Məhkəmə qərarları › İş №3(049)-480/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-480/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-480/2025 17.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, Şəxsnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinin məsələhətçi müfəttiş X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə 02 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının keçirilmə vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məlumat verilsə də, onun nümyəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə Liman SNB-nin xidməti ərazisində saxlanılmış qayığın bortunda aşkar olunmuş çəkisi 3 kq 300 qram olan 4 ədəd “Kütüm” balığı, 160 metr ip və 100 metr sintetik tor xx.xx.2025-ci il tarixdə Ekologiya və təbii sərvətlər nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X1 təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, inzibati xəta haqqında iş materiallarına baxılması 1 saylı RETSİ-nə aiddir. İşin baxıılmasına istisna edən hal mövcud deyildir. İnzibati xəta haqqında iş materialı Azərbaycan Respublikasının İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icrasını rədd edən hallar mövcud deyildir. İnzibatii xəta haqqında materiala mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübut toplanmış, işin idarənin icraatına qəbul edilməsi məqsədə müvafiq hesab edilmişdir. xx.xx.2025-ci il tarixli 92557 saylı akta əsasən ziyanın hesablanması cədvəlindən görünür ki, 4 ədəd kütümün qiyməti 132 manatdır. xx.xx.2025-ci il tarixli 92557 saylı aktdan görünür ki, xx.xx.2025-ci il tarixində 4-cü (Liiman) sahil nəzarəti bölməsinin əməkdaşları Xəzər dənizinin Lənkəran şəhəri istiqamətində sahil boyu reyd keçirərkən Lənkəran rayonu Göyşaban kənd sakini Şəxs tərəfindən “penoplost” adlanan üzmə vasitəsi ilə qanunsuz balıq ovlama faktı aşkar edilmişdir. Ovlanma vasitəsindən 4 ədəd kütüm növlü balıq və 4 ədəd ümumi uzunluğu 100 metr olan sintetik torlar, həmçinin 160 metr uzunluğunda ip aşkar olunaraq götürülmüşdür. Bununla bağlı tədbir görülməsindən ötrü 1 saylı RETSİ-nin əməkdaşları əraziyə dəvət edilmişdir. Faktla bağlı akt tərtib olunaraq 4 ədəd kütüm balığı (donmuş halda) və ov alətləri RETSİ-in əməkdaşlarına təhvil verilmişdir. Faktla bağlı balıq ovu ilə məşğul olan Şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılaraq idarəyə dəvət olunsa da o, idarəyə gəlməkdən imtina etmişdir. 4 ədəd kütüm balığı xx.xx.2025-ci il tarixində götürüldüyü üçün həmçinin havaların isti keçməsi səbəbindən yararsız vəziyyətə düşdüyündən ərzaq kimi istifadəsi mümkün olmadığı üçün Lənkəran poliqonunda basdırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnun qeyd olunan inzibati xətanı törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. İXM-nin 272.3-cü maddəsinə görə ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxsna qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxsna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati xətanın törədilməsində alət olmuş predmet və obyekt müsadirə edilməklə 1000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli plenumunun qərarında qeyd edilmişdir ki, “...qanunverici xüsusi hüququn məhdudlaşdırılması növündə tənbehin yalnız belə hüquqa malik olan şəxslərə tətbiq edilməsini mümkün hesab etdiyindən, tənbehin icrası məhz bu hüququ təsdiqləyən müvafiq sənədin alınması yolu ilə həyata keçirilə bilər. Göstərilənlər belə nəticəyə gəlməyə imkan verir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.” Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xətanın törədilməsində alət olmuş 4 ədəd ümumi uzunluğu 100 metr olan sintetik torlar, həmçinin 160 metr uzunluğunda ipin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı regional Ekologiya və Təbii sərvətlər idarəsinə verilməsi və 4 (dörd) ədəd kütüm balığının isə istehlaka yararsız vəziyyətə düşməsi səbəbindən məhv edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar