Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-478/2024 04.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən 08 may 2024-cü il tarixdə X2 barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, 08 may 2024-cü il tarixdə saat 14:25-də Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən ““Qızıltac” qızılın alışı, təmiri, satışı” adlanan obyektin reklam yayıcısı X5 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir və bunun nəticəsində X5 tərəfindən AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iş materiallarında olan protokola əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 000172 nömrəli 25 aprel 2024-cü il tarixli “yazılı göstəriş” heç vaxt ona təqdim edilməmişdir. Belə ki, həmin sənəd ona poçt vasitəsilə çatdırılmamışdır və o, həmin yazılı göstərişi alması ilə əlaqədar heç bir qəbz və ya digər sənədi imzalamamışdır. Belə ki, iş materiallarından görünür ki, inzibati orqan tərəfindən həmin yazılı göstəriş ona “Lənkəran şəhəri, Koroğlu küçəsi” ünvanı üzrə göndərilmişdir. Lakin onun qeydiyyatı Bakı şəhərindədir. O, heç vaxt Lənkəran şəhəri, Koroğlu küçəsində qeydiyyatda olmamış, yaşamamış, həmin ünvanda qeydiyyatda olmamışdır. Həmçinin inzibati xəta haqqında protokolda qeyd edilən ““Qızıltac” qızılın alışı, təmiri, satışı” adlanan obyekt ünvan 3 ünvanında yerləşir və həmin qeyri yaşayış sahəsi olan daşınmaz əmlak onun mülkiyyətindədir. Hazırki məhkəmə işi ilə əlaqadar ona məhkəmə bildirişi gedəndən sonra iş barədə məlumatlı olmuş, qeyd edilən reklam lövhəsinin rəsmiləşdirilməsi ilə əlaqədar tədbir görməyə başlamışdır və bununla əlaqadar X7 İdarəsinə ərizə ilə müraciət etmişdir. 25 aprel 2024-cü il tarixli 000172 nömrəli göstəriş barədə heç bir məlumatı olmamışdır və bu səbəbdən də hazırki iş üzrə məsuliyyət daşımır. Barəsində tərtib edilmiş hazırki inzibati xəta işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, X7 İdarəsi tərəfindən tərtib edilmiş 25 aprel 2024-cü il tarixli 000172 nömrəli bildiriş rəsmi olaraq poçt vasitəsilə X3 çatdırılmışdır. X2 AR İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 000172 nömrəli Aktdan görünür ki, Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən ““Qızıltac” qızılın alışı, təmiri, satışı” adlanan obyektdə reklam yerləşdirmək üçün müvafiq icazə alınmadan reklam daşıyıcısının yayımlanması halı aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 000172 nömrəli Göstərişdən görünür ki, Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən ““Qızıltac” qızılın alışı, təmiri, satışı” adlanan obyektdə olan reklamın yayımının dərhal dayandırılması tələb edilmişdir. Göstəriş Lənkəran şəhəri, Koroğlu küçəsi ünvanı üzrə X3 ünvanlanmışdır. X7 İdarəsi tərəfindən göndərilən göndərişin xx.xx.2024-cü il tarixdə saat 10:37-də X3 çatdırılması barədə iş materiallarına teleqram əlavə edilmişdir. Lakin məhkəmə iclasında X5 tərəfindən X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 000172 nömrəli Göstərişin ona çatdırılmadığı, bu barədə məlumatı olmadığı, Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən hər-hansı ünvanda qeydiyyatda olmadığını, yaşamadığını və inzibati xəta haqqında protokolda qeyd edilən obyektin də həmin ünvanda yerləşmədiyini bildirilmişdir. Sözügedən göstərişin şəxsən X5 tərəfindən qəbul edilməsini təsdiqləyən qəbz və ya buna dair Ruslan Hüseynovun imzası ilə təsdiqlənmiş hər hansı digər sənər iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli “”Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, X2 mülkiyyətində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası vardır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 Bakı şəhərində qeydiyyatdadır. Sadalanan hallara əsasən, məhkəmə hesab edir ki, iş üzrə qeyd edilən yazılı göstərişin inzibati orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə “Lənkəran şəhəri, Koroğlu küçəsi” üzrə çatdırılması barədə iş materiallarına teleqram əlavə edilməsinə baxmayaraq, həmin göstərişin Ruslan Hüseynova niyə məhz “Lənkəran şəhəri, Koroğlu küçəsi” ünvanı üzrə göndərilməsi barədə işdə əsaslar mövcud deyildir və inzibati orqanın nümayəndəsi də məhəkəmədə izahatında bu halı izah edə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 08 may 2024-cü il tarixli MN seriyalı ******* saylı protokola əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 428.7.3-cü maddəsi bu məzmundadır: müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən X2 əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən X2 MMC-nin AR İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 000172 nömrəli X1 çatdırıldığı iş üzrə sübut edilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-478/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-478/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver