü il tarixli 000306 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından narazı qalldığı halda ondan dərhal şikayət verməmiş, bundan 2 gün keçdikdən sonra Maştağaya gedərək orada başqa bir akt almışdır. Məhkəmə qeyd olunan aktın nəticələrini şübhə altına alır. Belə ki, həmin akt 2 gündən sonra verilmiş analizin nəticələrinə əsaslanmışdır. Buna görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 31.2-ci maddəssnə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində müəyyən müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar