Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-477/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yol Patrul Xidməti Alayının Xİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, xx.xx.2007-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yol Patrul Xidməti Alayının Xİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edimiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin Yol Patrul Xidməti Alayının Xİ tağım yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, sosial şəbəkədə Şəxs və digər şəxslərin xx.xx.2025-ci il tarixdə Ələt- Astara yolunun 172-ci kilometrliyində toy karvanı zamanı yolda avtoxuliqanlıq hərəkətlər etməsi müəyyən edilmiş və buna görə onlar izahat alınması üçün dəvət olunmuşdur. Araşdırma zamanı Şəxs sürücülük vəsiqəsi olmadan atası X6 məxsus olan VAZ 2102 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Ələt- Astara yolunun 172-ci kilometrliyində toy karvanı zamanı, yolda avtomobili ilə ziq-zaqvari hərəkətlər etməklə, habelə avtomobilin təkərlərini yerdən üzməklə avtoxuliqanlıq etdiyi müəyyən edilmişdir. Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Şəxs inzibati qaydada tutulmamışdır. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə dostunun toyu olmuşdur. Həmin tarixdə atası X6 məxsus olan VAZ 2102 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürmüşdür. Ələt-Astara yolunda digər avtomobillərin ziqzaqvari hərəkət etdirdiklərini görüb o, da həmin hərəkətləri etmişdir. Əməlindən çox peşmandır. Bu yaxınlarda hərbi xidmətə gedəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 bildirdi ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilir, əməlindən peşmandır, bu yaxınlarda hərbi xidmətə gedəcəkdir. Yaşını və hərbi xidmətə getməsini nəzərə alaraq Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16.09-da VAZ 2102 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 511.1.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında lan videogörüntüdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16.09-da VAZ 2102 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ziqzaqvari hərəkətlər etməklə, habelə avtomobilin təkərlərini yerdən üzməklə avtomobil idarə etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünü ki, Şəxs sürücülük vəsiqəsi yoxdur. İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsi, yaşı və etdiyi əməldən peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və həmin maddənin sanksiyasında yalnız cərimə və inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyəti yüngülləşdirən halları, eləcədə ağırlaşdıran halların olmamasını, xüsusilə yaşını, yəni yeni on səkkiz yaşı olmasını, hərbi çağırışçı olmaqla həqiqi hərbi xidmətə gedəcəyini və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququnu 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-477/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-477/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver