Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-474/2025 17.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X3, Şikayət verən şəxs: X11, Şikayət verilən orqanın nümayəndəsi Lənkəran Şəhər Rayon X16 X18 yol patrul xidməti inspektoru, polis baş leytanantı X9 iştirakı ilə, X2 Şəhər Rayon X16 X18 yol patrul xidməti inspektoru, polis baş leytanantı X9 TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X12 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Lənkəran Şəhər Rayon X16 X18 yol patrul xidməti inspektoru, polis baş leytanantı X9 TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran Şəhər Rayon X16 X18 yol patrul xidməti inspektoru, polis baş leytanantı X15 tərəfindən tərtib edilmiş İXP ******* №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş eyni tarixli TP ******* №-li qərarına əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. (İnzibati xəta haqqında qərar SMS vasitəsilə xx.xx.2025-ci il tarixdə SMS mətn şəklində istifadə etdiyi mobil telefona göndərilmişdir. İnzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il tarixdə kağız daşıyıcıda təqdim edilmişdir.) Tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız və qanunsuzdur, həmin qərar aşağıda qeyd edilənlərə əsasən ləğv edilərək, barəmdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatına başlanmasına səbəb guya onun sərnişin daşıma qaydalarını pozmaqla avtomobil idarə etməyib olmuşdur.O, avtomobil fiziki olaraq idarə etdiyi zaman heç vaxt sərnişin daşa qaydalarını pozmamış. Ona təqdim edilmiş inzbati xəta haqqında protokolda yalnız onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyim qeyd edilmiş, lakin bunun hansı vasitələrlə aşkar edildiyi, protokolun tərtib edilməsinə və həmin protokol əsasında qərarın qəbul edilməsinə əsas olan sübutlar ona təqdim edilməməklə yanaşı, bu sübutların adları belə protokolda qeyd edilməmişdir. Protokol tərtib edilən tarixdə ümumiyyətlə avtomobil idarə edərkən heç bir yol patrul xidməti əməkdaşı saxlamamış, bununla bağlı onun barəsində heç bir hər tədbir görülməmişdir. Belə olan halda yol patrul xidməti əməkdaşının xüsusi texniki vasitənin köməyi ilə onun əməlimdə inzibati xəta hadisəsinin aşkar olunduğuna görə protokol tərtib etməsi qənaətinə gəlmək olar ki, tərtib olunan protokolda bununla bağlı bir kəlmə belə qeyd olunmamışdır. Qərar qəbul edilərkən izahatı alınmamış, etirazının, sübutlarının olub-olmaması barədə fikrim dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs Rzayeva (Süleyman) Gülnar Tofiq qızı ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, uşaqlar təkid etdiyi üçün avtomobilin yük yerinə mindirmiş, avtomobilin içində şəkil çəkdirdikən (foto məhkəməyə təqdim edilmişdir) sonra uşaqlar avtomobilin yük yerindən arxa oturacağa keçmiş və ondan sonra o avtomobili hərəkət etdirmişdir. İş üzrə şahid onun keçmiş əridir və hazırda da mübahisələri vardır. Buna görə onun ifadələri mötəbər hesab oluna bilməz. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Lənkəran Şəhər Rayon X16 X18 yol patrul xidməti inspektoru, polis baş leytanantı X15 bildirdi ki, inzibati xəta haqqında məlumat internet resurslarından əldə edilmişdir. Bundan sonra inzibati xəta hadisəsi törətmiş şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. İş üzrə sübutları müvafiq internet resursdan əldə edilmiş videogörüntü, şahid ifadəsi, habelə özünün əldə etdiyi videogörüntüdür. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Rzayeva (Süleyman) Gülnar Tofiq qızı onun keçmiş arvadıdır və hazırda onun şikayətinə əsasəb Gülnar Rzayeva barəsində cinayət işi üzrə istintaq gedir. O, uşaqlara Gülnar Rzayeva tərəfindən normal baxılmasını tələb etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 15.18-də Lənkəran şəhərində yerləşən Günel ticarət mərkəzinin qarşısında keçmiş arvadının uşaqlarını idarə etdiyi Kia Sportage minik markalı ** AA *** qeydiyyat avtomobilin yük yerinə mindirdiyini görüb dərhal bunu mobil telefonu ilə videoqeydə almış və internet xəbər portalına vermişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Gülnar Rzayeva uşaqları avtomobilin yek yerinə mindirdikdən dərhal sonra oradan yolun əks istiqaməti ilə hərəkət edərək getmişdir. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 19 may 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X5 idarə etdiyi xx.xx.2025-ci il tarixdə saat 15:18-də KİA SPORTAGE minik markalı ** AA *** qeydiyyat nəqliyyat vasitəsi olan avtomobillə İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 19 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş videogörüntülərdən görünür ki, X4 Sportage minik markalı ** AA *** qeydiyyat avtomobilin yük yerinə iki nəfər uşağı mindirir və bundan sonra həmin avtomobili idarə edərək oradan uzaqlaşır. İXM-nin 327.2-ci maddəsinin tələbinə görə də, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X20” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iş üzrə məhkəməyə təqdim edilmiş videogörüntüləri iş üzrə mötəbər sübut kimi qəbul edərək işin həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən olunur ki, X11 idarə etdiyi KİA SPORTAGE minik markalı ** AA *** qeydiyyat nəqliyyat vasitəsi olan avtomobillə sərnişin daşıma qaydalarını pozmuşdur. Bu hal İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnzibati xəta haqqında protokola əsasən inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə saat 15:18-də baş vermişdir. X11 qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş – 100 manat həddində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X11 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti təmin edilməsin. Lənkəran Şəhər Rayon X16 X18 yol patrul xidməti inspektoru, polis baş leytanantı X9 TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-474/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-474/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver