Məhkəmə qərarları › İş №3(049)-476/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-476/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-476/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci Tağım YPX inspektoru, polis baş serjantı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2001-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci Tağım YPX inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:16 radələrində Ələt-Astara yolunun 172 km yolunda VAZ 21074 markalı 10 NC-117 nömrəli avtomobilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Barəsində AR İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci Tağım YPX inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında tərtib edilmiş edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs avtoxuliqanlıq hərəkəti etdiyi məhkəməyə sübut kimi təqdim etdiyi CD diskdə olan videoçəkilişlə də təsdiqlənir. Şəxs barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə və sürücülük vəsiqəsi olmadan atası X3 məxsus olan VAZ 21074 markalı 10 NC-117 nömrəli avtomobili idarə etməklə, Ələt-Astara yolunun 172 km yolunda Ələt-Astara istiqamətində yaxın dostunun toy karvanına qoşulub və təxminən onun aftomobilindən əlavə 3 avtomobillə həmin karvana yürüşə qoşulub ziqzaq hərəkətləri edib qabağ tərəfləri sağ və sol istiqamətində qaldırıb yürüşü davam etdirmişdir. Avtoxuliqanlıq etiyi üçün nəqliyyat axınına və sərnişinlərin həyatı üçün təhlükə yaratdığı üçün əməlindən peşmandır. Ona görə də ona barəsində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materillarına əlavə edilmiş SD diskdə olan video çəkilişə məhkəmə iclasında baxış keçirilərək tədqiq edilən zaman müəyyən edildi ki, VAZ 21074 markalı 10 NC-117 nömrəli avtomobil avtomagistralda avtomaşın karvanında idarəetmədədir. Həmin avtomaşının sürücüsü avtomaşını qəflətən sürətləndirməklə, sağa, sola hərəkət etdirir, avtomaşının qabaq təkərləri həmin hərəkət nəticəsində asfalt səthindən ayrılır və asfalt üzərində izlər yaranır. X8 məhkəmə iclasındakı izahatında video çəkilişdə olan VAZ 21074 markalı 10 NC- 117 nömrəli avtomobilin onun tərəfindən idarə edildiyini bildirdi. İş materiallarına əlavə edilmiş çıxarışlardan müəyyən edilir ki, VAZ 21074 markalı 10 NC-117 nömrəli avtomobilin sahibi X4r, həmin avtomobili idarə etməklə əlaqədar X5 adına etibarnamə verilməmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan çıxarışdan müəyyən edilir ki, X1 vəsiqəsi mövcud deyildir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib edən şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Həmçinin qanunvericiliyin tələbinə əsasən, şəxsin əməlində inzibati xətanın olmasını sübutetmə yükü inzibati xəta haqqında protokolu tərtib edən şəxsin üzərinə düşür. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 03 iyun 2025-ci il saat 11:40-dan hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X6 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası aidiyyəti üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə və AR DİN BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar